Öz evim olanda, yaxşı kitabxanam olmasa, mən özümü bədbəxt hiss edəcəyəm.
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
İmam Hüseynin qurmaq istədiyi və tanıtmaq yolunda şəhid olduğu hökumətdə yeyinti, müstəsna hüquq, qohumbazlıq, hədislərin dili ilə desək, "istisar", yəni "müstəsna hüquq, öz mənafeyini xalqın mənafeyindən üstün tutmaq, ümumi imkanlardan şəxsi məqsədlər üçün istifadə etmək", indiki dillə desək, qanunsuz mənimsəmə qadağandır. Əlinin həzrət Peyğəmbər və Quranın təlimləri əsasında qurmaq istədiyi, yolunda çoxsaylı insanın şəhid olduğu, zəhərlənərək öldürüldüyü, zindana salındığı İslam hökuməti təfəkküründə böyük günahlardan olan "istisar", ayrı-seçkilik, hökumətin imkanlarından sui-istifadə və yeyinti ilə mübarizə də var idi. Çünki halal günah deyilən bir şey yoxdur. İslama görə, qanuni və yaxşı oğurluq deyilən bir şey yoxdur. Həm o vaxt, həm də indi sülh dövrünün qəhrəmanları çox danışır, az iş görürlər.
Sayfa 35 - “İrşad” Nəşriyyatı·Kitabı okuyor
Kitap Alıntısı
Həzrət Peyğəmbər İmam Əliyə buyurub ki, mənim vaxtımda dava "tənzil" (Quranın nazil olması) üstündədir və nəzəri baxımdan dost ilə düşməni ayırd etmək asandır. Amma məndən sonra sənin vaxtında dava "təvil" (Quranın təfsiri) üstündə olacaq. Onda dostla düşməni bir-birindən seçib ayırmaq asan olmayacaq. "Təvil davası" olduqca çətin və mürəkkəbdir. Çünki həmin vaxt hamı, hətta düşmənlər və Quranı qəbul etməyənlər onu qəbul etdiyini iddia edir. "Təvil davası" zamanı hamı maskalanır. Heç kəs meydana çıxıb əsl siması ilə ürək sözünü demir, həqiqi etiqadını, məqsədini pərdə arxasında gizlədir; hamı söz oyunu oynayır; hamı din adından danışır və dindən başa düşdüklərini qeyd-şərtsiz düzgün hesab edir. Onlar İslamı neytrallaşdırır, prinsipsizləşdirir, dəyanətsizləşdirirdilər ki, ondan sui-istifadə edə bilsinlər.
Sayfa 13·Kitabı okuyor
Kitap Alıntısı
"Məsələ kor bağırsaqda, böyrəkdə deyil, həyatda və... ölümdədir. Bəli, yaşayırdım, indi isə, budur, həyat tərk eləyir məni, gedir və mən tutub saxlaya bilmirəm onu".
Sayfa 57·Kitabı okudu
Kitap Alıntısı
- Mən yolumu seçmişəm. Artıq qəti və dönüşsüz olaraq, Zero! Mən bu işdən bir məsələni öyrəndim. İnsanın içində bütün yaradılmış canlılar cəmləşib. Mələkdən tutmuş, yırtıcı heyvana, həşərata qədər. Bunların arasından nə olacağımızı özümüz seçirik və bu seçimimizdə kimsə bizi nəyəsə məcbur edə bilməz.
Sayfa 371 - Qədim Qala·Kitabı okudu
Kitap Alıntısı