Təkcə Lenni anbarda oturub ölmüş küçüyünə baxırdı. O, uzun müddət baxdıqdan sonra əli
ilə ona toxunaraq dedi:
– Nə üçün ölmüsən, hə? Sən ki, siçan kimi balaca deyilsən. Deyəsən, Corc məni dovşan
saxlamağa qoymayacaq, mən səni saxlaya bilmədim.
O, balaca bir quyu qazdı, küçüyü ora qoyub üstünü örtdü.