Elis Library

Elis Library
@Elis_Library
Half woman, half book and whole miracle…
The Tattooist of Auschwitz
Puan vermedi
Heather Morris qələmindən çıxmış "The Tattooist of Auschwitz" əsəri ən ümidsiz anda yaranmış böyük ümidləri təcəssüm edən real həyat hekayəsidir. Auschwitz nasist düşərgəsində əsirlərin qollarına nömrələrini döymə edən Lalə Sokolov bir gün növbəyə duran gənc qızla qarşılaşır və nə olursa olsun sağ qalacağına, onu qoruyacağına söz verir. Həmçinin bu müddətdə fərqli insanların dəhşətli həyatlarına şahidlik edir. Lalə adı ilə bilinən Ludwig Eisenberg'in real hekayəsindən yola çıxılaraq qələmə alınan əsər ümidin, dəhşətlər arasında çiçəklənən qeyri-adi sevginin, fədakarlığın və dirənişin ən gözəl ifadəsidir. Əsər real şəkilləri, yazıçının ifadə şəkli, axıcılığı ilə sizi özünə heyran edir. Heather Morris
Tarih
The Tattooist of AuschwitzHeather Morris · Zaffre Publishing · 20181,603 okunma
Tatil planı hazırsa sıra okuma listenizde!
Bu yaz yanınızdan ayırmak istemeyeceğiniz kitapları sizin için bir araya getirdik. 💬 Siz olsanız bu listeden hangisiyle başlardınız?
The Brothers Karamazov
Puan vermedi
Dostoyevskinin insanları anlamağa əhəmiyyət verdiyi və bunun üçün səy göstərdiyini “Karamazov qardaşları” əsərində aydın görmək mümkündür. O, insan ruhunun bütün özəlliklərini hər personaj üzərində mükəmməl şəkildə təhlil edir. Kiçik yaşda anasını itirən, atasını qəbul edə bilməyən, əsəri yazmağa başlamazdan əvvəl oğlunu itirən və çətin həyat yaşayan Dostoyevski bu əsərində öz həyatından, hisslərindən və düşüncələrindən izlər qoyur. Ona görə də Dostoyevski bir kitab olsaydı “Karamazov qardaşları” olardı. Fyodor Dostoyevski
Dünya Klasikleri
The Brothers KaramazovFyodor Dostoyevski · Platanus Publishing · 202045,4bin okunma
War and Peace
Puan vermedi
Kitab oxumağı sevən hər kəs bilir ki, bəzi kitabların düşüncələrimizi, həyata baxışımızı, hətta həyatımızı dəyişdirmək gücü vardır. Lev Tolstoyun möhtəşəm romanı "War and Peace" də bu əsərlərdən biridir. Səbəbi isə romanda çox insani bir duyğu olan yaşamaq instinkti hökm sürür. Ölüm hissi, ətrafdakı və sahib olduğumuz hər şeyi itirmək qorxusu və bu qorxu ilə qarşılaşdığımız zaman içimizdən çıxan əsl insanlıq... Romandakı personajların həyatlarına, yaşadıqlarına, dəyişmələrinə və hiss etdikləri duyğulara şahid olmaq həyatın təkcə yaşadığımız yerdən və hiss etdiklərimizdən ibarət olmadığını xatırladır. Həmçinin, həyatı boyu axtarış içində olan Tolstoy hər əsərində öz həyatından izlər qoyaraq onu tanımağımız üçün daha çox fürsət yaradır. Özü də dediyi kimi "Hər kəsdən daha çox güldü, əzabının daha çox olduğu bəlli idi..." Lev Tolstoy
Edebiyat
War and PeaceLev Tolstoy · Wordsworth · 025,9bin okunma
Çizgili Pijamalı Çocuk
10/10
·198 syf.··
Beğendi
·
2024 34. kitabı
“Kaş ki, bərabər oyanaya bilsəydik. Sadəcə bir dəfə. Xatırlamaq üçün…” Müharibəni bir çox şəxsin gözündən görmək mümkündür. Ən təsirlisi isə uşaqların gözündən baxmaq olar yəqin ki. Tək niyyətləri birlikdə oyun oynamaq olan uşaqlar və aralarına “çəpər” hörən böyüklər… “Çizgili pijamalı çocuk” bütün bunları ən dərin hisslərlə özündə cəmləyən güclü bir əsərdir. Filminə baxmazdan əvvəl əsəri oxumaq bu hisslərə çatmağınıza daha çox kömək edəcək. John Boyne
Edebiyat
Çizgili Pijamalı ÇocukJohn Boyne · Tudem Yayınları · 202150,7bin okunma
~Zeze
10/10
·184 syf.··
Beğendi
·
2024 28. kitabı
“Daha çok anlat” dedim. “Hoşuna gidiyor mu?” “Çok. Elimden gelse seninle sekiz yüz elli iki bin kilometre hiç durmadan konuşurdum.” “Bu kadar yola nasıl benzin yetiştiririz?” “Gider gibi yaparız.” José Mauro de Vasconcelos
Edebiyat
Şeker PortakalıJosé Mauro de Vasconcelos · Can Yayınları · 2022275,6bin okunma