Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Martin İden

Jack London

Yorumlar ve İncelemeler

Tümünü Gör
490 syf.
10/10 puan verdi
·
Beğendi
·
33 günde okudu
İlk dəfə bir kitabı göz yaşlarım ilə bitirdim...
Kitabın hələ ilk səhifələrindən əsas qəhrəman öz xüsusiyyətləri,davranışları ilə diqqətimi cəlb etmişdi. Hər başlığı xüsusi maraqla oxudum. Ehh Martin... Sənin yaşadıqların,həyatının necə tamamilə çevrilməsi,vaxtilə ən yaxın bildiklərin,dəyər verdiklərinin artıq sənə yadlaşması,daxilində vulkanların püskürməsi,lakin sənin onları heç bir kəsə açıb deyə bilməməyin məndə unuda bilməyəcəyim izlər buraxdı. Kitabı xüsusilə yaşamımın bu zaman dilimində oxuduğum üçün özümü çox şanslı hesab edirəm.
Martin İden
Martin İden
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
Reklam
397 syf.
10/10 puan verdi
·
Beğendi
·
9 günde okudu
Martin Eden
Həyatım boyu oxuduğum ən möhtəşəm kitablardan biri, hətta birincisidir deyərdim. İlk dəfədir bir inceleme yazıram. Gerisini siz düşünün. Öz həyatını səfil görüb, kübar aləmə qatılmaq istəyən Martin və onu bu kübarlığa cəlb edən Morzlar ailəsi. Martin həyatı boyu o qədər çətin anlar yaşamışdır ki, kübar ailələrdə danışılan söhbətlər, mədəniyyət və sakitlik onun gözlərinə əlçatmaz bir röya kimi görünür. Bu röyaya çatmaq üçünsə ilk əvvəl bu kübar aləmin dediyi hər sözə xüsusi rəğbətlə qulaq asır, hər birində həqiqət görür. Eyni zamanda, ilk dəfə aşiq olur. Lakin bunu deyə bilmərəm, bir qadına mı aşiq olur, yoxsa onun kübarlığına mı..? Əsər başdan-sona həyəcan içərisində irəliləyir. Bir an belə kitabı qırağa qoymaq istəmirdim. O qədər təsirli kitabdır ki, çox böyük ehtimal çox uzun bir müddət, bəlkə də həyatım boyu təsirindən çıxa bilməyəcəm. Martin İden elə Cek Londonun özüdür.. Mütləq oxumalısınız.. Dostluq, sevgi, məğlubiyyət, qalibiyyət, sevinc, kədər, həyəcan, hər şey.. hər şey var bu əsərdə..
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Dünya ədəbiyyatının ən mükəmməl avtobioqrafik əsəri...
Roman kasıb dənizçi Martinin həyatını dəyişdirməyə qərar verməsi ilə başlayır. Oxumağa başlayan Martin özünü savadlı və intellektual bir insan kimi inkişaf etdirir. Ancaq varlı və nəcib bir ailənin qızı Rufa aşiq olduqdan sonra həyatı dəyişir. Rufun sosial təbəqədə ondan çox üstün olması və sevdiyi qadının ailəsinin böyük tələbləri olması Martini yazıçı olmağa sövq edir. Martin yazıçılıq karyerası üçün çox çalışır və nəhayət uğur qazanır. Lakin bu uğur onun həyatında gözlənilməz nəticələr verir. Bir çox insanın tələblərini qarşılamaq, məşhurlaşmaq üçün özünü itirir. Şəxsiyyətini məhv etdiyini düşünən Martin sonda intihar edir. Roman insanların uğur qazanmaq üçün nə qədər irəli gedə biləcəyinin tənqidini təqdim edir. Əsərdə çoxlu müxtəlif mövzular var. Roman yoxsulluq, sevgi, sosial sinif fərqləri və uğur qazanmaq istəyi kimi mövzulara toxunur. Roman sosial sinif mübarizəsindən bəhs edərkən, fərdi uğur və xoşbəxtliyin mənasını da sual altına alır. Martin deyir ki, zənginlik və uğur xoşbəxtlik gətirmir. Əksinə, uğurlu və zəngin olmaq onu tənha və bədbəxt edir. Bu səbəbdən də roman fərdi xoşbəxtliyin təkcə maddiyyatla deyil, həm də daxili məmnunluqla əldə oluna biləcəyi mesajını verir.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
·
Puan vermedi
·
13 günde okudu
《Mən uğur qazanacağam. Sən mənə mane olmayacaqsan》.
《Mən uğur qazanacağam. Sən mənə mane olmayacaqsan》. “Martin İden” hədsiz iradə, qətiyyət və məqsədyönümlük, arzularını reallaşdırmağa olan inanc haqqında romandır. Bəs baş qəhrəman üçün bu  hədsiz uğur arzusu necə bitəcək? Bu ona xoşbəxtlik gətirəcəkmi? Süjet kasıb gənc dənizçi Martin İden və onun yüksək cəmiyyətdən olan bir qıza qarşı qəflətən
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
Reklam
490 syf.
