Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Shahla Maharramova

Shahla Maharramova
@ShehlaM
Potterhead
Uluslararasi ilişkiler
Bakı , Azərbaycan, 28 Mayıs
135 okur puanı
Nisan 2017 tarihinde katıldı
288 syf.
7/10 puan verdi
Bəzən həyatın sürətinə o qədər diqqətimizi veririk ki dayanıb nəfəs almaq, yavaşlamaq, yavaşladığımız zaman olanları görmək çox çətinləşir. Bu kitab da bu zaman yardımımıza gələ bilər. Bir oturumda oturub oxuyacaq kitabdan daha çox hissə-hissə, yavaşlamağa ehtiyacımız olanda oxumaq daha yaxşı olar zənnimcə. Bəzi yerləri şablon motivasiya kitablarına bənzəsə də ümumi olaraq oxumaqdan, fərqli fikirlərlə və məsləhətlərlə tanış olmaqdan zövq aldım. Hər zaman kitab və sevgi ilə qalın
The Things You Can See Only When You Slow Down
The Things You Can See Only When You Slow DownHaemin Sunim · Penguin Books · 2017806 okunma
Reklam
376 syf.
4/10 puan verdi
Stupiiid. Forever Bailey
Kitab çox bəyənilib, ən maraqlı rəyləri alsa da təəssüf ki sevə bilmədim bu kitabı. Düşünürəm ki çox daha qısa ola bilərdi. Yaraşıqlı oğlan və çox da gözəl olmayan bir qız hekayəsi idi. Qəhrəmanımız Fern o qədər çox aşiq olur ki ənnn yaraşıqlı (kitabdakı qocadan cavana kişidən qadına hər kəsin Ambrose-u bu qədər tərif etməsini də anlamadım) Ambrose müharibədə sifətinin bir hissəsi tanınmaz hala düşsə də onu sevməkdən vazgeçmir və onu həyata qaytarmağa çalışır. İndiyə kimi watpad hekayələri oxumamışam amma bu mənə çox watpad hekayəsi tərzini xatırlatdı. Hekayədə yaraşıqlı oğlan və onu özünə aşiq etməyən qız idi sadəcə İraq məsələsi, gənclərin müharibəyə getməsi eləcə kitab uzun olsun deyə ortaya atılmışdı. Nə müharibəyə getmək səbəbləri nə sevgiləri və o duyğular mənə keçmədi. Baş qəhramanımız oğlan dostlarından ayrılmasın , üstündəki təzyiq azalsın deyə İraqda döyüşməyə gedir. Nedennn yani nedenn. Çıx dünya turuna, get Afrikada könüllülük elə bu nə mənasız bir səbəb. Dostları da elə onun ağlında, razı olub gedirlər. Amma bir qəhrəman var ki Bailey. Fernin dostu və qohumu. Kitabı sırf onun üçün oxumağa dəyərdi. Kitab kaşki sadəcə onun haqqında olsaydı. Sonda bütün demək istədiyimi Bailey bildirib. Fern didn't think she was good enough for you then, and you don't think you're good enough for her now. And both of you are wrong... and so stupid! Stuuupiiiid!"
Tersyüz
TersyüzAmy Harmon · Yabancı Yayınları · 20172,125 okunma
388 syf.
7/10 puan verdi
Kitab o qədər axıcı bir dildə yazılıb ki ilk səhifələrdən etibarən kitabı əlinizdən yerə qoymaq istəməyəcəksiz. Məşhur Hollivud ulduzu Evelyn Hugonun həyatından və çox qalmaqallə olan 7 evliliyindən bəhs edirmiş kimi görünsə də əslində tək gerçək sevgisini izah edir. Evelyn heç zaman yaxşı biri olduğunu demədi, heç vaxt özünü olmadığı biri kimi göstərməyə çalışmadı. Yaxşısıyla pisiylə olduğu kimi idi. Amma təəssüf ki həyst ona bir gerçək sevgisini yaşamaq şansı tanımadı.
The Seven Husbands of Evelyn Hugo
The Seven Husbands of Evelyn HugoTaylor Jenkins Reid · Atria Books · 20173,219 okunma

Okur Takip Önerileri

Tümünü Gör
368 syf.
