Şəkər Portağalı

José Mauro de Vasconcelos

Yorumlar ve İncelemeler

Tümünü Gör
200 syf.
·
Puan vermedi
Men buna inanıram ; Sevgi insana hər şeyi etdirədə bilər, bir də sevgisizlik. " Jose Mauro De Vasconcelos 5 uşaqlı çox kasıb bir ailənin 5 yaşında olan 4 cü uşağı Zeze çox dəcəl olur. O qədər dəcəl olur ki qonşular ona şeytanın oğlu deyir. Ancaq elə gözəl ürəyi var ki. Kimsədən kömək istəmədən oxumağı öyrənməsi onu sevmələri üçün kifayət etmir. Davamlı döyülmək və ağlamaqla keçir günləri. Xəyal gücü o qədər genişdiki ağaclarla bölüşür dərdini. Təzə köçdükləri evdə portağal fidanı ilə dost olmasından sonra onunla birlikdə böyüməyə başlayır Zeze. Amma onu böyüdən əsil hadisə Portuganın acısı olur. Bu kitabı həm göz yaşı ilə həmdə gülüşlə oxuduğumu xatırlayıram. Kitab bitdiyində ilk düşüncəm bu kitabı çoxdan oxumalı idim deyə oldu ) Məncə "Şəkər portağalı" nı bilməyən yoxdu. Oxumamış olsanız belə adını eşitmiş olarsınız.Bir uşağın yaşadıqlarını onunla birlikdə yaşayırsınız. Zezenin acısı, yaraları, xəyalları hamısı bizimdə bir parçamız olur. Uşaq kitabı kimi görünən amma əslində insana qatdığı çox şey olan kitabları sevirəm. Məsumiyyətin xəyal gücü ilə birləşməsi nəticəsində insanlarda istədiyin tapa bilmədiyini, öz portağal ağacında tapan Zezenin acı sonluqla bitən bu hekayəsini hər kəsə tövsiyyə edirəm. Azərbaycan dilində satışda var. +Neden hiç mutlu diyilsin Zeze ? -neden mutlu olayım ? +Çünki dünyaya bir kez geliyoruz . - iyiki bir defa geliyoruz Portuga. +Neden? - İkinci bir hayatı kaldıramazdım
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,1bin okunma
Reklam
10/10 puan verdi
Biz böyüklər uşaqlardan çox şey öyrənə bilirik....
Zeze dostluğu, sevgini,  sədaqəti, mərhəməti, məsumiyyəti və bir çox insani keyfiyyəti balaca qəlbində birləşdirən 5 yaşlı uşaqdır. Bizlərə, böyüklərə, valideynlərə dərs olacaq 5 yaşlı uşaq... Onun həyatın çətinlikləri ilə mübarizəsi , ağlı, biliyi gözəl ürəyi məni heyran eləyir. Ağıllı olduğu qədərdə dəcəldir Zeze. Buna görə  də atası, bacısı tərəfindən döyülür, qonşuları,  yaxınları isə onu bu dəcəlliyinə görə " şeytanın oğlu " adlandırırlar. Əslində isə Zeze bir mələkdir. Zeze özünə 2 dost seçir: Portuga və Şirin portağal fidanı. Onun xəyal gücü o qədər genişdir ki, hər gün başına gələnləri  öz fidanı ilə danışır və ondan məsləhətlər alır. Həyat isə acımasız olduğunu Zezeyə dəfələrlə xatırladır. Əvvəlcə onun dostu Portuganı, sonra isə portağal fidanını ondan alır. Bütün bu hadisələrdən sonra Zeze özünü tənha hiss edir və kədərə qapılır. Avtobioqrafik kitabları sevirəm. Bu kitablardan gözəl dostlar qazanmaq olur ki, bunlardan biri də
Şəkər Portağalı
Şəkər Portağalı
Şəkər portağalıdır. Kitabı hər oxuduğumda dolu-dolu ,bütün hissləri yaşayaraq oxuyuram. Kitabın içinə daxil olub, Zeze'ni saatlarla qucaqlamaq, onu dinləmək istəyirəm. Kitab oxunaqlı və qısa həcmlididir. Hərkəsə tövsiyə edirəm. Kitabın 2-ci və 3-cü hissələri Zezenin böyük yaşlarını təsvir edir , amma Zeze hamının ağlında və qəlbində 5 yaşlı uşaq kimi qalacaq...
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,1bin okunma
200 syf.
·
Puan vermedi
·
28 günde okudu
"Ağrını bilən bir oğlanın hekayəsi" Kitabda 5 yaşında uşağın həyata ideal baxışı, xəyal dünyası, dəcəlliyi, zəkası, marağı çox təsirli "not"larla təsvir olunmuşdur. "Zeze", heç umutmayacağım obraz!!! Hər kəsə tövsiyə edirəm.
Şəkər Portağalı
Şəkər PortağalıJosé Mauro de Vasconcelos · Qanun Nəşriyyatı · 2022232,1bin okunma
Reklam
Reklam
100 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.