Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Ziyadkhan Abdullayev

400 syf.
·
Puan vermedi
·
48 günde okudu
SONSÖZ"dən
Bu kitap baştan sona insanı umutsuzluğa sevk eden iç karartıcı zulüm olaylarını, eski Çin uygarlığından alıp 20. yüzyılın başına dek getiriyor. Burada amacımız okuyucuyu tarihsel gerçeklere dayanarak uyarmak ve yaşadığımız günlere daha bilinçli ve kararlı olarak umutla yaklaşmaktır. Çünkü dünyamızda hemen her yerde zulüm tüm hızıyla devam
Zulmün Tarihi
Zulmün TarihiCumhur Ertekin · Sia · 202139 okunma
Reklam
106 syf.
10/10 puan verdi
·
11 saatte okudu
Müellifin Önsözü
Allah Teâlâ'ya hamdolsun. O ki, kuluna kâfidir. Salât ve selâm, O'nun seçkin kullarına olsun. "Büşra'l-Keîb bi-Likâi'l-Habîb" diye adlandırdığım bu kitabımı, berzah âleminin meseleleri hakkında yazdığım daha büyük bir eserim olan "Şerhu's-Sudûr" kitabımdan ihtisar ettim. Böylece onu, müminin vefatında ve kabrinde karşılaşacağı ikram ve hoş karşılama adına bir müjdeleyici kıldım. Tevfik Allah Teâlâ'dandır.
Vuslat Sevinci
Vuslat Sevinciİmam Suyuti · Semerkand · 202125 okunma
258 syf.
1/10 puan verdi
·
6 günde okudu
İslam və digərləri
1839-cu ildə İmam Şamil 3 min müridi ilə Axulgo kəndində 30 min nəfərlik rus ordusu tərəfindən mühasirəyə alınır. 3 ay davam edən döyüşlərdən, hər iki tərəf xeyli itkilər verdikdən sonra Şeyx Şamil təslim olmaq məcburiyyətində qalır. Müqavilə şərtlərinə görə 7 yaşında olan oğlu Cəmaləddini ruslara əsir olaraq verir. Bu sayədə Qazavat daha 20 il davam edir. Lakin İmam Şamil hər zaman oğluna qovuşma arzusunda olur. Hər fürsətdə onu geri almaq istəyir. Nəhayət 1954 cü ildə ləzgilərin Gürcüstana səfəri nəticəsində bir çox şəhzadənin əsir alınması Cəmaləddini geri qaytarmaq üçün bir fürsət olur. Və əsirlər dəyişdirilir. Yazarın gürcü bir xristian olması özünü qələmə aldıqlarında bariz şəkildə ortaya qoyur. Dindaşları olan ruslar Qafqaza "demokratiya" gətirir. Başqasının torpağına girmək onların "haqq"ıdır. Ancaq vətənini, dinini qoruyan müsəlmanlar, ləzgilər, çeçenlər və s. "barbar"dır. Haqsız yerə digərlərinin torpaqlarına basqınlar edir. Böyük-kiçik demədən hər kəsi öldürür... Budur onların standartları. Lakin "yumşaq müsəlman"lar yenə də ayılmır...
Şamil: "Elveda Kafkas Dağları"
Şamil: "Elveda Kafkas Dağları"Elizbar Ubilava · Belge Yayınları · 20012 okunma

Okur Takip Önerileri

Tümünü Gör
160 syf.
·
Puan vermedi
·
12 günde okudu
Uşaqlığın İzləri
Cavan bir xanım qardaşının xəstə olduğunu və sayılı günlərinin qaldığını xəbər alır. Hər gün xəstəxanada ziyarətinə gəlir və gün keçdikcə aralarındakı əlaqə daha da sıxlaşır. Sonda qardaşı yaşamının mərkəzinə çevrilir. Yazar digər kitabında (the diving pool) olduğu kimi burda da uşaqlıq dövründə yaşadığı hadisələrə tez-tez müxtəlif formada toxunur. Valideynləri ilə yaşadığı yetimxana, qarın yağması, islaq əzələli kişilərdən xoşlanması, həyat yoldaşı ilə münasibətləri və s. kimi epizodlar müxtəlif şəxslərin ağzından hər iki kitabında qarşımıza çıxır.(bəlkə də oxumadığım digər yazılarında da bunlar qeyd olunub).
Parfaite chambre de malade suivi de
Parfaite chambre de malade suivi deYoko Ogawa · Actes Sud · 20031 okunma
176 syf.
