9/10
·408 syf.··
Beğendi
·
2025 1. kitabı
Kitabı oxumadım, səsli olaraq dinlədim, amma yenə də zövq aldım kitabdan... Həmişəki kimi, Elxan Elatlının əsəri olduğu üçün heç sıxılmır insan oxuduqca, axıcılıq yaranır oxuduqca, həm də sözlərdə xüsusi bir axıcılıq var deyə insan heç yorulmur. Əsərə gəldikdə isə, bəyənməmək heç mümkün deyil. Əsərdə "xəyanət" də var, "qisas" da var, obrazların " mənfi və müsbət" cəhətləri də... ƏN ƏSAS DA 2 Cİ QARABAĞ MUHARİBƏSİNDƏN VƏ O HƏMİN İLDƏ BAŞ VERƏN HADİSƏLƏRLƏ, YAZIÇININ BUNLARLA BƏRABƏR, ÖZÜNÜN DƏ QATDIĞI MARAQLI SƏHNƏLƏR DƏ YER ALIR... Qambay Qasımlıdan sonra, Elxan Elatlının digər müsbət xarakterli obrazı olan, "vaşaq" ləqəbli Gültən Dəmirli də öz bacarıqları və mərdliyi ilə, əsərə xüsüsi bir rəng qatır... "Axilles" ləqəbli killerin obrazı da bəyənilən idi. Onun da obrazını yazıçının digər əsərlərində görmək çox xoş olardı... Bəlkə də var.. amma mən hələ oxumamışam digər əsərləri. ALLAH ŞƏHİDLƏRİMİZƏ DƏ RƏHMƏT ELƏSİN, QAZİLƏRƏ DƏ ALLAHDAN ŞƏFA, ŞƏHİD AİLƏLƏRİNƏ İSƏ SƏBR DİLƏYİRƏM. ONLARIN SAYƏSİNDƏ BİZ RAHATİQ, ONLARİN SAYƏSİNDƏ BU GÜN XOŞBƏXT ŞƏKİLDƏ YAŞAYA, RAHAT ŞƏKİLDƏ NƏFƏS ALA BİLİRİK...ALLAH VƏTƏNİN KEŞİYİNDƏ DURAN HƏRBÇİLƏRİMİZİ, ƏSGƏRLƏRİMİZİ DAİM QORUSUN İNŞALLAH... (AMİNN) Kitabı da oxumağınızı tövsiyə edirəm, peşman olmayacaqsız həmişəki kimi. Xoş seyirlər:)
Vatan Sevgisi
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma
Rəy
Puan vermedi·400 syf.··
2025 2. kitabı
Qanunsuz Əməliyyat Bugün bir nəfəsə (bir günə) oxuduğum, gərgin və peşəkar süjeti ilə diqqətimi çəkən əsərlərdən biri oldu. Elxan Elatlı özünəməxsus yazı tərzi ilə detektiv janrını Azərbaycan ədəbiyyatına uğurla gətirən yazarlardandır. Bu əsərdə: Hadisələr ardıcıl və məntiqi şəkildə inkişaf edir. Qəhrəmanların daxili aləmi, əməliyyat planları və qarşılaşdıqları təhlükələr oxucunu da düşünməyə vadar edir. Milli təhlükəsizlik, vətənpərvərlik və şəxsi fədakarlıq kimi mövzular qabarıq şəkildə təqdim olunub. Roman oxucuya sadəcə əyləncə deyil, təhqiqat və ədalət uğrunda mübarizə hissi də aşılayır. Qəribə və mürəkkəb cinayətlərin arxasındakı həqiqətlər yavaş-yavaş üzə çıxır və bu, kitabı əlindən buraxmağa imkan vermir. Detektiv janrını sevənlərə şiddətlə tövsiyə edirəm. Gerilim, milli ruh və məntiqi ardıcıllıq axtarırsınızsa, bu roman sizin üçündür. Ps. "Vaşaq" ın nenesi ve dayısı ile sonda görüşmeyini ve herşeyi danışmağını isterdim.