3/10 puan verdi
·
33 saatte okudu
Bəzi kitablar var ki, sadəcə vaxt keçirmək üçün, çərəzlik oxuyursan. Bu da onlardan biri idi. Dolly başına gələnlər haqqında öz xatirələrini bölüşürdü. Bəzi yerlərdə yemək reseptləri verir, toplu yazdığı emailləri yazırdı. Dollyni isə heç sevmədim. Sadəcə özünü düşünən, boyfriend olmadan həyatına davam edə bilməyən biri idi. Bəlkə də gənclik olaraq mədəniyyət fərqi özünü göstərir, Dolly üçün maraqlı əyləncəli sayılan gənclik mənə görə çox çox çox idi. Sadəcə içmək, bir münasibətdən başqasına qaçmaqla, dostlarının (hansılar ki uzunmüddətli birlikdəlikləri var) qısqanclığını çəkməklə keçən bir gənclik. Kitabın sonda vermək istədiyi mesajı da anlamadım. Hər şey gedər amma rəfiqələriniz daima qalar falanmı? Çox sevmədim, təəssüf ki. Daima kitabla qalın
Everything I Know About Love
Everything I Know About LoveDolly Alderton · Penguin Books Ltd · 201937 okunma
368 syf.
6/10 puan verdi
·
3 günde okudu
Maya səni heç sevmədim. Özündən razı biri kimi idin daima. Amit və Gopal sizi də heç anlamadım. Bu qədər illər necə geriyə qayıdıb, üzr istəmədiz. Niyə bütün fədakarlıqları daima qadınlar etməlidir? Bhirma sən xoşbəxt sonluğa layiqsən. Sera sənin üçün həqiqətən pis oldum. Hər qəhrəmanını ayrı-ayrılıqda xatırlayacağım bir əsər oldu. Parvati, getdiyin yerdə hüzur tapmağın diləyilə.
The Secrets Between Us
The Secrets Between UsThrity Umrigar · Harper · 20181 okunma
Reklam
321 syf.
7/10 puan verdi
Yazardan və Hindistan haqqında oxuduğum ilk kitab idi amma yazarın təsvirinə, hissləri bu qədər detalları ilə göstərməsinə heyran qaldım. Brima oxuduğum ən güclü qadınlardandır. Hekayənin müsbət sonluqla bitməsini görmək istədiyim üçün mütləq kitabın ikinci hissəsini oxuyacam.
The Space Between Us
The Space Between UsThrity Umrigar · Harper Perennial · 20072 okunma
336 syf.
7/10 puan verdi
Bu kitabı oxuyarkən əsəbiləşməyə, personajların seçimlərinə görə pis olmağa, bəzən onları tutub başlarını divarlara vurmaq istəyinə hazır olun. Üç fərqli nəsildən olan Fəridə, İsra və Deyanın hekayəsi . Fələstində və Fələstindən köçəndən sonra Amerikada olan həyatlarını, ölkələrindən uzaq olsalar da adətlərini yaşamalarını görmək, qadının heç bir səsinin, qüvvəsinin olmaması insanı həqiqətən çox əsəbiləşdirir. Amma özlüyündə Fəridə ailədə sözünü keçirtməyi bacarmış, onları Amerikaya gətirmiş və oğulları sayəsində sözü keçən biri ola bilmişdir. Deya da Amerikada doğulduğu üçün iki mədəniyyət arasında qalıb amma sonda öz qərarlarını verməyi bacarmışdır. İsra isə son anda cəsarətini toplaya bilmişdir. O vaxta qədər daima əziyyət görən İsranın cəsarətə gəlməsini görmək insanı çox sevindirir amma təəssüf şans hər zaman qadınların yanında olmur. Hekayənin nə qədər mənfi qəhrəmanı olsa da Adam da bir yandan bu cəmiyyətdə əziyyət çəkir. Böyük uşaq olduğu üçün bütün məsuliyyət onun üzərində olur və etiraf edə bilməsə də o da İsra qədər əsirdir bu cəmiyyətdə. Oxuduqca bir sual daima məni düşündürdü. Bütün bunların günahkarı kimdir? Bütün bunları dəyişə bilmək mümkündürmü? Bəs sizcə? Daima azadlıq və kitabla qalın.
