Verdiyi yanlış qərarı 8 il sonra düzəltməyə çalışan Anne Elliot’un hekayəsi
Jane Austen’in sonuncu romanı olan “İkna” sizin üçün 19-cu əsr İngiltərəsinə, orta sinif ingilis ailələrinin sərvət, evlilik və ailə məsələlərində düşüncə tərzlərinə geniş pəncərə açacaq.
Yaxınlarının “məsləhəti” ilə sevdiyi adamdan ayrılan və illərlə bunun yanlış qərar olduğunu daha da dərindən başa düşən Anne E. artıq özünü və istəklərini tanıdığı bir yaşa gəlir 8 il sonra həyatın qarşısına çıxardığı ilk fürsətdə bu yanlışını düzəldir.
Mütləq oxumalı olduğunuz kitablar listinizə bu səmimi, bir o qədər də dərin hisslərlə dolu romanı əlavə etməlisiz. Jane Austen
📚🔔 Tatil zili çaldı!
Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞
Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Emosional intellekt IQ ilə müqayisədə səmərəliliyimizi 2 dəfə artırır. Buna diqqət edən şirkətlərin performansı isə 22 dəfə daha çoxdur
Bu o deməkdir ki, biz emosional intellektə diqqət yetirərək fokus, tarazlıq və enejimizi artıra bilərik. Elə isə siz də bu gücünüzün fərqində olub Daniel Goleman köməyi ilə üzə çıxarın.
Daniel Goleman
Xalid Hüseyninin qələmindən çıxmış daha bir əsər - “Və dağlardan səda gəldi”
Xülasə:
Hekayə kiçik yaşda analarını itirən və ayrı düşən Abdullah və Pəri ətrafında cərəyan edir. Kabildən Parisə, San-Fransiskoya qədər uzanan hər epizodda sevginin, itkilərin, ailə bağlarının, bir-birinə qarışan talelərin və insan münasibətlərinin mürəkkəbliyini kəşf edirsiz.
Niyə Oxumalıyıq?
• İlk səhifədən ürəyinizə yatacaq maraqlı hekayə;
• Ümumbəşəri mövzuların əks olunması;
• Xalid Hüseynin lirik üslubu və ustalıqla yaratdığı obrazlar.
Khaled Hosseini
Coğrafi şərtlər ölkələrin seçimlərini məhdudlaşdırır. Məsələn çayları, dağları, binaları və s.
Qlobal hadisələri izləmək üçün insanları, ideyaları və hərəkətləri başa düşmək lazımdır. Lakin coğrafi şərtlərdən xəbərsiz olduqda, bütün mənzərəni görmək mümkün deyil.
Tim Marshall bu kitabında qlobal siyasəti formalaşdıracaq on regionu araşdırır: Avstraliya, İran, Səudiyyə Ərəbistanı, Britaniya, Yunanıstan, Türkiyə, Sahel, Efiopiya, İspaniya və Kosmos. Oxuduqca maraqlı suallar və cavablarla dolu dünya siyasəti ilə tanış olacaqsınız.
Tim Marshall
Ədəbiyyat üzrə Nobel mükafatı qazanmış ikinci ən gənc yazıçı Albert Camus və ən çox dilə tərcümə edilib, ən çox oxunan əsəri “The #stranger”
Nobel mükafatı qazanandan üç il sonra qəzada həyatını itirən A.Camus həyatı və düşüncələri ilə iz buraxmağı bacarmışdı. O, bu əsərində özünəməxsus ifadə şəkli, sözlərin diqqət və səliqəli düzülüşü ilə hər cümlədə fərqli gözəllik yaratmışdı.
Əsərdə insanların yaşananlara, həyata, ölümə, hətta özünə belə yadlaşmağı hissi hökm sürür. Baş personajın daxili dialoqları, özü ilə olan obyektiv hesablaşmaları əsəri daha da çəkici edir.
Albert Camus