Təbəssüm Mustafaeva

Təbəssüm Mustafaeva
@Bookharmony_
Uluslararası ilişkiler
Baku
5 Temmuz
293 okur puanı
Ocak 2020 tarihinde katıldı
10/10
·101 syf.··
Beğendi
·
2020 6. kitabı
Con Steynbek . Mirvari . 🖇 Çox maraqlıdır o dövrün yazarları sanki bizim zamanımızdan yazıblar. Demək ki, zaman dəyişir insanlar dəyişmir. . . 🖇 Amerikalı yazıçı, nobel mükafatçısı Con Stenybek dünya ədəbiyyatında önəmli yazarlardandır. Reailst yazıçıdır və əsərlərində insanların ürəyinə toxuna bilir. Bir çox məşhur əsərləri var ki, bunlardan biri də “Mirvari”-dir. Kiçik həcmli olmasına baxmayaraq dərin duyğular hiss etdirən və təsirləndirən kitab oldu. Bəzi əsərlər, kitablar olur ki, onlar haqqında danışmaq çətin olur. Cümlələr elə bil düyümlənir fikrimi çatdıra bilmirəm məhz “mirvari” də o əsərlərdəndir. . . 🖇 Kitabdakı hadisələr dənizçi Kino və ailəsindən bəhs edir. Və hər şey balaca körpələrini əqrəbin sancması ilə başlayır. Kasıb olduğu üçün qapısını döydüyü həkim belə uşağa baxmaqdan imtina edir. (Təəssüf ki, hazırki cəmiyyətimizdə də fərqləndirmə, ayrımçılıq var). Əlacsız ata çarəni dənizdə mirvari axtatmaqda tapır. Və şans bu dəfə ona gülür. Hər kəs Kinonun dəyərli mirvariyə sahib olmasından danışır. Ətrafı belə ona qarşı dəyişir. Bəziləri düşmən olur ona qarşı, bəziləri də yalaq dostluq roluna girir. Amma bu şans həm də, Kinoya çox böyük müsibətlər, bəlalar gətirir. Heç də hər şey onun arzuladığı, qurduğu xəyallar kimi olmur. Dəyərdimi insan həyatına mail olan, dəyəri baha ölçülən bir daşa görə bu qədər faciəyə? . . 🖇 Bəzən yoxsulluq insanı istəmədiyi nələrəsə vadar edə bilir. Azdırmı hazırki cəmiyyətimizdə belə insanlar yoxsulluq ucbatından cinayət törədənlər, bir tikə çörək üçün oğurluq edənlər? İnsan elə bir canlıdır ki gözü heç vaxt doymur, istədikcə istəyir. Hirs gözünü elə pərdələyir və təhlükəni görmür. Hər şeyin çoxu isə insana zərərdir. Sonra da hər şey üçün çox gec
Edebiyat
İnciJohn Steinbeck · Sel Yayıncılık · 202349,8bin okunma
Reklam
9/10
·428 syf.··
Beğendi
·
2020 7. kitabı
Wulf Dorn . Şizofrenik . . 🖇 Psixiatr Yanın 23 əvvəl atasının ölümü və qardaşının müəmmalı şəkildə itkin düşməsindən və sonrasında başına gələn travmatik hadisələrdən bəhs edir. . . 🖇 Psixoloji gerilim olan Şizofrenik də Psixiatr kimi maraqlı və sonda gözləntiləri məni təəccübləndirən kitab oldu. Aqatanın kitablarını oxuyanda artıq yarıya çatanda cinayətkarın kim olduğunu ehtimal edirdim və yanılmırdım. Amma Vulfda bu məndə alınmır qələmi o qədər çaşdırıcı, aldadıcı olur ki, sonda “a ola bilməz” deyirəm. . . . . . 🖋Necə deyərlər, böyük adam olduğunu düşünən şəxs uğursuzdur. . . 🖋Həyat bəzən bizə cavabı olmayan suallar verir. . . 🖋keçmişin əzabsız xatirələri bizə dinclik gətirər.
Edebiyat
ŞizofrenikWulf Dorn · Yay Nəşriyyat · 06,9bin okunma
5/10
·240 syf.··
Beğendi
·
2020 8. kitabı
Ernest Hemingway . Fiesta . 🖇 Amerikalı yazıçı olan Ernest Hemingwayın həm həyatı, həm də əsərləri mənə çox maraqlı gəlir. Qəribə taleyi olan bu yazarın yaradıcılığı dəfələrlə həm yüksəliş həm də tənəzzül yaşayıb. Bəlkə buna görə də bu əsərini sevə bilmədim. “Qoca və dəniz” əsərindən sonra oxuduğum bu əsər mənimçün xəyal qırıqlığı oldu. Digər adı “Günəş doğur” adlanan bu kitab mənə görə vaxt itkisindən başqa bir şey deyildi. Sadəcə olaraq yarımçıq qoymamaq üçün, bəlkə sonlarda nəsə dəyişiklik olar deyə oxumağa davam etdim. Mütləq oxunulacaq kitablardan deyil mənə görə. . 🖇 Fiesta nədir? Nədən bəhs edir? Deməli əsər bir neçə dostun dincəlmək üçün öküz döyüşləri adlanan festivala (fiesta) getməsi və oradakı hadisələrdən bəhs edir. Baş qəhrəmanlarımız Ceyk və Bretdir. Bret obrazını heeeç sevmədim. Deməli əsərdə Bretə demək olar ki, kişilər valeh olur Bret isə heç kəsin könlündə arzusunu qoymur)) üç dost bu qadın uğrunda mübarizə aparır. Bir sözlə yüngül əxlaqlı qadın obrazı yaradıb burada Ernest ona görə də sevə bilmədim. Bu qadına görə illərin dostları bir birinə qarşı düşmən olmağa belə hazırdır. Amma buna baxmayaraq Bret də heç xoşbəxt deyil. Ceyki sevsə də o belə onu qane etmir. Bir sözlə nə istədiyini bilməyən bir obraz.. sonu nə olur bəs?? Sonluq bir heç..
1000Kitap
Güneş de DoğarErnest Hemingway · Bilgi Yayınevi · 20211,419 okunma
Adam indi unutduğu şeyi sonralar ömrü boyu axtarmalı olur, müsyö...
Edebiyat
..bacarırsansa, kömək elə, əlindən gələni əsirgəmə. Elə ki, gördün bacarmırsan, unut! Üzünü çevir get! Özünü tox tut! Canıyananlıq dinc dövrlər üçündür, olum, ya ölüm məsələsində artıqdır. Ölənləri basdır, özün də başla həyatı bir tərəfdən söküb yeməyə. Bir vaxt gərəyin olacaq. Kədər qoy öz kədərliyində qalsın, ancaq həqiqətdən qaçma. Həqiqətlərlə barışa-barışa da yas saxlamaq olar... Yalnız belə dözmək mümkündür...
Edebiyat
Reklam