1000Kitap
Qanunsuz ƏməliyyatElhan Elatlı · Teas Press Nəşriyyatı · 0562 okunma
Ters Köşe Final Sevenler Buraya!
Bazı hikâyeler tam tahmin ettiğin gibi ilerler. Bazılarıysa son sayfada tüm bildiklerini sorgulatır. 🤯 Ters köşeleri seviyorsan, seni sonuna kadar merakta bırakacak 3 kitap önerisini keşfetmeye hazır ol!
10/10
·408 syf.·
2024 11. kitabı
Kitab 44 günlük Vətən müharibəsində düşmənin Azərbaycana təxribat törətmək üçün ən təhlükəli 5 killeri göndərməsi haqqındadır. Bildiyimiz ki, düşmən öz xain planlarından əl çəkmir, düşmənin həmin o beş killeri Bakıya göndərməsində məqsəd Azərbaycan ordusu üçün vacib əməkdaşları aradan götürməkdir. Məxfi Şöbəyə bu məlumat daxil olanda "Vaşaq" ləqəbli kapitanımız bu işi öz üzərinə götürür. Və bizim cəsur Vaşaqımız bu çətin və təhlükəli işin öhdəsindən sürpriz bir adamla birlikdə gəlir, amma bu Leopard deyil. Eyni zamanda da ön cəbhədə də qızğın döyüşlər gedir.Ordumuz düşmənin xeyli sayda canlı qüvvəsini məhv etməklə və postlarını ələ keçirməklə xeyli irəliləyirlər, ələ keçirdikləri əraziyə üçrəngli bayrağımızı sancırlar.Çox təəssüf ki, bu qalibiyyət 3000-nə yaxın şəhidimizin qanı bahasına oldu. Amma mənim ən əsəbiləşdiyim və həqiqətən üzüldüyüm şey "Sapı özümüzdən olan baltalar"ın xain, çirkin əməlləri oldu.Bəli, müharibədə bu da oldu. Acgöz "Vətən Xain"lərinin Məxfi Şöbənin keçirəcəyi planları müharibə ərzində düşmənə çatdırmağı mənə pis təsir etdi.Çox təəssüf ki, satqınların başında general Ruslanov dayanırdı. Sonda bütün xainlər layiqli cəzasını aldı.Əsər mükəmməldi, hamıya tövsiyyə edirəm.
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma
9/10
·408 syf.··
2023 4. kitabı
44 günlük Vətən müharibəsində düşmənlə sadəcə cəbhədə deyil , Azərbaycanda təxribat və qətillər törətmək üçün beş killeri gizli yolla Bakıya göndərib. Bu killerin tapılmasını Vaşaq ləqəbli Gültən Dəmirli alternetiv əməliyyat planını irəli sürür və bu əməliyyatın həyata verməkdə ona verilir. Alternativ əməliyyat uğurla nəticələnir . Və ordumuz zəfərlər qzanır. Romanda sevmədiyim məqam Gültənin Əlamdarı sevməsi , Əlamdarında ona biganə qalmamasıdır. Döyüş yoldaşı olmaları doğrudu ancaq münasibətlərini sevmədim. Romanın ən çox bəyəndiyim hissəsi isə Arəstə Baxışovanın yer almadı idi
Edebiyat
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma
Kitaba arxa cəbhədən baxış
10/10
·408 syf.··
Beğendi
·
2022 42. kitabı
·
11 günde okudu
·
Okunma: 06 Eylül 2022 00:36
