Mən səni təmənnasız sevirdim. Bilmirəm ki, fikirlərimi necə çatdırım, kəlmələr də gücsüzdür. Sənə olan sevgim ürəyimdə buz bağlamış çay kimi idi. İndi o buzu əllərimlə qırdım. Bir gün tikanlarına ürəyimlə toxunmağı çox istədim. Adını eşq qoyduğum çarmıxına gəlməkdən çox xoşbəxtəm.
"Bəlkə"lərin sayı çoxalmışdı. İllərdir onu qarabaqara izləyən bu "bəlkə"lərin hər yerə çatan uzun əlləri onun da qəniminə çevrilmişdi. Gözünü açmağa macal vermir, onu xirtdəkləyib nəfəsi kəsilənə qədər boğurdu.