MOMO - Michael Ende
Momo adlı bir qızcığaz şəhərin teatr xarabalıqların yaşayır. Tapdığı və ona verilənlərdən başqa heçnəyi olmayan Momo hərkəsin sevimlisinə çevrilir. İnsanları dinləmək bacarığı isə onun önəmli xüsusiyyətlərindən biridir. Hər kəslə dost olan Momonun iki ən yaxın dostu isə qoca Beppa və Gigidir.
Bir gün insanların zaçanını oğurlayan duman adamlar şəhərə gəlir. Hər kəsi aldadan duman adamlar üçün sevdiklərinizə ayırdığınız vaxt belə boşdur və zamana qənaət etmək lazımdır. Onlara qarşı bir tısbağa və Horo Ustanın köməyi ilə vuruşan Momo hansı nəticəni əldə edir?
Kitab uşaq ədəbiyyatı olaraq bilinsə də böyüklərin mütləq oxumalı olduğunu düşünənlərdənəm. Toxunulan mövzu isə aktualdır. Kitab düşündürür!
Küçədə oynayan uşaqların belə sayı azalarkən, onların xəyal gücünü texnologiya ilə məhv edərkən, işləyib övladlara zaman ayırmazkən, texnologiya hər işi bu qədər “asanlaşdırmışkən” hələ də zaman çatışmazlığı yaşarkən biz nə etməliyik?
Zaman axır və gedir. Biz də onunla birgə. Sevərək və sevdiklərimizlə birgə yaşamaq lazımdır hər dəqiqəmizi....
Əlqərəz, kitab asan dili ilə sürətlə oxunur. Əminəm ki, oxuyub sevənləriniz çox olacaq. Mən çox sevdim, bəyəndim, duyğulandım, düşündüm. Və Momonu heç unutmayacamı anladım...
“Oysa zaman yaşamın kendisidir. Ve yaşamın yeri yürektir”
(İyul ayının ikinci kitabı haqqında və xətlədiyim cümlələr haqqənda çox danışa bilərdim. Odur ki, sizə oxumağı tövsiyə edirəm.)
02.07.21 21:10
04.07.21 23:33