Elis Library

Elis Library
@Elis_Library
Half woman, half book and whole miracle…
Gelişmek
10/10
·192 syf.··
2024 61. kitabı
“Hər kəsin mütləq oxumalı olduğu kitab hansıdır?” - deyə soruşsaz, Doğan Cüceloğlu kitabları deyərdim. Çünki sadədir, səmimidir və realdır. Yaşadığı təcrübələrlə psixologiya sahəsində aldığı təhsili, araşdırmalarını və ən əsası öz düşüncəsini birləşdirən və möhtəşəm əsərlər ortaya qoyandır “Geliştiren anne- baba” kitabı isə bəzi düşüncə, qərar və fərqində olmadan atdığımız addımların səbəbini göstərir. Bir çox cümlələrin, tövsiyələrin altını xətləyəcəksiz.Kitabı oxuyanda bir məqamı çox düşündüm - Bir çox mənəvi keyfiyyətə sahibik amma bunu nə məktəbdə öyrədiblər, nə də ailədə xüsusi dərs keçilib. Bəs bu yaxşı xüsusiyyətlər bizdə necə yaranıb? Demək ki, ailə, daha sonra ətraf inkişafımızda səssiz rollara sahibdir Doğan Cüceloğlu
Psikoloji
Geliştiren Anne - BabaDoğan Cüceloğlu · Kronik Kitap · 202110,9bin okunma
“Yeterince kitabın var” diyenlere cevabımız hazır.
Erich Fromm
7/10
·136 syf.··
Beğendi
·
2024 68. kitabı
Erich Fromm humanist yazıçı, sosioloq, psixoanalitik, filosof və sosial tənqidçidir İlk dəfə psixologiya kitablarını oxumağa qərar verəndə bu sahədə təhsil alan dostlarımdan məsləhətlər alırdım. Seçimlər arasında Erich Fromm da var idi və məncə psixologiyaya marağı olanlar elə ilk onu seçməlidir. Çünki sadə dillə ifadə edir, terminlərdən az istifadə edir, beləliklə başa düşülür və daha çox oxumağa maraq yaradır Erich Fromm
1000k
Yaratmayan İnsan Yok Etmek İsterErich Fromm · Destek Yayınları · 2023676 okunma
Karamazov Qardaşları
Puan vermedi
Daha bir rəy verilməsi çətin olan qızıl əsər Dostoyevskinin “Karamazov Qardaşları” sonuncu ancaq ən usta əsəri hesab olunur deyə bilərəm. Onu qısa əsərlərindən başlayıb hissə-hissə oxuyan və daha çox tanımağa başlayan hər kəs bu əsərini daha çox sevdiyini bildirib Əsər ailə dəyərlərindən uzaq bir ata və onun bir-birindən çox fərqli xarakterlərə sahib üç oğlundan bəhs edir. Bu qardaşların düşüncə tərzləri, həyat fəlsəfələri dialoqlar vasitəsilə detallı şəkildə oxucuya çatdırılır. Baş obrazların hər birinin psixoloji təhlili, Dostoyevskinin özündən yansıtmaları, ədəbi ifadələrin gücü əsəri möhtəşəm bir hala gətirmişdir Ən maraqlısı isə obrazların sonda başlarına nə gəldiyi dəqiq qeyd edilməyərək biz oxucuların fərdi yanaşma və mühakimə gücümüzə həvalə edilmişdir. Bu da Dostoyevskinin onu oxuyub anlayan oxucularına bir güvənidir Fyodor Dostoyevski
Dünya Klasikleri
Karamazov KardeşlerFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 202545,4bin okunma
Rezonans Kanunu
10/10
·206 syf.··
Beğendi
·
2024 62. kitabı
Son dövrlərdə ən çox qarşımıza çıxan mövzulardan biri də müsbət düşünmək və daim kainata müsbət çağrılar edərək arzularımızı reallaşdıra bilməyimizdir Bu kitabda ilk növbədə bunun təkcə beyinlə deyil, həm də ürəkdən etməyimizin bir nəticə verəcəyi izah olunur.Çünki ürəyimiz beynimizdən beş min dəfə çox maqnit sahəsi yaradır. Hətta yazarın fikrinə görə dilə gətirdiyimiz bütün mənfi sözlər itmir və bizə geri qayıdır. Bu kitabı sıxılmadan, fizika biliklərinə ehtiyac olmadan oxuya, bundan sonraki həyatınıza və ətrafınızdakı insanlara, hətta öz DNA-za təsir edə biləcəyiniz məlumatlar əldə edəcəksiniz. Bilim, texnologiya və kvant sahəsini ələ alan bu kitabı oxuyanlar artıq ətraflarında rezonans sahəsi yaratmağa diqqət etdiklərini və bu müddətdə diləklərinin reallaşdığını bildirirlər Pierre Franckh
Bilim
Rezonans KanunuPierre Franckh · Koridor Yayıncılık · 202526bin okunma
Real azadlıq
10/10
·344 syf.··
Beğendi
·
2024 60. kitabı
Doğan Cüceloğlu kitabları hər zaman çox yaxşı rəhbər rolu oynayır. Bu kitaba da başlayanda niyə daha əvvəl oxumadığımı düşündüm. Amma bildiyiniz kimi hər kitabın bir zamanı olur. Kitabda əsas mövzu olan real azadlıq və ona çatmağın yollarıdır. Mədəniyyət robotu anlayışı, mənəvi dəyərlər kitabda çox gözəl izah olunur. Sizə azad olmaq üçün hamıdan imtina etmək, qaçmaq, başqa ölkədə yaşamaq, ya da tək qalmaa kimi “absurd” şeylər deyilmir. İnsanın real azadlığa çatması bu kitabda fərqli üsullardan, olduğun yerdə, ətrafında dolu insanlar ola-ola izah olunur. Həmişəki kimi anlaşılan, sevimli və səmimi bir kitab olub, hər kəsə tövsiyə edirəm Doğan Cüceloğlu
İnsan ve Hayat
Gerçek ÖzgürlükDoğan Cüceloğlu · Kronik Kitap · 20216,7bin okunma