Yazıda spoiler var
8/10
·224 syf.··
2026 4. kitabı
Kuyucaklı Yusuf - Sabahattin Ali'nin 1937-ci ildə yazıb nəşr etdirdiyi ilk romanıdır. Yazar əsərini 1931-ci ildə Aydın Həbsxanasında yatarkən tanış olduğu Yusufun yaşadığı hadisələrdən ilhamlanaraq yazmışdır. Romanın əsas mövzusu Yusufun həyatıdır. Valideynləri o uşaqkən öldürülür və bu faciə Yusufun cəmiyyətdən uzaqlaşmasına, aidiyyət hissindən məhrum olmasına səbəb olur. 9 yaşında Salahaddin Bey tərəfindən övladlıq götürüləndən sonra kənddən qəsəbəyə köçür. Yaşadığı qəsəbə isə güclü və varlı şəxslərin, bürokratların və polis qüvvələrinin təsiri altında olan bir yerdir. Bütün bunlara isə Yusuf baş əymir əksinə öz gücü çatan qədəriylə mübarizə aparır. Sabahattin Ali, Yusufun həyatı vasitəsilə bu feodal, ədalətsiz sistemi tənqid edir. Romanın başlanğıcından elə nə qədər kədərli olacağı məlum olmuşdu: "1903 sonbaharında Aydın'ın Nazilli ilçesine yakın Kuyucaklı köyünü eşkıyaların basması sonucu bir karı koca öldürülür. Olay yerine giden jandarma ve yetkilileri şaşırtan ne kan kokusu ne de cesetlerdir. Sedirin kenarında diz çöküp oturan ve gayet sakin görünmeye çalışan öldürülen kişilerin oğlu Kuyucaklı Yusuf'tur." Birazda romanın mərkəzi xətti olan Muazzez və Yusuf münasibətindən danışmaq istəyirəm. Onların münasibətini oxuyanda həm romantik, həm də mürəkkəb psixoloji qatlar görmək mümkündür. Yusuf, uşaqlıqdan faciə görmüş və dünyaya qarşı həssas, dürüst bir gəncdir. Muazzez isə onunla birgə böyümüş olsa da, davranışlarında bəzən tərəddüd və qərarsızlıq müşahidə olunur. Mən Muazzezin bu davranışların qınayan tərəf oldum, onun tərəddüdü və bəzən özünü qorumağı, sevgini açıq göstərməməsi mənə doğru görünmədi. Yusuf isə bütün bunlara baxmayaraq sədaqətli qalması, hətta sonda evdə yaşanan səhnədən sonra belə onu qoruyub özüylə götürməyi kədərləndirmişdi məni. Bu münasibət həm də cəmiyyətin
Kuyucaklı YusufSabahattin Ali · Yapı Kredi Yayınları · 2025210,7bin okunma
10/10
·240 syf.··
Beğendi
·
2025 12. kitabı
Bu kitab din haqqında deyil, seçimsiz həyat haqqındadır. Suzanna passiv və səssiz müqavimətin simvoludur, qışqırmır, üsyan etmir sadəcə boyun əymir… Bu kitabın yazılmasından 250 il keçməsinə baxmayaraq azad iradə, qadın bədəni və ruhu üzərində nəzarət mövzuları hələ də aktualdır. Amma bir şey var ki, o dövrdə belə bir əsərin yazılması böyük cəsarət tələb edir və mən oxuduqca heyranlıq, həyəcan həmçinin fərqli hislər keçirdim. Və bu hislər məni buraya ilk dəfə birşey yazmağa vadar etdi.(davamlı olsun) Son olaraq bunu deyə bilərəm: Denis burada Tanrını deyil, Tanrı adına danışan insanları sorğulayır.