Kadının Sesi Yok
Kadının Sesi YokEtaf Rum · İthaki Yayınları · 2021176 okunma
352 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bu kitabı oxuduğunuz zaman müharibənin həyatları necə məhv etdiyini, xəbərimiz belə olmadan insanların hansı qurbanlar verdiyini görürsüz. Bir oxunuşda oturub bitiriləcək kitablardan deyil çünkü oxuduqca, o əziyyətləri gördükcə bəzən heç nə etmədən sadəcə durub divara baxmaq istəyirsən. Dilə asan gəlir insanları “qaçqın” deyib damğalamaq. Amma onların çəkdiyi əziyyətlər, artıq “ev” dedikləri yerlərinin olmaması, daima yarım qalmış həyatlarını oxuduqca qınamağın necə də asan olduğunu görürsən. Kitab Suriyadan olan Nuri və Afra İbrahim adlı cütlüyün müharibədən, itkilərdən qaçıb İngiltərədəki onlardan öncə qaçıb canını qurtara bilmiş qohumları Mustafanın yanına getmək hekayələrindən bəhs edir. Baxmayaraq ki onların pulu və pasportları var yenə də ağılalmaz çətinliklərlə üzləşirlər. Pulsuz və pasportsuz insanların başına nələr gəldiyini düşünmək isə çox çətindir. Kitab sizə çox təsir edəcək. Amma gözlərimizi yumub başımızı çevirməklə də olmur. Bəzən bilmək lazımdır. Neçə neçə həyatların siyasət qurbanı olduğunu bilmək lazımdır. Kaş ki müharibələr, aclıq, səfalət olmaza, kaş ki insanlar bu qədər böyük qurbanlar vermək məcburiyyətində qalmasa. Bütün bunlar kaşkilərdə qalır. Daima hüzur və kitabla qalın.
Halep Arıcısı
Halep ArıcısıChristy Lefteri · Pena Yayınları · 202058 okunma
328 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bir oturumda oxuyub bitiriləcək bir kitabdır. İranda dəftər,kitab mağazasında tanış olan 17yaşlı iki gəncin və İranın hekayəsi. Kitabdakı hadisələrdən İranda baş verən siyasi çəkişmələri, demokratiya uğruna mübarizələri oxumaq da bir ayrıca maraqlı idi. Biri birinə çox aşiq olan iki gəncin arasına girənlər ucbatından qovuşa bilməyib ayrı ayrılıqda
Kırtasiye Dükkânı
Kırtasiye DükkânıMarjan Kamali · Remzi Kitabevi Yayınları · 2020147 okunma
320 syf.
7/10 puan verdi
·
5 günde okudu
Düşüncə özgürlüyünə çatmaq diləyilə
Jurnalist bir yazar Əfqanıstanda kitab mağazaları olan Sultan Han adlı birinin evində qalaraq təcrübə etdikləri ,gördükləri, eşitdiklərini roman olaraq qələmə alır. Çox axıcı bir dildə yazılmış kitabdır. Bütün bu oxuduqlarımızın real olması, indiki vəziyyətin daha betər olmasını bilmək həqiqətən adamın ürəyini ağrıdır. Bir zamanlar tarixi, mədəniyyəti ilə öyünən xalqın Taliban işğalından sonra darmadağın olması bütün incəsənət aşiqlərini depresiyaya salmağa yetər. Bu ölkədə nə qadınlar nə də kişilər azaddır. Hər kəs əsirdir. Bir zaman bu ölkənin yenə də inkişaf etmiş olmasını görmək Sultan Han kimi mənim də arzumdur. Daha xoşbəxt bir dünyada görüşmək ümidilə. Daima kitab və huzurla qalın.
Kabil'in Kitapçısı
Kabil'in KitapçısıAsne Seierstad · Alkım · 2006173 okunma
Reklam
416 syf.