10/10 puan verdi
·
Beğendi
·
7 günde okudu
Balaca Böyük Kitab
Kitab 3 qismdən ibarətdir: 1. İman və İslam'ın şərtləri 2. Xanımlara məxsus hallar 3. Bəzi mühim məsələlər. Hər başlıq altında mövzu geniş şəkildə izah edilib. Hər nə qədər kitabın adı "xanımlara aid" olsa da hər bir müsəlmanın mütləq şəkildə bilməli olduğu vacib elmihal bilgiləri ilə zəngindir. Bəzi çətin anlaşılan mövzular, fiqh bilikləri cədvəllərlə daha asan anlaşılan hala gətirilib. Kitabın dili çox rahatdır. Oxuyanı yormur. P.S. istəyənlər üçün kitab Azərbaycan dilinə də tərcümə olunub.
Hanımlara Mahsus İlmihal
Hanımlara Mahsus İlmihalHeyet · Fazilet Neşriyat · 202164 okunma
Reklam
191 syf.
·
Puan vermedi
·
17 günde okudu
Sonun başlanğıcı (بداية النهاية)
3 avqust 2014-cü ildə İŞİD tərəfindən yezidi kürdlərin yaşadığı İrakın Sincar bölgəsi ələ keçirilir. Qaça bilənlər qaçır, geri qalanlardan kişilər öldürülür, qadınlar və qızlar isə əsir edilib kölə kimi satılır. Romanda baş verən hadisələr Yufa adlı qızın dilindən nəql edilir. ~23 yaşında, miqrendən əziyyət çəkən gənc qız İŞİD nəfərləri tərəfindən müxtəlif şeylərə məcbur edilir. Müəllifin deməyinə görə əksər hadisələr əsirlikdən qurtulmuş müxtəlif insanların nəql etdikləri həqiqi hadisələrdir. Bəzi ərəb müəlliflərin yazılarını oxumaqda çətinlik çəksəm də bu yazıçının dili kifayət qədər rahat oldu mənim üçün.
على مائدة داعش
على مائدة داعشZahra Abdullah · Language Arabic · 20161 okunma
232 syf.
9/10 puan verdi
·
12 günde okudu
40
Hərfi tərcümədə "Kiçik Qırx" kimi tərcümə olunan bu əsər tövhid, əxlaq və ədəbə aid 40 mövzuda Allahın Rəsulu (s.a.s)in hədisləri və açıqlamalarından ibarətdir. Müəllif, gənc yaşlarında özünü din elmlərinə verən Əbu Bəkr Əhməd İbnu'l-Hüseyn İbn Əli İbn Abdillah İbn Musa əl-Bəyhâqî ən-Nəysaburî əl-Xusrəvcərdî'dir. Üsul olaraq Şafiî məzhəbinə tabe olub. Xidmətləri o dərəcədə çox olub ki, müəllimi İmamu'l-Harameyn onun haqqında "Hiçbir Şafii fakihi olmasın ki, Ebu Bekr el-Beyhâkî hariç, üzerinde eş-Şafiî'nin hakkı olmasın. El-Beyhâkî'nin ise, eş-Şafiî'nin mezhebinin nusreti için yazmış olduğu eserlerinden ötürü eş-Şafiî üzerinde hakkı vardır." buyurub. Kitaba gəlincə 40 bölmədən, 130-a qədər hədisdən və əsəri tərcümə edən Mehmet Emin Akın tərəfindən "Hadisten Alabileceğimiz Dersler" başlığı altında əlavə olunan qısa izahlardan ibarətdir. Bəzi yerlərdə ayət'i-kərimə məallarına da yer verilib. Bütün hədislər qaynaqları ilə birgə göstərilib. Hədislər əsasən Buxari və Müslim'in "Səhih"lərindən, bəzi yerlərdə isə müəllifin "əs-Sünən", "Şuabu'l-İman" və s. kitablarından götürülüb. Dil olaraq oxuduğum digər kitablara nəzərən bir qədər çətin gəldi mənə. Kitabın ən çox bəyəndiyim tərəfi isə əksəriyyət digər kitablarda olduğu kimi Peyğəmbərimizin adı çəkiləndə qısaca (s.a.s) deyil də, tam olaraq (sallallahu aleyhi və səlləm) ibarəsinin hər dəfə yorulmadan tam olaraq yazılmasıdır.
El-Erbaun Es-Suğra
El-Erbaun Es-Suğraİmam Beyhaki · Medarik Yayınları · 201912 okunma
304 syf.
