Afiqə Yahyayeva

Afiqə Yahyayeva
@Daisy_Lover_Bookish
Ben dünyadan ziyade kafamın içinde yaşayan bir insanım..
Riyaziyyatçı
Ağdaş, Azərbaycan, 17 Ekim
391 okur puanı
Ocak 2019 tarihinde katıldı
8/10
·80 syf.··
2023 47. kitabı
·
4 günde okudu
·
Okunma: 22 Nisan 2023 03:50
Təmsillər, Hekayələr kitabı ilə məktəb illərimə geri döndüm sanki. O zamanlar oxuduğum təmsillər, hekayələr idi. Sadə dillə yazılmış öyrədici, düşündürücü hekayələrdən ibarətdir kitab. Dostluqda vəfalı olmağın, səxavətli insan olmağın, düzgün, zəhmətkeş, böyüklərin sözünə qulaq asmağın önəmi və s. kimi mövzulara toxunub söz sənətkarımız Qasım bəy Zakir Kitab kiçik həcmlidir, uşaqlar (böyük yaşlı) üçündür, amma, məncə hər yaşın oxuya biləcəyi bir kitabdır. Uşaq kitablarını mənim kimi sevən hər kəsin bəyənəcəyi kitabdır.
Edebiyat
Təmsillər, HekayələrQasım bəy Zakir · Mimta Yayınları · 013 okunma
Reklam
8/10
·32 syf.··
2023 42. kitabı
·
1 saatte okudu
·
Okunma: 18 Nisan 2023 15:58
Kiçik həcmli, rəsmli və fərqli dizaynda bir kitab daha. Kayıp Şey bəyəndiyim kitab oldu. Oxuyarkən özümü qəribə sakitliyin, yoxluğun, itmişliyin içində hiss etdim
Edebiyat
Kayıp ŞeyShaun Tan · İthaki Yayınları · 2012190 okunma
9/10
·40 syf.··
2023 41. kitabı
Kiçik həcmli, rəsmləri ilə göz oxşayan sevdiyim bir kitab oldu Lea ve Fil . Fil ilə yalnız qızın yaranan dostluğundan bəhs edir. Rəsmlərini xüsusi ilə sevdim
Çocuk Kitapları
Lea ve FilKim Sena · Çınar Yayınları · 202065 okunma
10/10
·128 syf.··
2023 34. kitabı
·
1 saatte okudu
·
Okunma: 12 Şubat 2023 02:21
Çocuk, Köstebek, Tilki ve At ən sevdiyim kitablardan biri oldu. Həm rəsmləri, həm verdiyi mesajlar, sevərək öyrətməyi ilə, sətirləri ilə qəlbimi fəth etdi. Dəfələrlə açıb oxuyacağım bir kitab oldu. 7-dən 70-ə hər kəsin oxumalı olduğu kitabdır məncə. Nə edirsiniz edin, özünüzə haqsızlıq etməyin. Özünüzü, ruhunuzu, bədəninizi sevin, hal-hazırda sevirsinizsə sevməyə davam edin. Özünüzə qiymət verin. Özünüzü yaxşı tanıyın. Həqiqətən nəyi istəyib, istəmədiklərinizi öyrənin və bunu sizin yerinizə başqalarının qərar verməsinə icazə verməyin. Özünüzü kiminsə insafına buraxmayın. Nə qədər yaşayacağımızı bilmirik, ancaq necə yaşayacağımızın çox faizi bizim əlimizdədir, unutmayaq, unutdurmayaq. Başqalarını xoşbəxt etməyə çalışdığınız kimi özünüzü etmək üçün də çalışın. Ən əsası özünüzü sevin həmişə.
Hayata Dair
Çocuk, Köstebek, Tilki ve AtCharlie Mackesy · Mundi Yayınevi · 20215,7bin okunma
Nə çox dərdi var insanların..
7/10
·196 syf.··
2023 29. kitabı
·
3 günde okudu
·
Okunma: 03 Şubat 2023 21:58
Gelirken Ekmek Al Həyatın içindən hekayələr. Yaralar, dərdlər insanın içinə toxunur. Nə qədər bədbəxt insan var deyə düşünürdüm oxuduqca. Nə qədər bənzər həyatlar, bənzər yaralar var. Nə qədər pis böyüyən, bədbəxt uşaqlar, yarım qalmış, boy atmış, amma əslində o qədər böyüməmiş uşaqlar var ki. Ya da vaxtından tez böyümüş, uşaq belə ola bilməmişlər, uşaqlığı oğurlanmışlar, uşaqlığın belə çox görüldüyü o yaşaya bilməmişliklər. Ailənin oyuncağı olan uşaqlar. Ən çox ata yarası, problemli ailələr, yaralar qurusa da, qabıq bağlasa da heç vaxt tam olaraq keçmir onu da təkrar göstərən hekayələr. İllər, əsrlər dəyişsə də nə acıdır ki sadəcə evlənmək üçün evlənən insanlar olduqca bədbəxt uşaqlar bitməyəcək. Yarım, əskik böyümüşlüyün dərmanı, müalicəsi yoxdur. Ən böyük yanlış, cəza, insanı yavaş- yavaş öldürən şey yanlış evlilikdir. Belə qərarlarla ömrünü, yaşamını yanlış insana, yanlış həyata qurban verməməlidir insanlar. Şermin Yaşar qələmini bəyənirəm, tövsiyə edirəm.
Hayata Dair
Gelirken Ekmek AlŞermin Yaşar · Doğan Kitap · 20259,7bin okunma
Reklam