Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Rövşen Abdullaoğlu

Rövşen AbdullaoğluBu Şəhərdə Kimsə Yoxdur yazarı
Yazar
Çevirmen
8.9/10
1.376 Kişi
5,1bin
Okunma
542
Beğeni
15,9bin
Görüntülenme

Rövşen Abdullaoğlu Yorumları ve İncelemeleri

Rövşen Abdullaoğlu yorumları ve incelemelerini, Rövşen Abdullaoğlu kitabı hakkındaki okur görüşlerini , Rövşen Abdullaoğlu puanlarını 1000Kitap'ta bulabilirsiniz.
376 syf.
10/10 puan verdi
·
4 günde okudu
Villi əvvəllər tanınmış amerikan futbolçusu indilərdə isə Anderson onkoloji xəstəxanasında xidmətçi personalıdır. Ailəsi ilə yaşadığı sıxıntılar onun futboldan ayrılmasına, insanlara güvənməməsinə və içinə qapanıq biri olmağına səbəb olmuşdur. Bir gün Anderson xəstəxanasının mələklər şöbəsinə gələn Livanlı Visam ilə tanışmağı bütün həyatını dəyişdirir. Xərçəng xəstəsi olan Visam yaşadığı bütün çətinliklərə baxmayaraq həyat dolu və ətrafına xoşbəxtlik saçan bir gəncdir. Kitabda ailə münasibətləri, dostluq, inanc o qədər gözəl qələmə alınıb ki, tək kəliməylə möhtəşəmdi. Eyni zamanda Villi və Visamın ailələrinin də hekayəsini oxuyuruq. Əsasən də Visamın ailəsinin hekayəsini oxuyarkən qəlbim parçalandı. Kitabda həmçinin Con Braun, Angerran de Marini, Mariya Antuannetta və s. kimi tanınmış şəxslər haqqında məlumat, Saydanın tarixi və bir çox maarifləndirici hədislərə də yer verilib. Fərqli aspektlərdən baxacağımız və həyatı sorğulayacağımız ümid dolu bir hekayə.. Visam ruhumda çiçək açdıran o qədər möhtəşəm bir personajdır ki, mənim nəinki qəlbimdə hər zaman ruhumda da yaşayacaq. · ⋆
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
376 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
Rövşən Abdullaoğlunun qələmindən oxuduğum ilk əsər idi. Ümumi olaraq bəyəndim, sadəcə dini ideyalara, fikirlərə həddindən çox yer verildiyi üçün sıxdı həmin hissələr məni. Amma fikirlər maraqsız idi deyə yox, sadəcə həddən çox olduğuna görə. Lakin Visam və Villi arasındakı dostluq o qədər təsir etdi ki mənə, anlamaq üçün kitabı mütləq oxumalısınız. İnsanın son aylarını, günlərini yaşaması, amma buna baxmayaraq başqa bir insanı həyata bağlamaq üçün son nəfəsinə qədər çırpınmaq...Əsəri oxuduqdan sonra üz qabığındakı şəklin nə məna ifadə etdiyini çox yaxşı başa düşəcəksiniz.
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
Reklam
343 syf.
7/10 puan verdi
·
8 günde okudu
Yenə Rövşən Abdullaoğlu və yenə oxşar ssenari. Paralel olaraq iki həyat hekayəsindən bəhs etmiş bir roman. Nə qədər sarsıdıcı, məlumat və ibrət dolu, bir çoxları üçün örnək həyatlar olsalar da mənə maraqsız gəlmişdi. Əsərin çox yerlərində yazarın daha öncəki kitablarından oxşar yazılar, məlumatlar, anlayışlar, izahlar gördüm. Dialoqların arasına yeridilmiş psixoloji məqalələrə, dini əhvalatlara sırf öncəki kitablarda olmasa da fərqli yerlərdə rast gəlmişdim. Nə qədər maraqlı ssenari olsa da bu maddələrə əsasən monoton bir kitab kimi gəldi. Və fikrimcə bu kitaba yazıçı ilə tanışlıq olaraq başlamaq daha yaxşı olar. Fərdi inkişaf kitablarını sonraya da saxlamaq mümkündür ki, mən o kitablarda elə də məna görmürəm, sadəcə həyatdolu sitatlardan ibarət kitablardır. Ondansa həmin şeylərin də içində olduğu bir romanı oxumaq daha mənalıdır, məsələn "Bu şəhərdə kimsə yoxdur?"
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
408 syf.
