Elə ki insan yuxuya getdi, fikrə qapıldı-özü üçün ölməz və azad olur. İnsan elə onunla uludur ki, əcəli çatıncaya qədər həyatda olan hər şey barədə düşünə bilir. Ancaq ölüm bununla hesablaşmır. Ölümün nə işinə qalıb ki, insan bir ömür sürərək xəyalında nə qurub, necə adam olub, ağlı nəyə və nə dərəcədə qadir olub.