5/10 puan verdi
Suzanna, Rosemary, Athene sizləri heç sevə, haqq verə bilmədim.
Jojo Moyes-dəm yanlış kitab oxumaqla başladım deyəsən. Yazarın "me before you" əsərinə çəkilmiş filminə baxmaqdan əlavə yaradıcılığı ilə tanış deyildim. Təəssüf ki kitabı sevmədim, kiməsə tövsiyə edə biləcəyimi düşünmürəm. Bütün hadisələr birinci şəxsin dilindən danışır deyə, bəzən kimin kim olduğunu anlamaq çətindir. İlk bölümdə verilən uşaq hekayəsinin hekayənin ardına bir əlaqəsi yoxdur. Və ən əsası kitabın vermək istədiyi mesajı tam anlamıram. Sevdiyiniz adam başqa yerdə ola bilər. Onu tapana qədər həyatdan bezmiş halda yaşayın? Baş qəhrəman Suzanna Peacock. Səni heç sevə bilmədim. Bu qədər enerjisiz, həyatdan bezmiş olmağı necə bacardın? Ümumi olaraq, yazarı sevirdi, yazdığı hər şeyi oxumaq istəyirsizsə buyurun. Digər halda, kitab sizə bir şey qatmayacaq. Sevgiylə və kitabla qalın.
The Peacock Emporium
The Peacock EmporiumJojo Moyes · Penguin Books · 20192 okunma
720 syf.
9/10 puan verdi
Jo Nesbo- dan ikinci kitabım. Bütün kitab boyunca həyəcanla oxuya biləcəyiniz, dəfələrlə sizi aldada biləcək, aha qatili tapdıq deyəndən sonra kitabın bitməsinə hələ çox qaldığını görəndən sonra gələn o yanılma hissləri ilə dolu bir əsərdir. Qardan adam kitabında qatili öncədən təxmin etmişdim və o adam da qatil çıxdı. Amma burada dəfələrlə yanılır adam. Kitab iki qadının vəhşicəsinə qətlə yetirilməsi ilə başlayır. Qətlləri araşdırmaq üçün Harry Hole Hong Kongdan gətirilir. Qatil isə durmadan öldürməyə davam edir. Kitab bizə vəhşiləyinin, zorakılığın müalicə edilə bilməyən xəstəlik olduğunu göstərir. Ümumilikdə götürsək çox bəyəndiyim və tövsiyyə etdiyim bir kitabdır. Daima kitabla qalın
Leopar
LeoparJo Nesbo · Doğan Kitap · 2016612 okunma
205 syf.
·
Puan vermedi
Tam gənclərə xitab edən, onlara vətənpərvərlik ruhunu aşılayan, bir oturumda oxuya biləcəyiniz bir kitab. Yeniyetmələr üçün maraqlı olacağını düşünürəm. Sonda isə hər zaman “Kaş ki müharibə olmasa və qəhrəman olmağa, canını fəda etmək məcburiyyətində qalmağa lüzum olmasa” deyirəm. Daima kitabla qalın
Yürekli Kadın Nene Hatun
Yürekli Kadın Nene Hatunİbrahim Ünsal · Hayat Yayıncılık · 201345 okunma
248 syf.
