Elis Library

Elis Library
@Elis_Library
Half woman, half book and whole miracle…
Cinayət və Cəza
10/10
··
Beğendi
Rəy yazılmağı ən çətin əsərlərdən biridir Dostoyevskinin “Cinayət və cəza”sı Əsər dərc olunduğu andan çoxlarının ağlına Dostoyevskinin keçmişdə bir qatil ola biləcəyi şüphəsini saldı. Çünki bu əsərdə bir qatilin öz daxili aləmi ilə mübarizəsi, yeyib bitirən düşüncələri, hissləri o qədər gözəl, detallı və aydın təsvir edilib ki, bunu ancaq yaşamış biri belə təsvir edə bilərdi. Baş qəhrəman özü üçün tam haqqlı səbəblər taparaq qətl törədir. Bunu əslində yaxşı niyyətlə etdiyinə əmin olsa da, zamanla özü ilə müharibəsi başlayır və düşüncələr içində boğulur. Əsər “bir insan tamamilə yaxşı və ya tamamilə pis ola bilərmi?” sualı ətrafında düşündürür.Yəni həyat bizi bəzən iliklərimizə qədər sıxışdıranda, olduğumuz vəziyyəti özümüzə layiq bilməyəndə haqqlı səbəblərlə pislik etmirik? Əməyimizdən çox qazanc götürüb oğruluq edəndə, bir insanın qəlbini qıranda, birinə xəyanət edib inamını öldürəndə beynimizin içində haqqlı səbəblər çıxarmağa çalışmırıq? Sadəcə möhtəşəmdirHətta bir dəfə oxumaq belə kitabın daşıdığı mesajları anlamağa kifayət etmir. Rəfinizin ən dəyərlisi olacağına inandığım əsəri şiddətlə tövsiyə edirəm Fyodor Dostoyevski
Dünya Klasikleri
Suç ve CezaFyodor Dostoyevski · Türkiye İş Bankası Kültür Yayınları · 2025194,5bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Parisdəki Bütün Çiçəklər
10/10
·335 syf.··
Beğendi
·
2024 59. kitabı
Sizi yormadan, axıcı və səmimi üslubda yazılmış kitab axtarışındasınızsa, Sarah Jio əsərləri ideal seçim ola bilər “Mart bənövşələri”, “Böyürtkənli qış” və digər əsərlərində olduğu kimi bu kitabında da keçmişin izləri ilə zaman səyahətinə çıxan baş personaj görəcəksiniz. Bu dəfə uşaq olsa da öz düşüncəsi ilə Cosi və qızı üçün ağlasığmaz çətinliklərə dözən ana personajları qəlbinizdə yer tapacaq Əsər müharibənin gətirdiyi çətinliklər, ümid, çarəsizlik, güclü ana obrazı və illər sonra hekayələri kəsişən iki qadını əks etdirərək uzun müddət sizi təsirində saxlayacaq Sarah Jio
Araştırma-İnceleme
Paris'ten ÇiçeklerleSarah Jio · Pena Yayınları · 20184,794 okunma
Mart Bənövşələri
10/10
·336 syf.··
Beğendi
·
2024 91. kitabı
Həyat yoldaşının onu aldatdığını öyrənməklə dərindən sarsılan yazıçı Emily Wilson hisslərini biruzə verməməyə çalışar. Bir gün böyük xalası az da olsa yaxşı olması üçün onu Bainbridge adasına gəlməyə təkid edir. Roman Emily’nin tapdığı gündəlik və orada gizlənmiş altmış illik ailə sirri ilə içinizdəki marağı oyadacaq, ümid, kədər və peşmanlığı birləşdirəcək... Bir səhifə də artıq oxuyum deyib bitirəcəyiniz kitab tövsiyəsi. Sarah Jio
Edebiyat
Mart MenekşeleriSarah Jio · Arkadya Yayınları · 201625,8bin okunma
The GodFather
Puan vermedi
Reading ‘The Godfather’ is like exploring a really great story that never gets old. It talks about power, family, and the American Dream in a way that keeps you hooked. Every page makes you think about important choices and what happens when you’re loyal. It’s a deep dive into the Corleone family’s world. Mario Puzo
Edebiyat
The GodfatherMario Puzo · A Fawcett Crest · 19693,048 okunma
Madam Bovary
Puan vermedi
“Madam Bovary” fransız yazıçı Gustave Flaubert’in 1856-cı ildə nəşr olunan ilk romanıdır. Realizmin ilk və ən vacib nümunələrindən olan romanı Gustave F. 5 ilə bitirə bilmiş, dərc olunduqdan sonra isə qadağan olunmuşdur. Sıradan həyat yaşayan Charles Bovary’nin yüksək idealları olan yoldaşı Emma Bovary ilə tanış olmaq üçün oxuyun. Gustave Flaubert
Dünya Klasikleri
Madame BovaryGustave Flaubert · Türkiye İş Bankası Kültür Yayınları · 201940,9bin okunma