Puan vermedi·133 syf.··
2026 69. kitabı
Balaca vaxtı romeo və juliet cütlüyü mənə çox romantik və cute səslənirdi. Və xüsusən Julliet adına simpatiyam var idi. Uşaqlığımdakı təsəvürüm yaxşı bir son idi amma bəzən pis sonlarda həyatda qaçınılmaz olur. “Bu qədər güclü, coşqun hisslər, adətən eyni dərəcədə sərt sonlarla bitir.”
Romeo ve JulietWilliam Shakespeare · Türkiye İş Bankası Kültür Yayınları · 202475,9bin okunma
Zeze :)
Puan vermedi·128 syf.··
2026 17. kitabı
·
32 saatte okudu
·
Okunma: 24 Haziran 2026 17:20
Şəkər portağalı əsərinin 3 cü kitabı... Şəkər portağalı və günəşi oyadaq mənim üçün mükəmməl bir kitab idi ancaq təəssüf ki dəlisov kitabını çox da sevə bilmədim.Mənim fikrimcə kitab Şəkər portağalı və Günəşi oyadaq ilə sonlana bilərdi.Bəlkə də mənim sevəcəyim tərzdə deyildi... Ancaq son kitabı oxudum və bir daha Zezenin həyat hekayəsini oxuya bilməmək çox can sıxıcıdır... Mənim həddindən artıq çox sevdiyim bir seriya oldu kaş ki,daha çox Zezenin həyat hekayəsini oxuya bilsəydim ... Dəlisov José Mauro de Vasconcelos
İnceleme
DəlisovJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 202433,7bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Puan vermedi·173 syf.··
2026 17. kitabı
Bəhram Əhməd - “Paramneziya” Bu gün sizə Bəhram Əhmədin "Paramneziya" kitabı barədə danışacam. Bu, yazıçıdan oxuduğum ikinci kitabdır. İlk oxuduğum "Vorkuta əkizləri" pis deyildi, bəyənmişdim. Amma mənə görə, yazıçının bu kitabı birincidən qat-qat yüksək səviyyədədir. Sözsüz ki, zövqlər müxtəlifdir, amma mənim fikrim budur. Bu kitabı mənə hədiyyə edən dostuma təşəkkür edirəm bir daha. Bildiyim qədərilə hal-hazırda satışda yoxdur və tapılması bir az çətindir. Amma təhlilə başlamazdan öncə dərhal bir məqamı vurğulamaq istəyirəm: bu kitabı harda görsəniz, mütləq şəkildə alın və oxuyun. Bu il oxuduğum və sonunda rəsmən "vau" dediyim, heyran qaldığım ən yaxşı kitablardan biridir. Bunu öncədən deyim, biləsiniz. Kitabın mövzusuna gəlincə, qarşımızda kiçik həcmli, bir oturuşa, bir nəfəsə oxuyub bitirə biləcəyiniz hekaye var. Elə buna görə də mövzu haqqında çox ətraflı danışıb, spoiler vermək istəmirəm. Hadisələrin mərkəzində Nərmin adlı bir psixoloq, həyat yoldaşı və övladı dayanır. Kənardan hər şey olduqca normal görünür və standart, sakit bir ailə həyatı sürürlər. Lakin günlərin bir günü onun qəbuluna Sevda adında bir qadın gəlir. Məhz bu görüşdən sonra Nərminin bütün dünyası alt-üst olur. O, öz keçmişinin və yaşadıqlarının görünməyən tərəflərini, gizli qalan əsl həqiqətlərini öyrənməyə başlayır. Sevda xanımın nə danışdığını və bu görüşün Nərminin həyatını necə dəyişdiyini bilmək üçün isə bu kitabı mütləq oxumaq lazımdır. Ümumiyyətlə, mən bu tərz psixoloji triller kitablarını çox sevirəm. Müəllifin məni ustalıqla aldatmasına, kitab boyu ilk səhifədən son səhifəyə qədər böyük bir yalana inandırmasına heyranam. Çünki kitabin sonunda o yalanın əsl üzünü, gizlənən həqiqəti sənə elə çarpıcı ve heyratamiz şəkildə göstərir ki, donub qalırsan. Bir sözlə kitab "tərs köşə" - mən
ParamneziyaBəhram Əhməd · 048 okunma
7/10
·423 syf.··
Beğendi
·
2026 105. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Haziran 2026 16:01
Son zamanlar oxuduğum kitablar içində ğn çtini olacağını düşündüm. Çünki ilk 150 səhifə işgəncə kimi gəldi. Ciddi ciddi bir aea yarım buraxmağı belə düşündüm. Amma sonra toparlandı. Maraqlı gəlməyə başladı və özünü oxutdu.
MirasTrisha Sakhlecha · Prime Kitap · 202552 okunma
10/10
·324 syf.··
Beğendi
·
2026 14. kitabı
·
6 günde okudu
·
Okunma: 22 Haziran 2026 12:57
Alex Michaelidesin "Sessiz Hasta" kitabını bitirdim və çox bəyəndim. Kitabın sonuna qədər hadisələrin necə bitəcəyini təxmin etməyə çalışdım, amma sonluq məni tamamilə ters köşə etdi. Açığı, belə bir son gözləmirdim.Kitabın psixoloji tərəfi çox güclü idi. Hadisələr irəlilədikcə personajları daha yaxşı tanıdığını düşünürsən,amma,sonda hər şey dəyişir. Mənə görə hadisələrin bu nöqtəyə gəlməsində ən böyük günah Gabrielin idi.Həm Aliciaya xəyanət etməsi,həm də onun qorxularını ciddiyə almaması faciənin əsas səbəblərindən biri oldu. Sonluğun bir qədər açıq qalması da maraqlı idi.Theonun sonrakı taleyi tam məlum olmur və bu barədə düşünməyə davam edirsən.Ümumilikdə, məni həm düşündürən, həm də təəccübləndirən bir kitab oldu. Psixoloji triller sevənlərə rahatlıqla tövsiyə edərdim. Alex Michaelides Sessiz Hasta
1000Kitap
Sessiz HastaAlex Michaelides · Domingo Yayınevi · 202312,9bin okunma
8/10
·71 syf.··
Beğendi
·
2026 8. kitabı
Pərviz Rzaquliyev, “Gecə ovçusu” Detektiv və müharibə janrında yazılmış maraqlı kitablardan biridir. Müəllif oxucunu sonadək maraq içində saxlayan süjet xəttu qurmağı bacarıb. Kitabın dili sadə və axıcı olduğundan rahat oxunur. Bu əsərdə əsas mövzular ədalət,intiqam və həqiqətin ortaya çıxmasıdır. Detektiv janrını sevən oxucular üçün son dərəcə maraqlı seçimdir. Son olaraq isə gənc yazıçı üçün son dərəcə uğurlu başlanğıcdır. Uğurlarının davamını arzu edirəm!
Gecə OvçusuPərviz Rzaquliyev · RF yayınları · 20268 okunma