·
Puan vermedi
Gənclik. Cəfəngiyyat
Kitabımız 3 dost və bir şeytanın ( Məhcul əl-Daimin) universitet illərindən bəhs edir. Əli Taha sosialistdir İhsan adlı gözəllər gözəli amma kasıb qıza aşiqdir. İhsanı ailəsi gələcəkdə gözəlliyi ilə varlı birinə evlənməsi və onları kasıblıqdan qurtarması üçün yetişdirur. Əhməd Bəkir jurnalistdir. Məmun isə imanı bütov bir gənc. Məhcub isə kasıblıq içində böyüyən heç bir ideyası və prinsipləri olmayan, hər şeyi cəfəngiyyat adlandıran, pul üçün hər şey etməyə razı olan gəncdir. Universitet bitirəndən sonra işə düzəlmək istəsə tanışı olmadığı üçün yaxşı maaşlı iş tapa bilmir. Əl-İxşidi (yerlisi) ona Qasım bəyin sevgilisinin (Qasım Bəy evlidir) rəsmi əri olmasını və bu sayədə də onun işlə təmin olunmasını təmin edir. Heç bir prinsipi olmayan Məhcub buna razılaşıb İhsan ilə evlənir, bahalı həyat tərzi keçirir, dostları ondan yavaş-yavaş uzaqlaşır Məhcub isə ailəsini də unudur. Bir zaman isə Qasım bəy Məhcuba əl-İxşididən daha yüksək vəzifə təklif edir. Bunu eşidən əl-İxşidi isə qisas almaq üçün Məhcubun və Qasım bəyin ailəsinə reallığı deyir və böyük çaxnaşma yaranır( əslində sirrin kim tərəfindən açılması bilinməsə də əl-İxşididən başqa bunu edə biləcək biri yox idi) Nəticədə Məhcub və İhsan hər şeylərini itirir. Görəsən pul vəzifə uğruna hər şeyi edə biləcək hamını eyni aqibət gözləyirmi? Daima öz doğrularınıza bağlı və kitabla qalın.
Yeni Qahirə
Yeni QahirəNecib Mahfuz · Qanun Nəşriyyatı · 2013273 okunma
188 syf.
·
Puan vermedi
Sevgi insanı xilas etməyə yetərmi?
Kumar masasında para mı, aşk mı, onur mu kaybedilir? Yoksa hayatın kendisi mi? Aleksey İvanoviç Generalın ailəsinin yanında müəllim kimi işləyir və Generalın ögey qızı Polinaya aşiq olur. Polinaya yardım etmək üçün qumar oynamağa başlasa da sonunda özünə əngəl ola bilmir. Polinanı qarşılıqsız sevdiyini düşünərək onun diqqətini çəkmək, ona yararlı olmaq üçün Polinaya lazım olandan daha çox məbləğ qazanır qumarda. Amma artıq özünü, uğruna qayadan atlayacaq qədər aşiq olduğu Polinanı unudur. Ağlında yalnızca bir düşüncə olur. Əlində olan bütün pulu qumara qoymaq. Kitabı öz beynimdə xoşbəxt sonluqla bitirirəm. Polinanın da ona aşiq olduğunu biləndən sonra Bay Astleydən kömək istəyərək Polinanın yanına gedəcək və hər şeyi yenidən sıfırdan başlaya biləcək. Daima sevgi və kitabla qalın.
Kumarbaz
KumarbazFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202368,8bin okunma
304 syf.
10/10 puan verdi
Momo, səni daima xatırlayacağam
Michael Ende
Michael Ende
Gün ərzində oturub heç nə etmədən sadəcə ürəyimizin səsini dinləmək, heç yerə tələsməmək, sadəcə dinləmək necə də önəmli imiş. Momo bizə zamanımızın necə qiymətli olduğunu öyrədir. Amma bunu Zaman Tasarruf şirkətindəki gri adamlar kimi hər yerə tələsərək, daima tasarruf edərək deyil anda qalaraq, dünyanı dinləyərək etməli olduğumuzu, ürəyimizdə biri-birinə bənzəməyən sayısız saat çiçəklərinin olduğunu və onu qurutmamaq lazım olduğunu göstərərək edir. Həyatımda çox önəmli bir yerin var, Momo. Zamanımı kimsələrə kaptırmayacağımdan əmin ola bilərsən. Daima kitab və sevgiylə qalın. Zamanınızı sevin.
Momo
MomoMichael Ende · Pegasus Yayınları · 201766bin okunma
Reklam
420 syf.