Alıntı
RahibəDenis Diderot · Qanun Nəşriyyatı · 011 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
7/10
·157 syf.··
2025 57. kitabı
·
25 saatte okudu
·
Okunma: 31 Ağustos 2025 14:30
R. I. Page’in İskandinav Mitleri adlı kitabı, İskandinav mitolojisini hem öyküleyici hem de eleştirel bir bakışla ele alan kısa ama yoğun bir çalışmadır. Kitapta tanrıların, kahramanların ve mitolojik varlıkların hikâyeleri aktarılırken, bu anlatıların tarihsel bağlamı ve kaynakları da tartışılır. Page’in en önemli katkısı, okura yalnızca mitleri sunmakla kalmayıp, bu mitlerin nasıl ve hangi koşullarda günümüze ulaştığını göstermesidir. Kitapta önce evrenin yaratılışı anlatılır. Ginnungagap adlı uçsuz bucaksız boşluktan, ateş ve buz diyarlarının çarpışmasından doğan Ymir ve ardından onun bedeninden şekillenen dünya, mitolojinin kozmolojik çerçevesini oluşturur. Yggdrasil adı verilen dünya ağacı, tanrıların, devlerin, ölülerin ve insanların yaşadığı diyarları birbirine bağlayan kutsal bir merkezdir. Bu kozmolojinin içinde Odin, Thor, Loki, Freyja ve diğer tanrılar hem güçlü hem de zayıf yönleriyle karşımıza çıkar. Tanrıların ölümlü olması, onların insanlara yakın, kırılgan ve trajik bir niteliğe sahip olmasını sağlar. Page, sadece tanrıların değil, kahramanların ve canavarların da mitolojideki yerini aktarır. Sigurd’un Fafnir adlı ejderhayı öldürmesi, Baldur’un ölümü ya da devlerle tanrıların bitmek bilmeyen mücadeleleri, Viking dünyasının değerlerini ve korkularını yansıtır. Ancak bu hikâyelerin aktarıldığı şeklin, her zaman orijinal pagan anlatılara bire bir denk düşmediğini özellikle vurgular. Bu noktada Snorri Sturluson’un rolü önem kazanır. İzlandalı yazar Snorri, 13. yüzyılda Edda’ları kaleme alarak İskandinav mitlerinin en önemli derleyicisi olmuştur. Fakat Snorri’nin bir Hristiyan olduğunu hatırlamak gerekir. Page’e göre, Snorri’nin eserleri mitleri korumuş olmakla birlikte, onları Hristiyan bir gözle yeniden yorumlamış olabilir. Örneğin Ragnarök, dünyanın
İskandinav MitleriR. I. Page · Phoenix Yayınevi · 2009255 okunma
"Katip Bartleby"
6/10
·48 syf.··
2025 60. kitabı
·
6 saatte okudu
·
Okunma: 25 Ağustos 2025 22:01
Hərdən elə insanlar olur ki,onların sakitliyi,susqunluğu sözlərdən daha güclü təsir bağışlayır.Herman Melvillin “Katib Bartleby” əsərində də belə bir obrazla qarşılaşırıq.Bartleby sadə bir katibdir.Amma o,gündəlik işlərə qarşı qəribə bir passivlik nümayiş etdirir.İşdən imtina edərkən sadəcə “Mən bunu etməyi üstün tutmazdım”deyir. Bu sadə cümlə,əslində,onun bütün həyat fəlsəfəsini ifadə edir.Bartleby heç kimə qarşı çıxmır,heç kəslə mübahisə etmir,amma cəmiyyətin mexaniki qaydalarına da boyun əymir. Bartlebyinin faciəsi isə odur ki,bu susqun üsyan ona azadlıq gətirmir,əksinə,onu tənhalığa və ölümlə üz-üzə qoyur.
