Hafi

Puan vermedi·304 syf.··
2026 1. kitabı
·
507 günde okudu
·
Okunma: 03 Şubat 2026 19:20
Orhan Kemal ictimai realizmin ən güclü qələmlərindən biri olaraq “ağlayaraq yazdım” dediyi Yad Qızı romanında bir qadının daxili dünyasını, cəmiyyətin təzyiqlərini və acizliyin kölgəsində yaşadığı səssiz harayları (çığlıqları) aydın şəkildə təsvir edir. Yazıçının qələmi ilə tanış olduğum ilk əsərdir. Əsərin qısa xülasəsi: Əsas obrazlar Məzhər, NazanHəcərdir. Məzhər əvvəlcə arvadı ilə anası arasında qalan, özünü çarəsiz hiss edən, daha sonra isə özünəməxsus çıxış yolları axtaran; Nazan qayınanası tərəfindən heç sevilməyən, alçaldılan, qısqanılan, sakit və səssiz bir gəlin obrazıdır. Həcər isə gəlininə həyatı zəhər edən qısqanc və manipulyativ bir qayınanadır. Məzhər bir tərəfdən anasının qısqanclıqları ilə mübarizə aparır, digər tərəfdən isə həyat yoldaşı ilə başqa cütlüklər kimi normal bir həyat yaşamaq istəyir. Amma anası kimi bir qadın olduğu müddətdə bunun heç vaxt mümkün olmayacağını anlayır. O da öz bildiyi kimi səhvlər edir… Yenə, yenə, yenə çarəsiz qalan, alçaldılan həmişə qadın olur. Nazan; səssizliyi, taleyinə boyun əyməsi və öz içində böyütdüyü fırtınalarla yaşadığı həyatla əslində bir çox qadının hekayəsini təmsil edir. Evlilik, cəmiyyətin gözləntiləri, qadın həmrəyliyinin çatışmazlığı və çox vaxt qadının düşməninin yenə qadın olması.. Oxuyarkən romanının gedişatını və sonunu aydın şəkildə anlamaq mümkündür. Şəxsi səbəblərdən kitabı gec bitirdim, buna baxmayaraq əsərdə baş verənlər oxucunu dəhşətə gətirir, romanın sonu formalaşdığına görə hətta yarım buraxmaqla, buraxmamaq arasında qaldım. Lakin, sona qədər oxuyub yekunlaşdırdım. Nazanın səssizliyi adamı əsəbiləşdirsə də, bəzən dərin bir ağrı buraxır. Çünki o səssizlik bir çox qadının susdurulmuş həyatını xatırladır. Nazanın yaşadıqları fərdi bir faciə kimi görünsə də, əslində cəmiyyətin
Roman
Yad QızıOrhan Kemal · Bakı, Azərbaycan Ensiklopediyasının Baş Redaksiyası · 199115,4bin okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
“Kitabi-Dədə Qorqud”
7/10
·150 syf.··
Beğendi
·
2025 5. kitabı
·
22 günde okudu
·
Okunma: 30 Temmuz 2025 15:03
Dədə Qorqud Dastanları təxminən min il bundan əvvəl qələmə alınmış, dəqiq bir müəllifi olmayan əsərdir.Dədə Qorqud Dastanları təxminən min il bundan əvvəl qələmə alınmış, dəqiq bir müəllifi olmayan əsərdir. “Kitabi-Dədə Qorqud”un bütöv əlyazma nüsxəsi Drezden kitabxanasında (Almaniya), yarımçıq nüsxəsi isə Vatikanda (İtaliya) saxlanmaqdadır. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır.”un bütöv əlyazma nüsxəsi Drezden kitabxanasında (Almaniya), yarımçıq nüsxəsi isə Vatikanda (İtaliya) saxlanmaqdadır. “Kitabi-Dədə Qorqud”un Drezden nüsxəsi 1578-1585-ci illərdə Azərbaycanda hakim olan Osman Paşanın xəzinəsi ilə birlikdə Türkiyəyə aparılmışdır. Bir müqəddimə və 12 boydan ibarət olan dastanda qeyd olunan qədim Azərbaycanın yaşayış yerləri: “Oğuz”, “İç Oğuz”, “Daş Oğuz”, Bərdə, Gəncə, Dərbənd, Dərəşam, Qaraçuq dağı və s. “Dədə Qorqud” qəhrəmanlarının doğma vətənləridir. Onlar öz vətənlərini göz bəbəyi kimi qoruyurlar. Dastanda yarıoturaq, yarıköçəri həyat şəraitində yaşayan qədim Azərbaycan oğuzları qışda aqban evlərdə yaşayır, atlarını tövlələrdə saxlayır, yayda isə yayda isə yaylaqlara köç edirdilər. Onlar təkcə maldarlıqla deyil, bağçılıqla da məşğül olur, üzümdən şərablar hazırlayırdılar. Şifahi xalq ədəbiyyatımızın bu numunəsində də, bütün boylarda yuxarı təbəqəyə mənsub qəhrəmanların aşağı təbəqəyə qarşı son dərəcə mülayim və rəhmdil münasibəti vardır. Qəhrəman sinifii mənsubiyyətinə görə deyil, işinə, hünərinə görə qiymətləndirilir. !"Spoiler"! adlana biləcək bir sıra qeydlər: Dastanın baş qəhrəmanı Salur Qazandır. O, 12 boyun 8-də bilavasitə iştirak edir, Oğuzun hakiminə çevrilir. Qazan həyati bir obrazdır. Vətənpərvvərlik,
Edebiyat Öykü
Dədə Qorqud DastanıAnonim · Altun Kitab · 201813,3bin okunma
Puan vermedi·100 syf.··
Beğendi
·
2022 4. kitabı
·
17 günde okudu
·
Okunma: 29 Ocak 2022 21:29
Laconic əsəri Tuncay Abbasov qələmə aldığı motivasiya tipli kitabdır. Yazar əsərdə adından da göründüyü kimi, az sözlə çox şeyi ifadə etmişdir, oxumağa dəyər kitablardan biridir. ✿⁠ 
Kişisel Gelişim
LaconicTuncay Abbasov · Hədəf Nəşriyyatı · 202128 okunma
10/10
·96 syf.··
Beğendi
·
2022 3. kitabı
·
28 saatte okudu
·
Okunma: 03 Ocak 2022 19:31
Celil Memmedguluzade XX əsr Azərbaycan ədəbiyyatının ən böyük sənətkarlarından biridir. Qüdrətli drammaturq, jurnalist, ilk uşaq drammaturgiyasının banisi. Cəhalətə qarşı mübarizə aparan, xalqın oyanışı üçün çalışan əsas şəxsiyyətlərdəndir. Yazar Ölülər tragikomediya əsərində, cəmiyyətin cahilliyini, avamlığını, elimsizliyini və ədəbsizliyini kefli İsgəndərin dili ilə tənqid edir.
Hikaye-Öykü
ÖlülərCelil Memmedguluzade · Qanun Nəşriyyatı · 01,280 okunma
KQB materialları əsasında yazılan ilk Azərbaycan detektiv janrında əsərdir.
Puan vermedi·412 syf.··
2022 6. kitabı
·
288 günde okudu
·
Okunma: 24 Kasım 2022 22:21
1960-cı illərin Azərbaycanı mükəmməl təsvir edilib. Qara Volqa ideoloji olsa da, çox maraqlı və sadə bir dil ilə yazılmışdır. Cəmşid Əmirov 1960-cı illərin Azərbaycanını mükəmməl təsvir etmiş, məkanların verilən dəqiq adları XX əsr əhval-ruhiyyəsini tam hiss etdrmişdir. Əsərin məzmunu: XX əsrdə Azərbaycandakı qanunun keşiyində dayanan mühafizə orqanın əməkdaşları ilə cinayətkarlar arasında mübarizədən bəhs edir.
Dedektif
Qara VolqaCəmşid Əmirov · Qanun Nəşriyyatı · 1993360 okunma