·
Puan vermedi
·
35 saatte okudu
Elif Şafak qələmi ilə ilk tanışlığım bu əsərlə başladı. Əsər Mövlana Cəlaləddin Rumi və Şəmsi-Təbrizinin dostluğunu, sufi cərəyanını qələmə alan Aziz Zahara adlı sufinin hekayəsini oxuyan Ella Rubinsteinin dilindən danışılır. Oxuduqca sevgini, dostluğu, sufi cərəyanını daha yaxından anlamaq, mənəvi rahatlıq tapmaq mümkündür. Xüsusilə Rumi və Təbrizi arasında olan qırılmaz bağ, ilahi sevgi ilə bağlı danışmaları çox dəyərlidir. Əsərdən xüsusilə çoxlu qeydlər, alıntılar götürüb zamanla yenidən qayıdıb o ab-havanı hiss etmək önəmlidir. Oxuyun oxutdurun kitabla qalın. Sevgilərlə
Aşk
AşkElif Şafak · Doğan Kitap · 200967,4bin okunma
198 syf.
·
Puan vermedi
·
23 saatte okudu
Kitab bir yeniyətmənin məktəbdən qovulduqdan sonra evə getmədən öncəki günlərdə başına gələnlər, onun özü ilə olan danışmalarından bəhs edir. Diaoloqların az olduğu, yeniyətmənin biraz söyüşlü danışığı bir çox oxuyanı kitabdan zövq almamağa sövq edə bilər. Lakin mənim sevəcəyim bir kitab oldu. Xüsusilə də 16 18 yaş arası yeniyetmələri anlamaq, gun ərzində ağıllarından nələr keçdiyini gözdən keçirtmək üçün maraqlı bir əsər idi. Zəngin olsa da oxumaq istəməyən, dərslərində pis olan, bir az da qorxaq olan qəhrəmanımızın tək arzusu uçurum kənarında durub qabağa baxmadan çovdar tarlasında qaçan uşaqları uçuruma yıxılmaqdan qorumaqdır. Düşününcə necə də saf bir arzu. Umid edirəm ki, qəhrəmanımız bu dəfə başladığı məktəbdə uğurlu olub, özünü təsdiq edib istədiyi dostları qazana bilmişdir. Yaxşı oxumalar
Çavdar Tarlasında Çocuklar
Çavdar Tarlasında ÇocuklarJ. D. Salinger · Yapı Kredi Yayınları · 202159,3bin okunma
272 syf.
·
Puan vermedi
Leylanın evi ilk baxışdan bir birindən tamamilə fərqli görsənən insanların ortaq dərdlərinin olmasının, onları bağlayan bir Bosnalı konağ ın hekayəsidir. Bir evi ev edən şeylər nədir? Sevgi, ailə insanı həqiqətən dəyişdirə bilərmi? Zənnimcə yazar kitabı bundan daha öz və maraqlı edə bilərdi. Yenə də şans verməyə, Leylanın evinin hekayəsini bilməyə dəyər bir kitabdır. Xoş oxumalar!
Leyla'nın Evi
Leyla'nın EviZülfü Livaneli · Remzi Kitabevi · 200628,5bin okunma
335 syf.
10/10 puan verdi
Əgər bir insan sizə xəyanət edibsə və o insan sizin üçün bütün insanlığın təcəssümüdürsə bu hadisədən sonra yaşamaq, əvvəlki kimi yaşama davam etmək mümkünsüz görünür. Arturun özünün də dediyi kimi:" Mən sizə Allaha inanan kimi inanırdım, amma siz bütün ömrüm boyu mənə yalan demisiniz" Kitab anasını itirən və ögey qardaşıgillə yaşayan Arturun günün birində sevdiyi qız tərəfindən haqsız yerə günahlandırılmasından və həyatı boyu ona yalan danışıldığını bilməsindən sonrakı həyatından bəhs edir. Necə Ovod oldu, başına hansı işlər gəldi? Bir zamanlar sevdiyi insanları yenidən görəndə olanların hesabını soruşa biləcəkmi? O çox istədiyi inqilab baş tutacaqmı? Hər kəsin günün birində oxuması gərəkən əsərlərdən biridir.
Ovod
OvodEthel Lilian Voynich · Qanun Nəşriyyatı · 20121,840 okunma
304 syf.
