Fatima Mhrremova ♡

Fatima Mhrremova ♡
@Booksfer
•Uçmak istediğini kimseye söyleme, düşürmeye çalışırlar..... •Bir gün batar yeni gün doğar, yeterki sen yaşama isteğini, yaşama umudunu kaybetme
Azerbaijan State Pedagogical University-Psychology
11 Temmuz 2004
200 kütüphaneci puanı
97 okur puanı
Şubat 2023 tarihinde katıldı
Arxalı Canavar
6/10
·288 syf.··
2024 4. kitabı
Uzun aradan sonra təhlil yazmaq qərarına gəldim. Bu təhlil də Arxalı Canavar a qismət imiş. Elatlı qələmindən oxuduğum ikinci kitabdır. İlk Görünməyən İzlər' i oxumuşdum. Bu kitabı digər kitaba qismən bəyəndimsə də, bəyənmədiyim tərəfləri də oldu. İlk növbədə hadisə,olay və obrazların çoxluğu kitabı maraqlı və cəlbedici edir. Oxuduqca oxumaq istəyir,sonu həvəslə gözləyirsən. (Mənə görə "Görünməyən İzlərdə" hadisələr daha zəif idi) Oxuyarkən, indi nə baş verəcək deyə intizarda qalırsan. Hadisələri,baş verənləri, analiz edirsən,düşünürsən ki, bu sevdiyim nüans oldu. Dedektiv oxuduğunu bir az olsa hiss edirsən. Bir az olsa yazdım çünki, dedektiv janrında yazılan daha mükəmməl kitablar var. Elatlı kitablarında o mükəmməlliyi bir o qədər də görmürəm. Bundan əlavə kitabda, xüsusi orqanların işlərinə məsuliyyətsiz yanaşmaları, Bədrəddinin timsalında puluna, atasının vəzifəsinə arxalanıb yoxsul təbəqəni əzənlər, şərəfiylə işləyənlərin incidilməsi,ləkələnməsi kimi günümüzün acı reallıqları da öz əksini tapıb. Bu kitabın bəyəndiyim tərəfi idi. İndi bəyənmədiyim tərəfi yazım. Yazıçımız, vulqar sözlərdən,arqo kəlmələrdən çox istifadə edir ki, bu da oxucunu bir qədər sonra yorur. Məncə, ən azı bir- iki söz oldu kifayətdir. Aşırıya getməsə də olar. Bundan əlavə dedektiv adı ilə başladığın kitaba, sevgi- məhəbbəti də əlavə edir. (Təbii ki,bu əksər kitablarda var). Amma, Elatlı bunu da çirkin şəkildə yazır. Hər iki kitabda sevgi adı ilə taciz, xəyanət oxudum. Deyəsən,yazıçının sevgi anlayışı bundan ibarətdir)) Ümumiyyətlə təkcə Elxan yox, bir neçə yazıçılarımız da bu problem var. Hələ kitaba hər yaş qrupuna uyğundur yazılır. 13- 14 yaşında biri kitabı oxuyub nə nəticəyə gələcək anlamış deyiləm. Təhlil bura qədər. Xoş mütaliələr hər kəsə, kitabla qalın.... Elhan Elatlı Arxalı Canavar
İnceleme
Arxalı CanavarElhan Elatlı · Teas Press Nəşriyyatı · 0872 okunma
Reklam
:D
•İnsanın ruhu cahil oldu mu, eğitim kar etmiyor. Atacaksın böğlelerini kaynar kazana, sonra ver odunu,ver odunu
Alıntı
Nadir tapıntı Raif Əfəndi
•İyirmi dörd yaşında olduğum halda, başımdan heç bir qadın macərası keçməmişdi...
Kitap Alıntısı
~Hər gün onlarca adamla mübarizə aparıb,döyüşüb qalib gəlməklə iş bitmir ki. Oğulsan özünə qalib gəl♡♡
Kitap Alıntısı
Reklam