22 yaşıma çatdığımda 5 ildir ki aldadıldığımı öyrəndim. Duyğularımı, hisslərimi, düşüncələrimi tam şəkildə ifadə edə bilməyəcəm, daha doğrusu, etməyəcəm. Eynilə kitabdakı obraz “Baba” kimi, Atam da mənə yalanın ən böyük günah olduğunu söyləmişdi. Amma mən həyatımda ən böyük yalanı mənə danışan insanın Atam olduğunu, onun yoxluğunda öyrənmişdim, eynilə “Əmir” kimi.