·
Puan vermedi
Hər zaman həyatımızdakı insanlara demədiyimiz sözlər qəlbimizdə qalır. Bəs öldükdən sonra sizə 6 gün demədiyimiz sözləri demək, gerçəkləşdirə bilmədiyiniz arzuları real etmək üçün şans verilsəydi necə? Entoni qızının toy günü ölür və qızı Culiya ilə keçirmədiyi günlərin, anların xatirinə fələkdən 6 gün oğurlayır. Bu dəfə həyatda ikən etdiyi səhvləri düzəldə biləcəkmi? 6 gün kifayətdirmi? Spoiler!!! Kitabın mənə görə ən yazıq xarakteri Culiyanın nişanlısı Adam idi. Culiya 18 il bundan öncəki ölmüş bildiyi sevgilisinin həyatda olduğunu atasının ondan uzun illər gizlətdiyi məktub sayəsində öyrənir və sevgisini axtarmağa gedir. Adama isə nə isə açıqlamaq məcburiyyətində özünü hiss etmir. Hətta ona xəyanət edəndən sonra belə də "Mən daha tək qala bilmərəm " deyib yenidən Adama qayıtmaq istəyir. Entoni ilə qızının dialoqları isə mənə sadəcə qıcıq verirdi. Atası səhvlərini düzəltmək, eqoist olmadığını, qızı ilə hər zaman vaxt keçirmək istədiyini izah edəndə məncə vəziyyəti daha da qəlizləşdirir. Heç bir kitabı tənqid etmək haqqı özümdə görmürəm və bu kitabı sevənlər də az deyil. Bəlkə də mən sadəcə bu kitabı anlamadım.
Birbirimize Söyleyemediğimiz Onca Şey
Birbirimize Söyleyemediğimiz Onca ŞeyMarc Levy · Can Yayınları · 2018839 okunma
25 syf.
·
Puan vermedi
Sevgi insanın qapısını nə zaman döyər? İnsan nə zaman bütün yaşamından imtina edib sevginin arxasınca düşə bilər? Hamımız bir gün sevgini tapacaq qədər şanslıyıqmı? Yaltada otelə gələn küçük köpekli kadın Anna Sergeyevna ilə qadınlardan hər zaman "ikinci cins " deyə bəhs edən Gurovun eşq hikayəsi.
Küçük Köpekli Kadın
Küçük Köpekli KadınAnton Çehov · BZ Yayınları · 20141,038 okunma
Reklam
48 syf.
8/10 puan verdi
Uşaqlarına kitab oxumanın önəmini məqsədsizcə, bir məcburiyyətmiş kimi qəbul etdirmək nəticədə onlarda kitabdan qorxuya səbəb ola bilər. Onların nə düşündüyünü diqqətlə incələməyin və yalnızca sevgi ilə problemlərin öhdəsindən gəlməyin önəmini kitabda hiss etmək mümkündür. Uşaq kitabı olsa da valideynlərin də oxunmasının xeyirli ola biləcəyini düşünürəm.
Kitaplardan Korkan Çocuk
Kitaplardan Korkan ÇocukSusanna Tamaro · Can Yayınları · 20192,300 okunma
83 syf.
7/10 puan verdi
·
148 günde okudu
Şahmat həqiqətən də sadəcə oyundur? Yoxsa bir oyundan daha artıqdır. Həyat tərzi. Düşünmə gücü. Hisslərini idarə edə bilmək. Bəs bu oyunda qalib gəlmək üçün nə lazımdır? Zweig bu kitabında özünü bəyənmiş dünya şahmat çempionu ilə gestaponun verdiyi psixoloji işgəncələrdən qaçmaq üçün xəyali şahmat oynayan birinin qarşılaşmasını təsvir edir. Sonunda qazanan kim olacaq? Hisslərini idarə edə bilmək niyə bu qədər önəmlidir? Oxuyub aydınlaşdırmaq lazımdır.
Satranç
SatrançStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020237,6bin okunma
208 syf.
7/10 puan verdi
Filminə baxmadığım üçün ən azından kitabını oxumalı olduğumu düşündüm. Balacalara könül rahatlığıyla hədiyyə edə biləcəyiniz bir kitab. Uşaqların mənfi alışqanlıqlarını göstərir, mehriban, təvazökar olmanın önəmini xatırladır.