8/10 puan verdi
·
6 günde okudu
Psixologiyaya marağınız var, lakin psixoloji kitabları, uzun və sıxıcı bulub onları oxuya bilmirsizsə, oxumaq üçün ən düzgün seçim Rövşən Abdullaoğlunun psixologiyayla geyindirdiyi bədii kitablar olar. Kitab haqqında oxuyarkən ilk bu yazıçının detektiv janrda nə ortaya çıxaracağı maraqlı gəlmişdi. Amma oxuduqca kitaba mənsub olduğu janrdan əlavə olaraq ayrı bir ssenari sütunu salması, və burada dialoqlar və hadisələr arasına yeritdiyi psixoloji söhbətləri görmək temanı aydınlatdı, xoş da gəldi. Əslində elə detektiv sütunda olan sirr də elə bir başa psixologiya ilə bağlı idi, bu haqda çox məlumat verməyəcəm. Ümumiyyətlə bir kitabı mənə sevdirən içindəki sarsıdıcı məqamlarıdır, hansı ki oxuyanda ani titrəmə keçirib, kitabı bir neçə saniyəlik qapayırsan amma ağzını qapaya bilmirsən. Bu kitabda bunu bir neçə yerdə yaşadığıma görə, gönül rahatlığı ilə tövsiyə edirəm. Xoş mütaliələr.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
264 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Mimi si çakula, mimi si çakula!
Səmimi olaraq deyim ki, kitaba başlamazdan qabaq kitaba qarşı önyarğım var idi. Niyəsini özüm də bilmirəm, bu qədər bəyənəcəyimi düşünməzdim. Bu kitab da məni kövrəldən kitablar siyahısına qoşuldu. Afrikada insanların yaşayış tərzi, münasibətləri mənə həmişə maraqlı olub. Kitabı oxuyarkən özümüzü həmin insanların yanında hiss etməyə bilmirik. Bununla bərabər dostluq, sevgi üçün aparılan mübarizəyə şahid oluruq. Çox maraqlı idi və Rövşən Abdullaoğlununun bu kitabı da uğurlu alınıb. Kitabın sonu çox üzücü oldu. Kitabın adı isə həqiqətən, əla seçimdir. Mən yeməli deyiləm.. Mimi si çakula..
Ləpirçi: Mən Yeməli Deyiləm
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020161 okunma
272 syf.
·
Puan vermedi
·
3 günde okudu
Ayırntılı inceleme için : youtube.com/watch?v=7RCMgwP... Heybesi dolu bir yazarın, Türkiye'de yayınlanmış ilk kitabı ve umut vadeden 'motivasyon psikolojisi serisi' kitaplarının birincisi. Yazarın Azerbaycan'da yayınlanmış ve çok satan 26 kitabı daha olduğunu da söylemek gerek. Bu kitabın en güzel yanı, tamamen yaşanmış olaylardan
Zor Olsa da Hayat Devam Ediyor
Zor Olsa da Hayat Devam EdiyorRövşen Abdullaoğlu · Destek Yayınları · 2019646 okunma
Reklam
272 syf.
10/10 puan verdi
·
Beğendi
Dünya'ya hoşgeldin! Belki umduğun gibi bir hayat yaşamıyorsun ya da hayatındaki bazı güzellikleri görmüyorsun. Bu kitap ile hayatınızın önemini bir kere daha anlayacaksın. Haydi en baştan başlayalım. İlk hatıralarından değil. İlk gelişinden. Dünya'ya gelişinden. Dünya'ya gelebilmek için senin gibi olan milyonlarca spermi yendiğini biliyor
Zor Olsa da Hayat Devam Ediyor
Zor Olsa da Hayat Devam EdiyorRövşen Abdullaoğlu · Destek Yayınları · 2019646 okunma
350 syf.
8/10 puan verdi
·
3 günde okudu
Yazıçı əvvəl ümumi izahat verdikdən sonra tarixdə geri dönərək bütün inancların kökündən analizinə başlayır, mövzuya aid bütün anlayışları da ətraflı izah edib real nümunələrdən misal gətirərək davam edir. Orta əsrlərdə yaşamış zahid şəxsiyyətlərdən sitatlar gətirməsi də kitaba əlavə aydınlıq və maraq qatır. Bir insanın öz inancını seçməsinə kömək etmək üçün ideal kitabdır. Mənə böyük yardımı dəydi, sizə də dəyər deyə düşünürəm. Bir hissədə də oxucuya xitabən deyir: "Yaradan haqqında həqiqətə çatmaq istəyirsənsə, yalnız özünü kənar (psixoloji) təsirlərdən azad etdikdən sonra bu kitabı mütaliə etməlisən. Əks halda gələcəyimiz qənaət məhkəmədən əvvəl çıxarılan hökmə bənzəyə bilər." Və yaxud sonda da yazıldığı kimi: "Daxili və xarici təsirlərin altında doğru yolu seçmək dəmirçi emalatxanasında oturub kamança çalan birini dinləməyə bənzəyir, çətin ki, qulağa xoş gələn nəsə eşidə biləsən." Şübhəsiz, özü ilə dürüst olan kəs beynindəki dəmirçi çəkicini susdurub kamançanın səsini duya biləcək. Bu yolda hamıya uğurlar:)
Əsarət (Esaret)
Əsarət (Esaret)Rövşen Abdullaoğlu · Qədim Qala · 0122 okunma
376 syf.
