Cabir Novruz

Seçilmiş Eserleri yazarı
Yazar
7.9/10
18 Kişi
45
Okunma
28
Beğeni
4.182
Görüntülenme

Cabir Novruz Sözleri ve Alıntıları

Cabir Novruz sözleri ve alıntılarını, Cabir Novruz kitap alıntılarını, Cabir Novruz en etkileyici cümleleri ve paragragları 1000Kitap'ta bulabilirsiniz.
"Mənim Nəslim"
Mən dövlətli ailədə doğulmadım, Şan-şöhrətli ailədə doğulmadım. Ən adicə bir insandı atam mənim, Zər-xaralı yataqlarda yatammadım. Söyləyimmi qohumlarım nəçi idi? Xarrat idi, çoban idi, suçu idi.
Sayfa 7
Vaxt keçəcək, dövr edəcək, Qan-qadalı hərb bitəcək, Yağıları qovacağıq bu torpaqdan. Mütləq geri alınacaq Şuşa, Ağdam, Geri alacağıq Kəlbəcəri, Laçını da,
Reklam
Yoldaş ölüm! ... Aparsan da bu dünyadan bizi bir-bir, Nə gizlədim, bəzən səndən xoşum gəlir, Nə zaman ki, bir açlaqdan,bir xəbisdən, Gərəksizdən, diləksizdən Ürəksizdən, bac alırsan, Bax o zaman gözlərimdə ucalırsan.
Sayfa 20
Bir arzum var, ey insanlar, İzin verin söyleyeyim. Sağlığında kıymet verin insanlara. İyilere sağlığında iyi deyin, Sağlığında yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Her kes asıl kıymetini bilir onda ;... Bu sözlerim yalnış olsa töhmet edin. Sizden rica ediyorum milyon defa. Şairlere sağlığında hürmet edin, Sağlığında heykel koyun ölmezlere...
Sağlığında kıymet verin insanlaraKitabı okudu
Sağ olanda qiymət verin insanlara...
Bir arzum var, ay adamlar,qoyun deyim, Sağ olanda qiymət verin insanlara, Yaxşılara sağ olanda yaxşı deyin, Sağ olanda yaman deyin yamanlara. Yalnız, yalnız sağ olanda, Hər kəs əsl qiymətini bilər onda. Bu sözlərim düz olmasa töhmət edin, Sizdən rica eləyirəm milyon kərə, Şairlərə sağ olanda hörmət edin, Sağ olanda heykəl qoyun ölməzlərə... Gələcəyə çox da ümid bağlamayın, Sözünüzü sonralara saxlamayın...
Sayfa 44
Çətindir, Asandır...
Nə bir ürək işlədərək, nə beyin, Laqeyd-laqeyd yaşamağa nə var ki?! Boş qafanı, boş kəlləni siz deyin, Çiyin üstə daşımağa nə var ki?! Yad ürəyə buyurmağa nə var ki, Öz qəlbinə güc eləmək çətindir. Mən-mən deyib bağırmağa nə var ki, Əsl məni biz eləmək çətindir. Hər gün səhər oyanmağa nə var ki, Əqidəcə oyaq olmaq çətindir. Yalan ilə ömr etməyə nə var ki, Həqiqətlə ömr eləmək çətindir. Ayı-günü ötürməyə nə var ki, Vaxt üstündə hökmranlıq çətindir. Doğulmağa, ya ölməyə nə var ki, İnsan kimi qəhrəmanlıq çətindir..
Sayfa 47
Reklam
185 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.