Uzun zamandır dublajını gözlədiyim filmə məcbur qalıb altyazılı baxdım. Ballerin balaca qızın atasını öldürən şəxslərdən intiqam alma hekayəsini bizlərə təqdim edir. Filmi möhtəşəm edən Con Vik dünyasında keçməsidir. Balerin ilə Con'un döyüş səhnələri də mükəmməl idi (Spoiler: təbii ki, döyüşü hər zamanki kimi Baba Yaqa qazandı😌) Bu intiqam hekayəsi bizlərə həm də Balerinin daxili dünyasında baş verən çaxnaşmanı ötürməyə çalışırdı.
Könül istərdi ki, Con və Balerin səhnələri filmin böyük hissəsini ehtiva etsin, lakin baş rolumuz Balerin olduğu üçün təəssüf. İzləməyə dəyərdi...