10/10 puan verdi
Martin, onun həyat mübarizəsi insanı heyrətləndirir.O, nə qədər uğursuzluğa uğrasada məqsədindən geri dönmür. Bəsit bir sevgi hekayəsinin altında Jack London bir xəzinə yatızdırıb.Uzun müddət təsirindən çıxmayacağınız mükəmməl bir roman.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
10/10 puan verdi
·
Beğendi
·
6 günde okudu
Oxumamisinza mutləq və mütləq oxuyun.Martin İden....Cek Londondan oxuduğum ilk əsər... Kitab bir sevgi uzərində qurulmayıb kəsinliklə. Martin İden təhsilsiz, ömrundə bir kitab oxumamıs bir şəxsdir.Təsadufən Ruf və ailesinin qonagi olur.Və təhsilin kitablarin vacibliyini dərk edir.Əvvəl həyatini dəyisdirməyi Rufa görə etdiyini düşünür.Amma sonra özünüzdə görəcəksiniz ki, bu əsla belə deyil. Kitabın orta hissəlerində şəxsi inkişaf xarakterli olduğunu düşündüm.Amma bir insan olduğu mövqeni bəyənməyib yeni movqeyə can atib və onu əldə edəndən sonra xoşbəxt deyilsə buna şəxsi inkişaf demək olarmi? Kitab Martin İden ve onun mubarizəsini əks elətdirir.Onun həyatla mubarizəsini..... Diqqətimi çəkən bir obraz isə Brissendir.Brissen olan hissələri oxuyarkən bunu düşündüm.Doğrudan da dost hamı çıxıb gedəndə gələndir. Xoş mütaliələr.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
10/10 puan verdi
·
Beğendi
·
62 günde okudu
Biraz spoiler ola bilir
Martin İden -en sevdiğim kitap karakteri,aslinda hayranimda ) hayata geriden başlayıb olağanüstü bir performansla zirveye kalkmak ve bunda en büyük katkı sevdiği kızın olması insana umut veriyor ,her gün kitap okuyor ve uyumak onun hayatinda yoktu,tabi bu çabalara rağmen istediğini elde etdi ama sevgisinden artık şübhe ediyordu çünki sevdiği başka biriymiş gibi geliyordu ona ,sonu bir farklı oldu çok ağlatdı insanı ama herkes kendince haklıdır.Zirvede olurken ve bu yanlızlığı yaşamak ve artık hayatta istediğin herşeyin olması,bazen insani bıktırır.OKUYUN KESİNLİKLEEE....
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
5/10 puan verdi
·
81 günde okudu
Axır ki, mən də oxudum. Məşhur klassikanı. Oxuyanların böyük əksəriytətinin bəyəndiyi o Jack London əsərini. Ama nəsə alınmadı. Nəsə bəyənə bilmədim heç cürə. Bilmirəm bəlkə də yanlış zamanda oxumuşam. Başları sıxıcı gəlirdi. Yarıdan sonra daha maraqlı gəldi. Martinin yolu təbii ki, məndə də müəyyən təəssüratlar buraxdı. Ama hamıda olan güclü təəssüratlar yox. Sonun təsirli idi. Martinin necə dəyişməyi çox yaxşı təsvir olunmuşdu. Yaşadığı hisslər və düşüncələri çox yaxşı keçirilmişdi oxucuya. Yəni Martinin ruh halını çox yaxşı anlamaq, xəyalında canlandırmaq olurdu. Ama gələcəkdə yenidən oxumaq istərəm. Bəlkə fikrim dəyişə. Həqiqətən də doğru zamanda oxumadığımı düşünürəm. Gözləntilərim çox böyük idi. Qoy bu da belə olsun. 2024ün bitirdiyim ilk kitabı.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
Reklam
490 syf.
