Aylar, günlər keçir, insan hər şeyə öyrəşir;
ya da elə zənn edir. Sonra oxuduğu bir-iki sətir, dinlədiyi bir mahnı qəlbinin ilk qırıldığı anı xatırladır. Sonra qəribə bir təbəssüm yayılır üzünə… Hansı ki, demədiyi sözlər, unutduğu üzlər, boğazında düyümlənib qalan hisslər o təbəssümdə əks olunur. Dəyişir mahnını, keçəcəyini sanır, keçmir. Gülüşü itir, gözləri dolur - yaşanmışlara, heç yaşaya bilmədiklərinə… Keçməyən yaralar, gəlməyən xoş günlər, itib gedən bugünlər.