Elis Library

Elis Library
@Elis_Library
Half woman, half book and whole miracle…
Napoleon
Puan vermedi
Napoleon kimi bir çox cəhətdən diqqət çəkən bu şəxsiyyətin həyatını, hakimiyyətdə olarkən idarəçiliyini, düşüncə və ambisiyalarını dərindən təhlil edən möhtəşəm əsərdir. Müəllifin zəhmətinə heyran olmamaq mümkün deyil. Onun döyüşdüyü döyüş meydanlarını gəzib təhlil etmək, tonlarla əsər və məktubları oxuyub bu əsəri ərsəyə gətirmək çox böyük işdir. Andrew Roberts
Tarih
NapoleonAndrew Roberts · Penguin Books · 2015157 okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Stoisizm
10/10
·416 syf.··
Beğendi
·
2024 82. kitabı
Stoisizm Qədim Romada meydana gəlmiş və indiyə qədər təsirini saxlamış fəlsəfə məktəbidir. Bu məktəbə görə insanın əsas məqsədi xoşbəxtlikdir və buna çatmağın yolu təbiət ilə uyumlu yaşamaqdan ibarətdir. İnsan sosial varlıq olsa da, bu fəlsəfə insan xoşbəxtliyinin onun özü ilə bağlı olduğunu göstərir. Stoisizm fəlsəfəsinin qurucusu Zenon olmuş və Epictetus, Sececa, Marcus Aurelius kimi tarixdə iz qoyanlar davam etdirmişdir. Bu kitabda isə ilin 365+1 günü üçün hər günə dair bir stoaçının statı və bu statla bağlı kitabı hazırlayan yazıçıların təcrübələri yer alır. Kitabı fəlsəfəyə marağı olan hər kəs oxuya bilər. Ryan Holiday
Felsefe ve Düşünce
The Daily StoicRyan Holiday · Profile Books Publishing · 20161,652 okunma
Jan Valjan
Puan vermedi
Uşaqlıqdan bəlkə də bir çoxumuzun eşidib, oxuduğu əsərlərdəndir Viktor Hüqonun “Səfillər”i. Hüqo güclü personajlar üzərindən sevgi, hirs, mübarizə, haqsızlıq, yoxsulluq kimi hisslərin sadə, axıcı və səmimi dildə ortaya qoyulduğu əsər yaratmışdır. Əsərdə insanı həyata bağlayan, ona bir ruhu olduğunu xatırladan şeyin sevgi və yaxşılıq olduğu öyrədilir. Belə ki, baş qəhrəmanların həyatında iki əsas məqam yaşanır: Yaxşılıq gördükləri və yaxşılıq etdikləri məqamlar Əminəm ki, bu romanı oxuyan zaman bütün hissləri dərindən yaşayacaq və maraq içində olacaqsınız. Bəzi hissələr hissə ürəyinizə toxunaraq sizdə iz buraxacaq. Həmçinin klassik əsr olmağına baxmayaraq sadə və axıcı üslubda yazılmışdır. Ona görə də mütləq oxumağınızı tövsiyə edirəm Victor Hugo
Dünya Klasikleri
SefillerVictor Hugo · Koridor Yayıncılık · 2020105,5bin okunma
İvan ilyiçin ölümü
8/10
·112 syf.··
Beğendi
·
2024 66. kitabı
İlk dəfədir bir əsərin sonluğunun adından və ilk cümlələrindən bəlli olduğunu görürəm. Necə bitəcəyini biliriksə, bəs onda niyə bu əsəri oxuyaq?- deyə bilərsiniz. Ancaq çatacağımız yerdən çox gedilən yolun vacib olduğunu nəzərə alaraq, Tolstoyun bu əsərində də nəticədən çox onun necə reallaşdığı daha önəmlidir. Ölümcül xəstəliyə tutulan və bunun fərqində olan İvan İlyiçin ölümə hazırlaşmağı, yaxınlaşan ölüm psixologiyası, yaşadığı həyatı nəzərdən keçirməsi əsərin əsas mövzusudur. Bununla yanaşı, əsərdə ölən insanın ətrafındakıların da düşüncələri və biganəlikləri o qədər aydın təsvir olunur ki, oxuduğumuz zaman beynimizdə suallar yaradır - “Görəsən mənim başıma gəlsə, ətrafımdakılar necə hiss edəcək?” Tolstoyun həyat və ölümə dair fəlsəfi düşüncə və fikirləri ilə zənginləşdirdiyi bu əsərini oxumağınızı tövsiyə edirəmQısa olduğu üçün tez bir zamanda bitirmək mümkündür. Lev Tolstoy
Dünya Klasikleri
İvan İlyiç’in ÖlümüLev Tolstoy · Yabancı Yayınları · 202161,2bin okunma
Viktoriya dövrü
Puan vermedi
George Eliot - Viktoriya dövrünün məşhur ingilis yazıçısıdır. O, yazmağında əsas məqsədinin tozlu küçələrdən, kənd və tarlalardan gələn insanların həyatlarını real əks etdirmək olduğunu bildirmişdi. Realist yazıçı G.Eliot müasir romanların əsas xüsusiyyəti olan psixoloji təhlilin də öncülərindəndir. George Eliot
Dünya Klasikleri
MiddlemarchGeorge Eliot · Wordsworth Editions · 1993533 okunma