Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·101 syf.··
Beğendi
·
2020 6. kitabı
John Steinbeck
8.1/10 · 49,8bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
Adam bir yılın hesabını yapıyor, oysa akşama kalmadan öleceğini bilmiyor.
Edebiyat
9/10
·712 syf.··
Beğendi
·
2020 2. kitabı
Bəzi kitablar var ki, oxuyub bitirəndən sonra başa düşmək çətin olur ağzın açıq qalır “mən nə oxudum deyirsən”. 3-4 gün keçir hə görürsən ki, yavaş yavaş hər şey beyninə oturur. “İdiot” mənim üçün belə əsərlərdən oldu. Nəysə xoşunuza gəlməsə yazımda sizdən üzr istəyirəm. Çünki bir az çətinlik çəkirəm Ədəbiyyat sevərlər bilir ki, Dostoyevski möhtəşəm yazardı. O, əsərlərini o qədər incəliklə, məharətlə qələmə alıb ki, hər səhifəsi insanda dərin izlər buraxır. Cümlələri toxunur, düşündürür, hiss edirsən. İlk oxuduğum “Cinayət və Cəza” romanından sonra qərara gəldim ki, bu dəfə “İdiotu” oxuyum. Romanın axıcılığı öz yerində, ancaq məni yormadı deyil. Bəzi yerlər, təsvirlər çox uzadılmışdı. Buna baxmayaraq ümumi götürsəm “Cinayət və Cəza” romanı qədər də olmasa da, bu əsəri də sevdim. İlk bitirən kimi də bu düşüncədə olmadım. Kitabı bir-iki gün öz-özümə düşünəndən sonra, götür-qoy edəndən sonra belə desək tam oturdu beynimə. Keçək əsas məsələyə. “İdiot” həm də sevgi romanıdır. Kitab haqqında onu deyə bilərəm ki, Dostoyevski bu əsərdə insanın daxilini, cəmiyyətin problemlərini,ve sinif ayrımcılığını oxucuya çatdırır. Ağır roman olduğuna görə psixoloji təsiri çoxdur. Mışkın keçirdiyi xəstəliyə görə ətrafındakı hər kəs onu “idiot”, “sarsaq” adlandırır. Amma və lakin mənim fikrimcə bu əsərdə Mışkindən başqa hər kəs “idiotdur”. Çünki bu qədər dürüst, saf, insanların ona qarşı etdiyi pis hərəkəti belə bağışlayan biri “sarsaq” ola bilməz. Nə gəlirsə başına öz sadəlövlüyündən və səhv sevgisi ucbatından gəlir. Başqa bir obraz da var ki, bu romanda o da Roqojindir. Roqojinin Mişkini özünə az qala düşmən etməsinə səbəb olan qadın isə Nastasiya Flippovnadır. Nastasiya o qədər gözəl qadın olur ki, Mışkin onu görmədən şəklinə vurulur. Amma bu sevgi şəfqətdən gələn sevgi yoxsa saf və
Edebiyat
İdiotFyodor Dostoyevski · Qanun · 201331,5bin okunma
8/10
·820 syf.··
2020 3. kitabı
Filippa Qreqori Boleyn nəslindən daha bir qız 🖇 Tarixi mövzuları, kitabları sevdiyimə görə bu kitabı da sevə sevə oxudum bitirdim və çox bəyəndim. Filminə əvvəlcədən baxmış olsamda aradakı fərqlər çoxdur ona görə kaş baxmazdım yaxşı mənada dəhşət içində oxudum hər səhfəsini. Kitabdakı hadisələr Mariya Boleynin dili ilə nəql edilir. Mariya VIII Henrixin 2 il favori qadını olub. Hadisələr İngiltərədə cərayan edir. . . 🖇 Əsas mövzu ailələri tərəfindən sövq edilən 2 bacının kral və kraliyyət uğrunda rəqabətləri, iyrənclikləri, hərisliklərindən bəhs edir. Kin, nifrət, acıq, sevgi, xəyanət, çırpınmaq, boyun əymək hər cür fitnə fəsad bu əsərdə özünü biruzə verib. Kral Henrixin oğlu olmadığına görə ilk öncə 13-14 yaşlı Mariyanı ailəsi qurban verir. Mariya kraliçanın yanında qulluq edir lakin həmdə ona ən böyük xəyanəti edir. Təbii ki, artıq Mariya krala vurulmuş həm də kralı məftun etmişdir. Lakin bu bəs deyildi Mariya oğlan verməli idi Krala. İlk uşaq qız oldu. Artıq kral yavaş yavaş Mariyadan soyumağa uzaqlaşmağa başlamışdı. Ailənin təkidi ilə yenidən Mariya kralı məftun etməli oğul verməliydi ona. Bu baş verir. Mariyanın oğlu olur. Ancaq heç də hər şey ailənin planı üzrə getmir. Çünki Mariya kralın məşuqəsi idi bu isə işləri korlayırdı. Artıq kral əvvəlki kimi Mariyaya diqqət etmir ona nəvaziş göstərmirdi. Buna görə də Mariyanın bacısı Anna bu dəfə bu oyunlara daxil olur. Amma Anna Mariyadan ağıllı idi. O belə tezliklə krala məğlub olmaq istəmirdi. Ağıllı və gözəl Anna kralı özünə heyran etməyi bacarır. Kral istədiyi hər qadını yatağına asanlıqla ala bilirdi. Lakin Anna o qadınlardan deyildi. O, məşuqə olmaq fikrində də deyildi. Buna görə əlindən gələn hər şeyi, bütün iyrənclikləri edir. Kralın kraliçadan
Edebiyat
Boleyn KızıPhilippa Gregory · Artemis Yayıncılık · 20176,9bin okunma