·
Puan vermedi
·
7 günde okudu
İlk öncə onu bildirim ki kitabı aldığım zaman bir az tərəddüd etmişdim. Nədənsə nə kitabın üz qabığı, nə də adı məndə bir fikir formalaşdırmırdı. İlk 50 səhifə oxuyub kitabı bağlayıb qoydum bir qırağa, lakin aylar sonra yenidən oxumağa başladığım zaman nə qədər səhv etdiyimi anladım. Çünki axır illərdə mənə belə təsir edən çox kitab olmamışdı. Kitabda əsas obraz olan Villidən söhbət gedir əvvəlcə. Villi uşaqlıq illərində nə anası nə da atası tərəfindən sevilən uşaq olmadığını düşünürdü. Valideynləri ayrıldıqdan sonra bu fikir daha da qətiləşdi.Bütün bunlar onun ailə həyatında da büruzə verirdi. Yaşamaq üçün səbəbi olmayan insanlardan idi. Ta ki çalışdığı xəstəxanada tanış olduğu bir "mələk"lə qarşılaşana qədər.. hadisələr bundan sonra daha da axıcı olmağa başlayır. Kitab psixoloji janrda olsa da məncə motive edici yerləri də çox idi. Məsləhət gördüyüm kitablardan biri oldu. Xoş oxumalar hər kəsə:)
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
192 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Yazıçıdan ilk oxuduğum kitab #buşəhərdəkimsəyoxdur  olmuşdu və çox bəyənərək oxumuşdum. İkinci olaraq da #arxadakıkörpüləriyandırın  kitabını oxumaq nəsib oldu.Adətən, motivasiya kitabları çox vaxt məzmunca eyni olur. Amma bu kitab tamamilə fərqli idi. Kitabın ən diqqət çəkən cəhəti mənə görə real hadisələrə əsaslandığı üçün və tarixi faktlarla zənginləşdirildiyi üçün axıcı hala gəlməsi idi. #arxadakıkörpüləriyandırın sizə keçmişi keçmişdə qoyaraq irəliyə getməyi, uğursuzluqlardan faydalanmağı, istəklərinizə, məqsədlərinizə və arzularınıza istiqamət verməyi öyrədəcək. Kitabda eyni zamanda kitab oxumağın faydaları, psixologiya, şüuraltı mövzularına da incəliklə toxunulub. Eyni zamanda bu kitabda da Qurani-Kərimdən gətirilən sitatlar bir oxucu kimi mənə çox xoş təsir bağışladı. İlk dəfə olaraq bir kitabı normal oxuma sürətimdən aşağı oxuyurdum, çünki bitməsini istəmirdim:) Və yəqin ki irəliləyən zamanlarda təkrar oxuyacam. #buşəhərdəkimsəyoxdur 'da dediyim kimi oxuyun və oxutdurun
Arxadakı Körpüləri Yandırın
Arxadakı Körpüləri YandırınRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2022273 okunma
Reklam
384 syf.