1000Kitap
Katip BartlebyHerman Melville · Kapra Yayıncılık · 202015,5bin okunma
10/10
·96 syf.··
Beğendi
·
2025 4. kitabı
“Ölülər” – diri bədənlərdə ölü ruhlardır. Cəlil Məmmədquluzadənin “Ölülər” əsəri təkcə bir tamaşa deyil, cəmiyyətin düşüncəsizliyinə, mövhumata qarşı sərt bir güzgüdür. Əsərin əsas ideyası odur ki, bəzən diri insan ölüdən daha ölü ola bilər – əgər düşünmürsə, soruşmursa, köhnə inanclara kor-koranə bağlanırsa. Əsərdə Şeyx Nəsrullah obrazı bütün bu geriliyin simvoludur. O, ölü ruhları diri bədənlərdə saxlamaq üçün dindən, qorxudan istifadə edir. Ətrafındakı camaat isə bunu qəbul edir, çünki qorxur, öyrəşib və ən pisi – artıq sual verməyi unudublar. Amma əsərdə bir nəfər var ki, bütün bu yalanlara boyun əymir – Kefli İsgəndər. Onun sərxoşluğu əslində sərbəstliyi simvolizə edir. Əsərin sonunda o, camaata üz tutub sarsıdıcı sözlər deyir: “Ay camaat! Ay ölülər! Sizi deyirəm! Sizə deyirəm! Ay ölülər! Siz niyə ölmüsüz, ay camaat? Niyə ölmüsüz? Nə olub sizə? Qorxmusuz? Kimdən qorxmusuz? Şeyxdən? Molladan? Dindən? Ay yazıqlar! Ay heyif sizdən! Sizi kəfənə büküb basdırıblar, hələ dirisiz! Ay camaat, ay ölülər! Oyanın! Özünüzü dirildin! Ölülərə gülərlər! Mən kefliyəm, amma siz məndən keflisiz… Mən kefliyəm, amma ayıq sizə baxanda mən diriyəm, siz ölü…” Bu sözlərdə Cəlil Məmmədquluzadənin öz səsi var – xalqına açıq çağırış: Oyanın! Kefli İsgəndərin dili ilə müəllif deyir ki, əgər başqasının dediyini kor-koranə qəbul edirsənsə, ölü sayılırsan. Kefli İsgəndərin səsi isə bu əsərin ən canlı çağırışıdır: Düşün, sorğu et, ayıl! Bu əsər yüz il əvvəl yazılsa da, bu gün də aktualdır. Çünki hər dövrdə “ölülər” var – yaşayan, amma düşünməyən adamlar…
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,277 okunma
8/10
·232 syf.··
2025 38. kitabı
·
3 günde okudu
·
Okunma: 23 Nisan 2025 20:59
Renkli İskandinav Mitleri; Odin, Thor, Loki, Freyr ,Frejya, Heimdal ve İdun gibi Tanrı ve Tanrıçalar ile Devlerin, cücelerin yaşantılarını kısa hikayeler ve etkileyici görseller ile işleyen eğlenceli ve keyifli bir kitaptı. Odin'in kahramanlıkları, Thor'un düşünceden çok eyleme odaklı savaşçı kişiliği, Loki'nin kurnazlığı ve tutarsız karakteri, devler ile yaşanan çatışmalar, rekabetler ve ilişkiler, cücelerin metal işçiliği ve oyunları eğlenceli etkileşimler ve kısa öyküler şeklinde sunulan konular arasında. İsveç Kralı Gylfi, efsanelere ve kahramanların öykülerine çok meraklıdır. Zaman zaman kılık değiştirerek krallığını gezer ve farklı insanlar ile tanışır. Bu gezilerin birinde , kim olduğunu bilmeden Tanrıça Gefion ile karşılaşır. Bu karşılaşma beklenmedik sonuçlar doğurunca Gylfi Bifrost köprüsünü kullanarak Asgard'a gitmeye ve tüm hikayeyi öğrenmeye karar verir. Başlangıçta; Ginnungagap adı verilen boşlukta karşılaşan sis kitlesi ve ateş kitlesi Ymir adı verilen Buz devini meydana getirir.Tanrıların yaşadığı Asgard, cüceler ve insanların yaşadığı Midgard ,Devlerin Dünyası Jotunheim ve ölülerin bulunduğu yeraltı dünyası Nilfheim başta olmak üzere dalları 9 diyara ayrılan Yggdrasil ismi verilen hayat ağacının çerçevelediği evren; Ymir'in bedeninden ortaya çıkmıştır. Frejya yönetimindeki Yeşil ve Altın sarısı Tanrıların Odin yönetimindeki savaşçı Tanrılar ile savaşı, Odin, Vi ve Vee'nin dişbudak ağacı ve karaağaca yaşam ruhu aşılayarak insanı yaratması, Heimdal'ın Asgard'dan Midgard'a gelişi ve insan ırkını etkilemesi,Bilge Kvasir ve şiir ile öykülerin ortaya çıkışı, Loki ile dişi dev Agroboda'nın çocukları;Midgard'ın çevresinde dolanan yılan Jormungand, ölüler salonunda oturan Hel ve Lyngvi adasına hapsedilen Kurt Fenrir'in hikayesi, Loki'nin oyunları ve
Renkli İskandinav MitleriKevin Crossley-Holland · Say Yayınları · 20254 okunma