6/10 puan verdi
·
6 günde okudu
Çox uzun yazmayacam. Çünki, bu dəfə yazmaq üçün içimdən bir an öncə çıxmaq ümidilə yanıb tutuşan düşüncələr yoxdu. Çox şey yazıb uzada bilərəm, amma net bir şey var ki, gözləntimin çox çox altında oldu və xəyal qırıqlığına uğradım. Bilən bilir, mənim üçün kitabı (roman)kitab edən əsas şey içindəki obrazlardır, xüsusilə də baş obraz. Və həmin
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
10/10 puan verdi
·
Beğendi
Bu kitabı illər öncə oxumuşam və hələ də xatirimdə ən sevdiyim kitab kimi qalıb. Kitab başlarda diqqətimi çox cəlb etmişdi. O yöndəmsiz, şapka taxıb, qəribə danışığı olan adam Martin obrazı haqqında daha çox öyrənmək istəmişdim. Cek London kasıblığı, çarəsizliyi, iradəli olmağı, sevgiyi, ümidləri, məqsədi elə gözəl ifadə etmişdi ki, Martini oxuyarkən elə bildim özüm olanları yaşayıram. Hətta bir ara kitab mənə ağır gəldi və bir müddət onu oxumaqdan imtina etdim. Sonra isə yenidən ön sözü oxumağa başladım. Qəribədir elə deyil? Kitabın yarısındasan və ön sözü hələ təzə oxuyursan? Bir az gülməli səslənir. Amma o önsözü oxuduqdan sonra yenidən kitaba davam etdim. Və yaxşı ki davam etdim. Ən təsirləndiyini səhnə bacısının Martinə pul verərkən Martinin ona bunun 100 qatını qaytaracağını söz verməsi və sözünə əməl etməsi.... Əsərdə mənə qıcıq verən obraz isə Ruf oldu. Başda çox xoşuma gəlmiş, axırda isə Martinə haqq vermişdim. Kitabı bitirdikdə Martinə çox açıqlanmışdım. O arzusunda olan kimi məşhur yazıçı olmuşdu, artıq heç kimə möhtac deyildi və öz pulu var idi.... Amma o bunlara rəğmən həyatdan bezikib intihar etdi və özünü okeanın derinliklərinə buraxıb həyata vida etdi. Onu sonradan anladığımda isə artıq əsərin üstündən bir neçə ay keçmişdi.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
·
Puan vermedi
·
6 günde okudu
Kitabı çox bəyəndim. Həyat mübarizədir, bu kitab onu göstərir. Martin inandı ki, böyük yazıçı olacaqdır və oldu. Amma heç kəs ona inanmırdı. Ruf da ona inanmadı, amma sonradan hamı onunla maraqlanmağa başladı. Lakin o həmin əvvəlki Martin idi, dəyişməmişdi. Onun pulu artmışdı və şöhrəti. Buna görə də hamı onu evinə nahara çağırırdılar. Burjua dünyasını çox yaxşı tənqid etdi bu kitabda. Martin öz məhəbbəti naminə şöhrət istəyirdi. Amma sonradan gələn pul və şöhrət ona heç bir əhəmiyyəti vermədi. Biraz tez olsa Rufla gözəl bir həyat yaşaya bilərdi. Sonradan anladı ki, Rufu sevməmiş, ağlında olan simvolik qızı sevmişdir. Amma Lizzi Konolli doğurdan da onu sadəcə sadə Martini sevirdi. Sonluq isə acı oldu.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
10/10 puan verdi
·
Beğendi
Martin İden,iynə ilə gor qazan həmin o şəxs.Düşünürəm ki,hər kəsin oxumalı olduğu kitablardan biridir,Cek London bu yarı avtobioqrafik əsərində demək olar ki,hər şeyə toxunub,kitabı oxuyan zaman yəqin ki,hər hissi,hissizlik hissini belə yaşatdı bu kitab mənə,adətən özümü tapdım bu kitabda,kitab mənə bir insanın nələrə qadir ola biləcəyini,səbir və iradə ilə nələrin əldə oluna biləcəyini öyrətdi,yanlız bunlar yox bir çox şey.Martin,onun dostları,sevdiyi xanım,tanış olduğu insan personajları həqiqətəndə 100/100 uğurla təsvir edilmişdir,kitabı oxuyarkən çox özümə sual verdim,bəs mən olsaydım nə edərdim? Qatlana bilərdim mi görəsən? Cek London bu əsərində həyatımızda olan bir çox acı reallığı aydın şəkildə göstərib,dəyişən insanlar yox həqiqətəndə sadəcə zamandır.Oxumaq istəyən hər kəsə məsləhət görərəm,bəzən sizi güldürəcək,bəzən gözlərinizi dolduracaq,bəzən də sizi özüzünə mühakimə etdirəcək sadəcə bir matros olmuş Martin İden.
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
490 syf.
9/10 puan verdi
Hərkəs oxusun, oxutdursun..
Martin İden
Martin İden
amerikalı yazıçı
Jack London
Jack London
un oxuduğum ilk kitabıdır deyə bilərəm. Kitabı alarkən az-çox məlumatım var idi, amma yenə də tərəddüd edirdim almaq üçün. Sonra oxuduqca kaş daha əvvəldən alıb oxusaydım dedim içimdə. Çünki həmişə avtobioqrafik kitablar diqqətimi cəlb edib və elə buna əsasən
Martin İden
Martin İden
ə bir şans verdim. Həqiqətən, bu kitab bir kitabdan daha çoxudur. Kitabı oxuyanlar bu yazdıqlarımı çox yaxşı başa düşəcək zatən. Yazdıqlarımın spoiler olmamasına çox diqqət etdim, ümid edirəm, bir faydası olar
Martin İden
Martin İden
ə bir şans tanımağınız üçün..Xoş mütaliələr
Martin İden
Martin İdenJack London · TEAS Press · 091bin okunma
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.