Charlie'nin Çikolata Fabrikası
Charlie'nin Çikolata FabrikasıRoald Dahl · Can Çocuk Yayınları · 200510,7bin okunma
172 syf.
8/10 puan verdi
·
7 günde okudu
Antuan bütün həyatını öyrənməyə həsr edir lakin bu qədər çox bilgili olması ona asan başa gəlmir. O hər tərəfə baxanda sadəcə acı görür. Quşların səsindən zövq ala bilmir çünkü qlobal istiləşmə nəticəsində onların nəslinin tükənməkdə olduğunu bilir. Ağlı onun bədbəxtliyi, xəstəliyi olur. Antuan sadəcə insanlarla birlikdə olmaq,onların həyatını bölüşmək istəyir. Bunun isə yeganə yolu idiot olmaqdır. Bəs bunu bacarmaq bu qədər asandırmı?
Nasıl Aptal Oldum
Nasıl Aptal OldumMartin Page · Kapital Medya Hizmetleri · 2005144 okunma
104 syf.
10/10 puan verdi
Əsəri oxuduqca Solomonsohnun üəyinin ölümünü hər anlamı ilə hiss edirik. Bütün həyatını ailəsi üçün pul qazanmağa, onlara istədiyi şəraiti yaratmağa həsr edən ata artıq özü üçün yaşamağı unudur, ailəsinə get-gedə yadlaşır. Qızı Ernanın gəldikləri tətildə gecəni başqa bir otaqda keçirtməsinə reaksiya bildirə bilməyən Solomonsohn bir müddət sonra heç bir şey hiss etmir. Artıq ürəyi ölmüşdü. Qısa məzmunu ilə bütün duyğuları oxuculara çatdırmağı sadəcə
Stefan Zweig
Stefan Zweig
belə bacarardı.
Bir Yüreğin Ölümü
Bir Yüreğin ÖlümüStefan Zweig · Tutku Yayınevi · 201777,3bin okunma
80 syf.
9/10 puan verdi
Bir qadın həyatını tamamilə dəyişmək qərarını 24 saatın içində verə bilərmi? Bütün həyatını, keçmişini gözdən çıxartmağı bacararmı? Bəs ətrafındakı insanlar onun bu hərəkətini anlamağa qadir ola bilərmi?
Stefan Zweig
Stefan Zweig
bu əsərində nəzakətli ingilis xanımının çox sevdiyi həyat yoldaşını itirəndən sonra həyatının mənasını yenidən tapması məqsədilə çıxdığı səyahətindən, və qarşısına çıxan qumarbaz bir gənclə olan bir günündən bəhs edir. Qadının keçirtdiyi bütün hissləri oxucu da anlayır, onun düşüncələrini bölüşür.
Bir Kadının Yaşamından Yirmi Dört Saat
Bir Kadının Yaşamından Yirmi Dört SaatStefan Zweig · Türkiye İş Bankası Kültür Yayınları · 2020127,1bin okunma
Reklam
425 syf.
·
Puan vermedi
·
16 günde okudu
Cəmiyyətdən fərqlənən, öz dövrünün qaydalarına uymayan Saranın romanı. Yazar romanında Viktoriya dövrü haqqında maraqlı məlumatlar verir, oxuyucunu həmin dövrə virtual səyahətə aparır. Bir oturmada oxuyub bitiriləcək bir əsərdən daha çox aramla, zövq alaraq oxuyacağınız bir əsərdir. Yazarın bəzən oxucuyla birbaşa dialoqa girdiyi , personajların öz qərarlarını özlərinin verdiyini, yazıçının buna təsir etmə gücündə olmadığını göstərdiyi hissələr əsərin xüsüsi maraqlı yerləridir. Əsər 3 müxtəlif sonluqla bitir və seçim oxuyucuya buraxılır. Mən 2ci sonluğu seçdim. Düşünürəm ki, yazar da o sonluğu daha detallı təsvir edib.
Fransız Teğmenin Kadını
Fransız Teğmenin Kadını
John Fowles
John Fowles
Fransız Teğmenin Kadını
Fransız Teğmenin KadınıJohn Fowles · Ayrıntı Yayınları · 20202,412 okunma