Bununla birlikte hiç bir şey bizi,toplumda büyük bir uzlaşıyla benimsenmiş şeylerin en iyi şeyler olduğunu düşünerek yaygın bir kanaate teslim olmak, önümüzde birçok örneğin olması ve akla göre değil, başkalarına benzemek için yaşama kadar büyük kötülüklere sevk etmez.
Üzərimdə bu qədər təsir bağışlamış kitab haqqında incələmə yazmasaydım doğru olmazdı hərhalda. İlk olaraq başlayaq əsərin müəllifindən. İrvin Yalom eksistensial psixoterapiyanın əsas nümayəndələrindən biri hesab olunur. Maraqlısı isə odur ki, qeyd etdiyim psixoterapiyanın yönəldiyi əsas psixoloji problemlər(ölüm qorxusu, azadlıq, tənhalıq, həyatın mənasızlığı) bu əsərdə də geniş şəkildə işıqlandırılmışdı.Əsər fəlsəfə və psixologiyanın vəhdəti olmaqla yanaşı, aid olduğu dönəmin ideoloji sistemini, əxlaq və etik qaydalarını da əks etdirməsi ilə də əhəmiyyət kəsb edir. Kitabın əsas süjet xətti Nitsşe ilə doktor Breuer arasındakı "ağıl oyunları" ilə izlənən qarşılama ilə əhatə olunur. Breuerin Nitsşeni terapiya etməsi ilə başlanan proses sonradan doktoru xəstə roluna çevirərək qəribə forma almış olur. Fridrix Nitsşenin məşhur "üst insan" nəzəriyyəsinin izlənimləri filosofun həkimlə dialoqlarında ortaya çıxır. Əvvəldən sona kimi insanın tam azadlığını, sosial, əxlaq, din kimi məfhumların ortaya çıxardığı qaydalar çərçivəsindən çıxmaq lazım gəldiyini müdafiə edir. Nitsşeyə görə insan özü öz dəyərlərini yaratmaq iqtidarında olmalıdır. Bundan əlavə Nitsşe üçün ən böyük həqiqət insanın özünün kəşf elədiyi həqiqət hesab olunurdu. Bu dediklərimlə paralel filosof nə qədər məğrur, qürurlu davranış ortaya qoysa da, sonda gözyaşlarına hakim olmaması həyatın bizim üçün çarəsizlik payı deyildimi? İnsan oğlu bu periodlardan sonra nələrisə dəyişməyə çalışmalıdır. Doktor Breuer isə sağalana kimi konformist davranışın bariz nümunəsi idi. Baş verən hadisələrə insan kimi reaksiya verməkdən məhrum olmuşdu sanki. Doktorun terapiya dönəmində Nitsşe ilə dialoqlarında onun çəkdiyi acıları, məyusluqları hiss etməmək əldə deyil (hər nə qədər şəxsiyyət olaraq buna layiq olsa da). Breuerin timsalında