'Dünya xəritəsini yenidən çəkib rəngləyən hərəkətli adamın quru hekayəsi'
Müasir dövrdə Hitler haqqında yazılmış ən ciddi əsər olaraq qəbul edildiyini nəzərinizə çatdırmalıyam ən başda. Həmçinin, ümumi rəyə görə obyektivliyi və istinadları ilə - intellekt olaraq - elit olan təbəqənin bir kəsimi tərəfindən hörmət duruşuna layiq görülüb əsəri.
Bütün bunlarla yanaşı, çox ağır və rəsmi üslubu var. Əgər tarixçi və ya akademik deyilsinizsə, bu kitab sizin üçün nə imtina olunmaz sayılar, nə də sərf etdiyiniz enerjinin qarşılığını ala bilərsiniz, bunun yerinə kifayət qədər rahat başa düşülən və aydın yazılmış başqa Hitler bioqrafiyaları var. Əsərin çatışmazlıqlarının ən başlıcası da Hitler'in istər şəxs olaraq özünə, həyatına, yaşantısına, yaxın çevrəsinə, iqtisadi idarəçiliyinə və hətta xanım Eva Braun'a belə yer verməmiş olmasıdır.
Xülasə, oxunması çətin, dili ağır, mövzuları isə çox qarışıqdır. Elmi dissertasiya yazarkən oxuna bilər, lakin hər oxucuya, hətta hər tarix oxuyana belə xitab etmir, nə də vacibdir. Elmi çevrələrdə hərlənirsinizsə, mütləq oxuyun, əks halda isə, bütün əks çıxışlara rəğmən ümumi mənada VVerner Maser'in yazdığı Hitler bioqrafiyası sizə daha çox fikir verəcək.