10/10 puan verdi
·
15 günde okudu
Kitab və əlavəsi
239+65 səhifədən ibarət, oxunması çox rahat, hər kəsin mütləq oxuyub əməl etməli olduğunu düşündüyüm vacib bir kitab. Böyük günahların sayında ixtilaf olsa da kitabın əsas hissəsində 70 ədəd günahdan bəhs edilir. Hər günah hədis-i şərif və ayət-i kərimələr işığında araşdırılır. Əksər bölmələrin sonunda qısa ibrətamiz nəsihətlərə yer verilib. 400-dən yuxarı hədis-i şərifin olduğu bu kitaba kiçik bir hədis kitabı kimi də baxmaq olar. Kitabın ən çox bəyəndiyim tərəfi isə dilinin çox rahat olması, oxuyarkən adamı yormamasıdır. Ubeydullah Küçük xocanın əlavə etdiyi "Böyük Günahlar'a qoşma" hissəsində isə əhl-i sünnətin əsas prinsipləri, dövrümüzün bəzi aktual problemləri, İslama ziyan vurmaq istəyən batil fikirlər və bir sıra digər məsələlərdən qısaca bəhs edilib.
İslam Şeriatinde Büyük Günahlar
İslam Şeriatinde Büyük Günahlarİmam Zehebi · Bedir Yayınları · 201467 okunma
119 syf.
9/10 puan verdi
·
4 günde okudu
Çox incə bir məsələ.
Mahmud Əsəd Bəy'in "Məlumat" qəzetində yazdığı silsilə məqalələrinə Fatma Aliyə Xanım'ın verdiyi cavabdan ibarət bir əsər. Osmanlıca qələmə alınan bu yazılar dilə çox xoş gəlir. Oxunması adama zövq verir. Anlaşılması üçün kitabın sonunda osmanlıca lüğət də verilib. Əsəd bəyin yazılarına Fatma xanım bəzi yerlərdə etiraz edir. Ancaq etirazlarında heç bir zaman həddi aşmır. Əsəd bəyi özünə ustad görür. Bu cür çox incə bir mövzuya (çoxarvadlılıq) toxunduğu üçün ona öz təşəkkürlərini bildirir. Kitab həm də müzakirə necə aparılmalıdır, nələrə riayət edilməlidir onu göstərir. Bir məsələdə məğlub olduqda rəqibin şəxsi mənfi cəhətlərini qabartmamağı tövsiyyə edir. "Hem ne demek? Bize ait bir bahis ile meşgul olup dururken onu terk ederek hasmın fenalığını tadada kalkışmak eser-i zaaf ve mağlubiyet değil midir!" Mövzu olaraq isə avropa və İslam diyarlarında təkarvadlılıq, çoxarvadlılıq problemi ələ alınıb. Hər nə qədər avropada təkarvadlılıq mövcud olsa da, həqiqətdə onların bunun tam əksini etdikləri, fuhuşla, zina ilə necə iç-içə olduqları ortadadır...
Çok Eşlilik Taaddüd-i Zevcat
Çok Eşlilik Taaddüd-i ZevcatMahmud Esad Efendi · Hece Yayınları · 20008 okunma
247 syf.
7/10 puan verdi
·
11 günde okudu
Sapı özümüzdən olan baltalar !!!
Nə vaxt ki bir idik, İslam'a bağlı idik, onda güclü idik, dünyaya hökm edirdik. Etdiyimiz hökm də ədalətli idi. Düşmənlərimiz də gücümüzün qaynağının birlikdə, İslam'a bağlılıqda olduğunu bilirdilər. Bizləri parçalamaq üçün İslamdan uzaqlaşdırdılar, dini hisslər əvəzinə milli hissləri önə çıxartdılar. Sonra da hərə bir tərəfdən baş qaldırdı. "Müstəqillik" istədi. İstədikləri "müstəqillik" isə azadlıqlarını itirib yadellilərə kölə olmaq idi. Elə də oldu. Hərə birinin köləsi oldu. Lakin, bunları görənlər, bu işlərə səbəb olanlar yenə də ağıllanmadı. Parçalanmaya təəssüf etsə də yenə də öz xalqlarını ağalarına kölə olmağa çağırmağa davam etdi. Bunların davamçıları da eyni haldadır.  Sonda dediyi sözə baxın : Ey Araplar! Bilmelisiniz ki İngiltere ile işbirliğine eğilimli olmamız gerekiyor. Nə gözləyəsən belələrindən...!
Biz Osmanlı'ya Neden İsyan Ettik?
Biz Osmanlı'ya Neden İsyan Ettik?Kral Abdullah · Klasik Yayınları · 2006173 okunma