Niyə vərdişlər bizi ən yaxşı versiyamıza çevirə bilir?
1. Etdiyiniz işlərin 40 faizindən çoxu vərdişdir
Araşdırmalara əsasən, gündəlik etdiklərimizin 40%-dən çoxu verdiyimiz qərarların deyil, məhz vərdişlərin nəticəsidir. Bu isə o deməkdir ki, vərdişlərimizi dəyişməklə həyatımızı da dəyişə bilərik.
2. Vərdişlər enerji qənaətidir
Hər gün ayaqqabımızın bağını düşünmədən bağlayır, tez-tez danışdığımız insanların nömrəsini düşünmədən yığır və ya avtomobil idarə edirik. Çünki vərdişlər avtopilot kimi işləyir.
3. Bir vərdişi dəyişmək üçün orta hesabla təxminən 66 gün lazımdır
Araşdırmalar göstərir ki, bir vərdişi dəyişmək üçün orta hesabla 66 gün lazımdır. Tədqiqatda isə bunu 18 gündə bacaran və 250 gündən çox vaxt lazım olacaq insanlar var idi. Heç bacarmayanları demirəm. Vərdiş dəyişikliyi mürəkkəb psixoloji prosesdir və hər insan üçün hər vərdiş fərqlidir.
4. Yalnız inanaraq yeni vərdişlərə sadiq qala bilərsiz
5. Vərdişlər yoluxucu xarakter daşıyır
Siz bir neçə əsas vərdişi dəyişməklə (məsələn şirniyyatı alma ilə dəyişmək) yerdə qalan həyat tərzinizə də təsir edirsiniz.
Elə isə nə edirik?Həyatda görmək istədiyiniz dəyişimin özü olmaq üçün kitablara üz tuturuq
Charles Duhigg
The story is pretty straightforward and mainly centered around the protagonist, there are enough twists and turns to keep the reader engaged. I especially loved how Hoover skillfully used the letters to show Lily’s past without resorting to flashbacks.
Lily is a lovable character. She is strong and yet has vulnerabilities, which make her real. Atlas was another unforgettable character; I could feel for him throughout and wanted to see him happy
Colleen Hoover
Never Eat Alone - şəbəkələşmənin inkişafı (networking) üzrə ən çox məsləhət görülən kitablarda ilk sıradadır.
Kitabın əsas məqsədi uğura çatmaq üçün düzgün əlaqələrin qurulması, şəbəkənin yaradılmasının yollarını və əhəmiyyətini öyrətməkdir.Beləliklə həm özünüzü, həm də çevrənizi irəli apara bilərsiniz.
Keith Ferrazzi
Sarah Jio’nun oxuduğum ikinci əsəri
Bildiyiniz kimi sadə, anlaşılan və dərin hissləri özündə əks etdirən əsərlər qələmə alır. Bu əsəsri isə digərlərindən sanki daha fərqli idi.
Detektiv janrına da yaxın olan bu əsərdə ana və övlad bağlılığı, analıq hissinin nə qədər dərin olduğu təsvir olunur və kitab bitəndən sonra da təsirində qalırsız.
Mənə görə Sarah J.-nun ən təsirli və fərqli əsərlərindəndir. Oxumağa başlasaz elə bu əsərindən başlaya bilərsiz.
Sarah Jio
İki həftəyə yazılmış dünya klassiklərindən qızıl əsər
“Gənc Werther’in acıları” əsərini oxumaq istəyənlər üçün qeydlər
Əsəri yaxşı bildiyiniz dildə oxuyun ki, cümlə və sözlərin gücündən həzz ala biləsiniz;
Əsər intihar psixologiyasını əks etdirdiyi və Werther’in acıyla dolu hisslərini möhtəşəm şəkildə təsvir etdiyi üçün buna hazırlıqlı olmalısız;
Əsərdə altını qaralayacağınız çoxlu həyat dərsləri var;
Bir nəfəsdə bitirəcəyiniz deyil, həzm edərək oxumalı olduğunuz əsərdir;
Hər şeyin bəsitləşdiyi dövrümüzdə bu kitabı anlamaq sizə daha çətin gələ bilər, çünki bir insanın dərin və dəyərli düşüncələrilə doludur.
Uzun sözün qısası, çox gözəl klassik əsərdir. İlk səhifəni açıb oxumağa başlayanda artıq cümlələrin gözəlliyi əlinizdə klassika daşıdığınıza əmin edir Əsərin iki həftəyə yazılması isə yazıçıya olan marağımı ikiqat artırır
Johann Wolfgang Von Goethe