Salam 1k oxuyucuları! İlk dəfədir ki, bir incələmənin məsuliyyəti var çiyinlərimdə. 44 günlük Vətən müharibəsini özündə qismən də olsa əks etdirən bir kitaba qazi bacısı olarak incələmə yazmaq o qədər də asan deyil. Əvvəlcə o günlərə bir nəzər yetirmək istəyirəm. 27 Sentyabr, zəfərə gedən yolun ilk addımı atıldığının elan olunduğu günə gözümü açmışdım. Əsgər qardaşımın timsalında neçə-neçə vətən oğullarının təlaşı ilə, 30 illik səbrin nəticəsini görmək ümidi ilə, bir sözlə bütün duyğularımın qarmaqarışıqlığı içində yeni bir günü başlamışdıq yaşamağa. Karantin günlərində, hər kəsin sms icazəsiylə evdən çıxdığı o günlərdə bir də düşmənə məlumat ötürülməməsi, təxribatların qarşısının alınması üçün ölkədə "fövqəladə vəziyyət" elan olunmuşdu. Anbaan xəbərləri izləyir, zəfər xəbərini gözləyirdik. Bütün Azərbaycanın diqqəti Qarabağda, ürəyi səngərdə döyünürdü. Gələn şəhid xəbərləri bircə şəhid anasının, bacısının deyil, bütün Azərbaycan analarının, qızlarının gözlərində yaş, başına tac idi. Bir gözü ağlar, bir gözü gülər atalardan danışmıram hələ. Bayrağa sarılmış tabutların başında "Vətən sağ olsun" deyən şəhid valideynləri torpaq uğrunda canından keçən övladını cənnətə yola salırdı. Və bir-birinin ardınca gələn zəfər xəbərləri bütün ölkədə sevinclə qarşılanırdı. Mən 44 günlük müharibə dövründə bircə dəfə belə olsa nə atamdan, nə də anamdan ruh düşkünlüyü görmədim. Düşmənlə üz-üzə, döyüşün ən qaynar nöqtəsində, ən vacib əməliyatların getdiyi bir pozisiyada mövqe tutan qardaşımın və bütün Vətən oğullarının zəfərinə o qədər böyük inam vardı ki, yalnız qələbə ruhunda idik. Gələn hər şəhid xəbəriylə anam öz balasıymış kimi kövrəlirdi. "Onlar da mənim oğlumdur" deyirdi. Və o an. "ŞUŞA BİZİMDİR!!!" xəbəri Ali Baş Komandan İlham Əliyev cənabları tərəfindən səsləndirildiyi o
Vatan
Alternativ ƏməliyyatElhan Elatlı · Teas Press · 0237 okunma
Başqa cinayətlərdə görüşmək üzərə Qanbay Qasımlı :)
9/10
·272 syf.··
Beğendi
·
2021 26. kitabı
·
7 günde okudu
·
Okunma: 04 Ağustos 2021 17:30
Hər kəsə salaamm! Dedektiv əsər dedikdə mənim üçün axan sular durur. Dedektiv yazarlardan da Agatha Christie Elhan Elatlı ən sevdiklərim ♡ Digər əsərləri kimi bu da bir möhtəşəm idi. Oxuduqca hər kəsin qatil olduğunu düşünür insan. Son ana qədər kimin qatil olduğunu anlamaq olmur. Amma Qanbay Qasımlının gözündən qaçarmı? Qaçmaz :) Nə yaxşı ki, oxudum. Sizlərə də tövsiyyə edirəm, dedektiv əsər oxumaq istəyirsizsə bu əsəri seçə bilərsiniz. Hər kəsə xoş oxumalar. Kitabla qalın♡ P.s Qanbay Qasımlıya necə öyrəşmişəmsə Elatlının digər dedektivlərinin olduğu kitablarını oxuya bilmirəm. Bəs siz necə Leopard ləqəbli Ələmdar Məlikovu, Vaşaq ləqəbli Gültəkin Dəmirlini yoxsa mənim sevimli dedektivim Qara Xəfiyyə Qanbay Qasımlını daha çox bəyənirsiz?
Anket
Adsız TabloElhan Elatlı · Elgün · 2013730 okunma