Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Mehriban Əsgərova

Mehriban Əsgərova
@AbookwormMehriban
♡Kitap sevgisi diye bir sevgi tıpkı ana sevgisi, kardeş sevgisi, yâr sevgisi gibi bir sevgidir♡
Reklam
İman gətirənlər- xoşbəxt adamlardır, çünki Yaradana inam hər kəsə verilməyib. Öləndən sonra Tanrı cəzasından, cəhənnəm odundan qorxmaq vacib deyil, cəhənnəmin və cənnətin mövcüdluğuna çox adam şübhə edir. Ancaq din , dəxli yoxdur hansı, insanı haqq yoluna yönəldir- Yaradandan qorxduğuna görə deyil, öz vicdan və mənəviyyatı qarşısında məsuliyyət daşıdığına görə
Sayfa 368 - Qanun nəşriyyatıKitabı okudu
Əgər bütün insanlar hər axşam yatmazdan əvvəl gün ərzindəki əməllərini xatırlayıb, onların yaxşı və pisinə qiymət versəydilər, necə də xeyirxah və gözəl olardılar. Onda istər-istəməz gündən- günə yaxşılığa doğru gedib axırda nəsə əhəmiyyətli bir şeyə nail olacaqsan. Bu sadə üsul hamı üçün əlçatandır, çox şey tələb etmir, ancaq çox təsirlidir. Hamı bu həqiqətə inanmalıdır: "Kimin vicdanı təmzidir, o da güclüdür!".
Sayfa 368 - Qanun nəşriyyatıKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
Özü də pul və rahatlıq mənimçün uzaq və yad anlayışlardır.
Sayfa 367 - Qanun nəşriyyatıKitabı okudu
Artıq dəqiq qərara almışam ki, mənim həyatım adi qızların həyatına bənzəməyəcək, mən böyüyəndə isə heç vaxt adi evdar qadın olmayacağam, Başlanğıcım fərqlidir və məhz elə buna görə də mən hətta ən təhlükəli məqamlarda da situasiyanın absurdluğuna gülə bilirəm
Sayfa 321 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Mən tez-tez ruh düşkünlüyünə qapılıram, ancaq ümidsizliyə- heç vaxt
Sayfa 321 - Qanun nəşriyyatıKitabı okudu
Ah, niyə müharibə qurtarmır, niyə insanlar sülh içində yaşaya bilmirlər, niyə ətrafda hər şeyi məhv edirlər?
Sayfa 320 - Qanun nəşriyyatıKitabı okudu
Mənə təkcə ər və uşaqlar kifayət etmir, mən çoxları kimi mənasız həyat sürmək istəmirəm. Mən əhatəmdə olan, məni tanımayan adamlar üçün nəsə faydalı və xoş bir şey etməliyəm... Mən ölümümdən sonra da özümdən nəsə saxlamaq istəyirəmş Ona görə də mən Tanrıya elə minnətdaram kİ, artıq doğulduğum gündən mənə bütün yaşantılarımı ifadə etmək, düşünmək və yazmaq qabiliyyəti verib!
Sayfa 289 - Qanun nəşriyyatıKitabı okudu
Çəmənliyə çıx, günəşə bax, təbiəti seyr et. Xoşbəxtliyi öz içində axtar, özündə, dünyada olan gözəl şeyləri düşün və xoşbəxt ol
Sayfa 244 - Qanun nəşriyyatıKitabı okudu
Heyranları və pərəstişkarlar mənə daha lazım deyil. Mənə gülüşümü deyil, mahiyyətimi və xarakterimi dəyərləndirən dostlar lazımdır. Əlbəttə, onda ətrafdakıların sayı xeyli azalacaq. Ancaq əvəzində qalanlar əsl dostlar olacaqlar.
Sayfa 242 - Qanun nəşriyyatıKitabı okudu
Reklam
Nədir məhəbbət?
Məhəbbət- nədir məhəbbət? Düşünürəm ki, bunu sözlə ifadə edə bilməzsən. Məhəbbət- başqasını başa düşmək, onunla xoşbəxtliyini və dərdini bölməkdir. Sonra hansısa bir məqamda fiziki məhəbbət də gəlir. Sən nəyisə başqasıyla bölüşürsən, nəyisə alırsan və ya nəyisə veririsən- vacib deyil qanuni nikahdasan, uşağın var, ya yox . Vacib deyil sən bakirərəliyini itirəcəksən, ya yox, başlıca odur ki, yanında kimsə var, səni başa düşür və büsbütün sənə məxsusdur!
Sayfa 235 - Qanun nəşriyyatıKitabı okudu
Adamların ağzını yummaq olar, amma məhz gənc olduqlarına görə düşünməyi qadağan etmək olmaz.
Sayfa 234 - Qanun nəşriyyatıKitabı okudu
"Nə qədər ki bunları buludsuz səmanı və gün işığını görürəm, - deyə düşündüm,- kədərlənə bilmərəm" Tənhalıq, bədbəxtlik və ya nədənsə qorxu hissini yaşayan hər kəs üçün ən yaxşı dərman - Tanrı və təbiətlə təkbətək qalmaqdır. Yalnız onda başa düşürsən ki, dünyada hər şey lazım olduğu kimi qurulub və Tanrı hamıya xoşbəxtlik arzulayır. Və nə qədər ki bu mövcuddur(bu isə həmişə mövcud olmalıdır), istənilən şəraitdə istənilən dərdə təsəlli tapılacaq. Mən əminəm ki, təbiət insana çox böyük dəstək verə bilər. Ah,bəlkə mən tezliklə bu xoşbəxtlik hissini kiminləsə bölüşə bildim- mənim kimi hisslər yaşayan biriylə.
Sayfa 228 - Qanun nəşriyyatıKitabı okudu
Məsələnin mahiyyətinə varanda görürsən ki, haqlı tərəf bizik, ancaq nəzərə alsaq ki, şüurlu insanlarıq(bizsə özümüzü onlara aid edirik), deməli, ətrafdakıları daha yaxşı başa düşməyə can atmalıyıq
Sayfa 202 - Qanun nəşriyyatıKitabı okudu
Bəlkə sən biləsən- insanlar öz dünyalarını niyə hamıdan gizlədirlər?
Sayfa 200 - Qanun nəşriyyatıKitabı okudu
1.097 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.