Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
9/10
·712 syf.··
Beğendi
·
2020 2. kitabı
Bəzi kitablar var ki, oxuyub bitirəndən sonra başa düşmək çətin olur ağzın açıq qalır “mən nə oxudum deyirsən”. 3-4 gün keçir hə görürsən ki, yavaş yavaş hər şey beyninə oturur. “İdiot” mənim üçün belə əsərlərdən oldu. Nəysə xoşunuza gəlməsə yazımda sizdən üzr istəyirəm. Çünki bir az çətinlik çəkirəm Ədəbiyyat sevərlər bilir ki, Dostoyevski möhtəşəm yazardı. O, əsərlərini o qədər incəliklə, məharətlə qələmə alıb ki, hər səhifəsi insanda dərin izlər buraxır. Cümlələri toxunur, düşündürür, hiss edirsən. İlk oxuduğum “Cinayət və Cəza” romanından sonra qərara gəldim ki, bu dəfə “İdiotu” oxuyum. Romanın axıcılığı öz yerində, ancaq məni yormadı deyil. Bəzi yerlər, təsvirlər çox uzadılmışdı. Buna baxmayaraq ümumi götürsəm “Cinayət və Cəza” romanı qədər də olmasa da, bu əsəri də sevdim. İlk bitirən kimi də bu düşüncədə olmadım. Kitabı bir-iki gün öz-özümə düşünəndən sonra, götür-qoy edəndən sonra belə desək tam oturdu beynimə. Keçək əsas məsələyə. “İdiot” həm də sevgi romanıdır. Kitab haqqında onu deyə bilərəm ki, Dostoyevski bu əsərdə insanın daxilini, cəmiyyətin problemlərini,ve sinif ayrımcılığını oxucuya çatdırır. Ağır roman olduğuna görə psixoloji təsiri çoxdur. Mışkın keçirdiyi xəstəliyə görə ətrafındakı hər kəs onu “idiot”, “sarsaq” adlandırır. Amma və lakin mənim fikrimcə bu əsərdə Mışkindən başqa hər kəs “idiotdur”. Çünki bu qədər dürüst, saf, insanların ona qarşı etdiyi pis hərəkəti belə bağışlayan biri “sarsaq” ola bilməz. Nə gəlirsə başına öz sadəlövlüyündən və səhv sevgisi ucbatından gəlir. Başqa bir obraz da var ki, bu romanda o da Roqojindir. Roqojinin Mişkini özünə az qala düşmən etməsinə səbəb olan qadın isə Nastasiya Flippovnadır. Nastasiya o qədər gözəl qadın olur ki, Mışkin onu görmədən şəklinə vurulur. Amma bu sevgi şəfqətdən gələn sevgi yoxsa saf və
Edebiyat
İdiotFyodor Dostoyevski · Qanun · 201331,5bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
8/10
·820 syf.··
2020 3. kitabı
Filippa Qreqori Boleyn nəslindən daha bir qız 🖇 Tarixi mövzuları, kitabları sevdiyimə görə bu kitabı da sevə sevə oxudum bitirdim və çox bəyəndim. Filminə əvvəlcədən baxmış olsamda aradakı fərqlər çoxdur ona görə kaş baxmazdım yaxşı mənada dəhşət içində oxudum hər səhfəsini. Kitabdakı hadisələr Mariya Boleynin dili ilə nəql edilir. Mariya VIII Henrixin 2 il favori qadını olub. Hadisələr İngiltərədə cərayan edir. . . 🖇 Əsas mövzu ailələri tərəfindən sövq edilən 2 bacının kral və kraliyyət uğrunda rəqabətləri, iyrənclikləri, hərisliklərindən bəhs edir. Kin, nifrət, acıq, sevgi, xəyanət, çırpınmaq, boyun əymək hər cür fitnə fəsad bu əsərdə özünü biruzə verib. Kral Henrixin oğlu olmadığına görə ilk öncə 13-14 yaşlı Mariyanı ailəsi qurban verir. Mariya kraliçanın yanında qulluq edir lakin həmdə ona ən böyük xəyanəti edir. Təbii ki, artıq Mariya krala vurulmuş həm də kralı məftun etmişdir. Lakin bu bəs deyildi Mariya oğlan verməli idi Krala. İlk uşaq qız oldu. Artıq kral yavaş yavaş Mariyadan soyumağa uzaqlaşmağa başlamışdı. Ailənin təkidi ilə yenidən Mariya kralı məftun etməli oğul verməliydi ona. Bu