10/10 puan verdi
·
Beğendi
·
34 günde okudu
Kitabı çoxdan oxuyub bitirmiş olsam da rəyini indi yazıram. Deməli kitab dedektiv-psixoloji roman janrındadır. Baş qəhrəmanımız Şon Onil öz bölgəsində adını eşitdirmiş profesional dedektivdir. Arthur Conan Doylun Sherlocku ,Agathanın Poirotu necədirsə , Rövşənin Şon Onili də elədir. Bu dedektivimizin gələcəktə başqa məcəralarını da oxumağı çox istiyərəm. Deməli əlimizdə silsilə qətllər var və Şon Onil bir-biri ilə heç bir bağlantısı olmayan və hər biri digərindən qəribə halda işlənmiş cinayətlər üzərində iş aparır. İndiyə qədər çox da fazla cinayət temalı roman oxumamış olsam da ciddən cinayətlərin ayrıntıları çox profesionalca yazılıb. Bu cəhətdən yazarı alqışlayıram. Cinayəti açmaqda Şon Onilə Erin Parker əməkdaşlıq edir. Erin cinayətkarın psixologiyasını anlamaq üzrə bir çox tədqiqatlar aparır. Belə danışanda kitab çox sadə görünür. Adam deyir elə bütün dedektiv kinoları kimidir. Amma inanın oxuyan hərkəsi sonunda məəttəl qoya biləcək məncə. Üstəlik yazarın yazım stili bu kitabda da özünü göstərir, kitabda romantika, psixologiya, dram, hələ Şon Onilin məni güldürən fantastik zarafatları, cinayət, mifologiya, dinlər hər şey birləşib. Bu da bir kitabdan olan gözləntilərinizi kifayət qədər qarşılayar məncə. Fikrimcə Rövşən Abdullaoğlunun yazdığı ən yaxşı əsəri budur. Üstəlik özü də bir dəfə TV'də kitabın 2ci hissəsini yazacağını demişdi. Səbirsizliklə gözləyirəm.
Abaddon
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2023511 okunma
376 syf.
·
Puan vermedi
·
8 günde okudu
Mövzu:- Yaxşı işi, ailəsi olmasına baxmayaraq pessimist olan bir insanın ölümünə günlər qalmış nikbin bir şəxs ilə tanışlığından və tanışlıqdan sonra həyatının yaxşıya doğru dəyişməsindən bəhs edir. _________________________________________ Düzünü desəm əsərin əvvələrini oxuduqca mənə şablon cümlələr toplusu olaraq gəlmişdi ta ki Visam adlı obraz ilə tanışlığa kimi..Visamın yaşadıqları , uşaq vaxtı onun balaca çiyinlərinə qoyulan o ağır yük..Əsərin digər baş qəhrəmanı Villi..onun da həyatı Visam həyatı qədər ağır, çətin keçmişdi.Uşaqlıq illəri çətin keçən iki nəfərin bir birindən öyrənəcəyi hələ çox şeylər olacaqdır..Mənə görə təsiredici romanlardan biri idi..
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
280 syf.
9/10 puan verdi
·
5 günde okudu
Hayatımda okuduğum en güzel ve en anlamlı satırlardı. Okurken hiç bitmesin istedim. Her sonda bir hüzün bir de güzellik olduğunu öğrendim belki de bildiğimi hatırladım, hayatınızı bir daha gözden geçirmenizi sizden en naif şekilde isteyen onlarca sayfa...
Bu Şehirde Kimse Yok mu?
Bu Şehirde Kimse Yok mu?Rövşen Abdullaoğlu · Destek Yayınları · 20201,683 okunma
376 syf.
·
Puan vermedi
Tanrı bizim ruhumuzu büsbütün əhatə edib.
"Hamı gizli, həm də hiss olunacaq qədər aşkar bir qüvvənin daim ona nəzarət etdiyini, onu izlədiyini, heç bir zaman tək buraxmadığını hiss edir, Villi. Ruhumuz gecələrin zülmətində, ən ağır tənhalıqda belə tək olmadığını, onunla daim birgə olan varlığın isti və mehriban nəfəsini hiss edir. Hamı yatanda belə O yatmır. Həmişə... Eşidirsən, Villi? Həmişə bizimlə bərabər olan biri var. Tanrı bizdən ayrı deyil. O, bizim ruhumuzu büsbütün əhatə edib." Uzun zamandır oxumaq istəyib, fürsət tapa bilmədiyim kitabın təsadüfən bu səhifəsi açıldı. Tam da ehtiyacım olduğu zamanlarda nöqtə atışı, sanki suallarıma cavab olan bu kəlmələri yəqin ki, yazıçı da həyatında bir fırtınadan çıxandan sonra təcrübə edib yazıb. Hürufilərin dedikləri ilə səslənən bu fikir-"Tanrı bizim içimizdədir" - məni həyata təkrar bağladı. Həqiqətən Tanrını niyə daim göylərdə məskunlaşan və qorxulması lazım gələn varlıq deyə təsəvvür edirik ki?! O bizi sevir, bizə şah damarımızdan daha yaxındır. Nə xoş Tanrını sevərək ibadət edənlərə...
Bu Şəhərdə Kimsə Yoxdur
Bu Şəhərdə Kimsə YoxdurRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 20151,683 okunma
401 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.