Ramazanlı Fidan

Ramazanlı Fidan
@Ebelfezl
19 okur puanı
Ağustos 2023 tarihinde katıldı

Ramazanlı Fidan

, bir kitap okudu
7/10
·408 syf.·
25 günde okudu
·
2024 1. kitabı
Elhan Elatlı
8.2/10 · 237 okunma
Əli isimli okura yanıt verildi
Ramazanlı Fidan
Çalışaram daha diqqətli olum
Reklam
Hər məqamda oxuna bilən çərəzlik kitablar #2
9/10
·74 syf.··
2023 5. kitabı
·
25 saatte okudu
·
Okunma: 21 Ağustos 2023 00:00
Yəqin ki, Franz Kafka'nın Çevrilmə əsərində söhbətin nədən getdiyini çoxunuz bilirsiniz. Bilməyənlər üçün isə qısa bir məlumat verim: Əsərin baş qəhrəmanı Gregor Samsa bir səhər oyanır və görür ki, böcəyə çevrilib. Gregor hələ çevrilməmişdən əvvəl ailəsinin maddi vəziyyətini yaxşılaşdırmaq vəzifəsini öz öhdəliyinə götürmüşdü. Yəni, işi Gregor üçün təbii olaraq vacib bir ünsür idi. Buna görə də oyanar-oyanmaz ilk olaraq işə gec qalması barəsində gileylənməsini normal qəbul edə bilərik. Lakin Gregor nə qədər çalışsa da ailəsi üçün sadəcə gəlir mənbəyindən başqa rol oynaya bilmir. O, nə qədər çox cəhd eləsə də, ailəsi tərəfindən o qədər də qiymətləndirilmir. Əslində əsərdə kapitalist sistem və sistem tərəfindən əsarət altına alınmış, müəyyən öhdəliklərlə məcburiyyətləndirilmiş insan həyatı təsvir olunur. Yəqin ki, oxuyucular arasında mənim kimi "Niyə başqa canlı deyil də məhz böcək?!" deyə düşünənlər də olmuşdur. Zənnimcə qəhrəman böcəyin necə pis, murdar və sevilməyən bir məxluq olduğu nəzərə alınaraq qələmə alınıb. Qısacası, böcəyə çevrilməsi ilə onun cəmiyyət içindəki mövqeyi vurğulanıb. Kitabda məni təəccübləndirən ən maraqlı məqamlardan biri isə Gregor'un olanlara necə soyuqqanlı yanaşması idi. Bu oxuduğum ilk Franz KafkaFranz Kafka kitabı olduğu üçün fərqinə varmamışdım amma daha sonra üzərində düşündükcə fərqinə vardım ki, personajın bu dərəcə soyuqqanlı təsir bağışlama səbəbi elə yazarın özü və yazma tərzidir. Bu sayədə kitabı oxuyarkən baş verən hadisələrə Franz Kafka'nın yaradıcı və sürrealist baxış bucağıyla baxmış oldum. Ümumilikdə isə nəticə olaraq deyə bilərəm ki, insanların statusu onların həqiqi dəyərlərini göstərməsə də, cəmiyyət tərəfindən belə qəbul görür və əfsuslar olsun ki, görməyə də davam edəcək. Təkcə Gregor yox, elə biz özümüz də cəmiyyətin təsirilə müəyyən
DönüşümFranz Kafka · Türkiye İş Bankası Kültür Yayınları · 2022267,5bin okunma
Ramazanlı Fidan
Oxumamışam. Amma maraqlı gəldi. Nəsib olsa oxuyaram...
Allaha təvəkkül...
Ön xəttə tərəf getməkdə idik. Getdiyimiz yerdə birdən başımızın üstündə İraq təyyarəsi peyda oldu. Tutulub qaldım ki, nə edim. Əl-ayağım bir-birinə dolaşdı. Təyyarə çox qorxulu şəkildə başımızın üstündə dolanırdı. Bu anda gözüm yolun kənarında böyük bir daşa sataşdı. Dərhal əyləci basdım ki, gedib o daşın arxasına gizlənək. Hacı soruşdu: Niyə durdun? Dedim: Hacı məgər təyyarəni görmürsən? İraqındır. Dedi: Yaxşı, olsun, məgər qorxursan? Dedim: İndicə bizi vuracaqlar, çox aşağıdan uçur. Əvvəlki aramlığı ilə dedi: ‘Lə hövlə və la quvvətə illa billah!’ Hərəkətə davam et! İtaət etməyə məcbur idim. Təyyarə güllə atmağa başladı, bir neçə güllə də maşının arxasına dəydi və maşını deşdi. Hacıya baxdım və gördüm ki, aram və fikirsiz oturub. Üzündə heç bir stres müşahidə olunmur. Mən də onun Allaha olan təvəkkülündən ruhlanaraq yoluma davam etdim.
Sayfa 23 - Şəhidin dostundan xatirə...·Kitabı okudu
Hayata Dair
Ramazanlı Fidan
Allaha güvənin və təvəkkülün beləsini heç eşitməmiş və görməmişdim...