baş verir. Mariyanın oğlu olur. Ancaq heç də hər şey ailənin planı üzrə getmir. Çünki Mariya kralın məşuqəsi idi bu isə işləri korlayırdı. Artıq kral əvvəlki kimi Mariyaya diqqət etmir ona nəvaziş göstərmirdi. Buna görə də Mariyanın bacısı Anna bu dəfə bu oyunlara daxil olur. Amma Anna Mariyadan ağıllı idi. O belə tezliklə krala məğlub olmaq istəmirdi. Ağıllı və gözəl Anna kralı özünə heyran etməyi bacarır. Kral istədiyi hər qadını yatağına asanlıqla ala bilirdi. Lakin Anna o qadınlardan deyildi. O, məşuqə olmaq fikrində də deyildi. Buna görə əlindən gələn hər şeyi, bütün iyrənclikləri edir. Kralın kraliçadan
Edebiyat
Boleyn KızıPhilippa Gregory · Artemis Yayıncılık · 20176,9bin okunma
10/10
·208 syf.··
Beğendi
·
2020 4. kitabı
John Boyne . Zolaqlı Pijamalı Oğlan 🖇 İlk öncə onu deyim ki, bu kitabın təsiri hələ məndə çox qalacaq. Çünki dünya yaranandan müharibələr başlayıb və 21-ci əsrdə belə bu virusdan dünya xilas ola bilmir. Müharibə aclıqdan, səfalətdən, ölümdən, ayrılıqdan başqa nə verir axı insanlara? Nəyə görə, kimə görə lazımdır əsrlər boyu bu zülm? Hansı biriniz dünyanı özünüzlə apardınız? Müharibə mövzusunda bir neçə kitab oxumuşam hər birinin mənim üçün öz yeri var. Amma bu əsərin təsiri inanmıram ki, o kitablar qədər olsun. Çünki uşaqlar uşaqlığını yaşamalıdır. Oyunlar oynamaq əvəzinə, sevinmək, gülmək, əylənmək əvəzinə silahların, bombaların səsindən qaçmamalı, ölüm qorxusu ilə yaşamamalıdır. Ona görə də bu mövzu mənə görə həssas və toxunan mövzudur. 🖇 Mövzusu; 9 yaşlı Brunonun atası Hitlerin necə deyərlər gözdə əsgərlərindəndir. Atasına Hitler tərəfindən yüksək vəzifə verilməsi səbəbi ilə ailə Berlindən Polşaya Auştvitsə köçür. Bir müddət uşaqlar yeni evlərinə, yeni mühitə öyrəşə bilmirlər. Lakin bir az vaxt keçəndən sonra balaca kəşfçimiz öz otağının pəncərəsindən uzaqda düşərgə, orada da çoxlu uşaqlar görür. Sıxıntıdan təklikdən bezən Bruno dostları üçün darıxır, oynamağa heç kim olmur. Lakin bir gün düşərgəyə getməyi qərara alır və evdən gizlin çıxır. Hasarların yanına çatanda öz yaşıdında balaca oğlanı görür. Bu Şmuel idi. Yəhudi. Ac saxlanılan, səbəbsiz yerə döyülən, işgəncələr görən balaca yəhudi Şmuel. Onların dostluğu beləcə başlayır. Bruno evdən hər gün ona yemək aparır, artıq o darıxmır yeni dostu ilə vaxtını keçirirdi. Bu saf, yalansız dostluq 1 il davam edir. Amma bir gün Brunonun anası artıq baş verən dəhşətlərə dözmədiyini bildirir və Berlinə qayıtmaq istəyir. Bəs
1000Kitap
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202150,6bin okunma
10/10
·104 syf.··
Beğendi
·
2020 5. kitabı
Sən necə gözəl kitabsan ilk dəfə 9 ya da 10-cu sinifdə oxuyanda oxumuşdum bu kitabı. Amma onda tam başa düşə bilməmişdim, indiki kimi təsir etməmişdi mənə. Ona görə deyirlər bəzi kitablar gözləməyi sevir. Uşaq ədədbiyyatı hesab olunsa da məncə daha çox böyüklər üçün yazılıb. Böyüklər nə qədər hər şeyi qəliz hala gətirir, çətinləşdirir. Dünyaya bir az da uşaqların gözləri ilə, saf hissləri ilə baxaq
1000Kitap
Küçük PrensAntoine de Saint-Exupéry · Nilüfer Yayınları · 2025279,7bin okunma
🖋Arzu yaxşı şeydir, lakin onun da həddi-hüdudu var. Allahı da təngə gətirmək olmaz.
Edebiyat