Əgər sən ona izah etməyə çalışsaydın ki, insanın bugünkü duası Düşmənin sabahkı varlığı yaratmaq üçün istifadə etdiyi saysız-hesabsız ünsürlərdən yalnız biridir, sənin himayəndə olan adam cavab verərdi ki, onda Düşmən insanların necə dua edəcəyini həmişə əvvəlcədən bilir. Başqa sözlə, insanlar öz iradələri ilə deyil, əvvəlcədən müəyyən olunmuş qaydaya uyğun dua edirlər.
Və əlavə edərdi ki, bugünkü gündən geriyə doğru bütün günlər zənciri boyunca, hətta materiyanın yaradılışına qədər gedib çıxmaq olar; beləliklə, həm insanda, həm də təbiətdə olan hər şey “başlanğıcda olan Söz” tərəfindən yaradılmışdır.