"Bəzən elə olur ki, adam ayrılır, amma vida edə bilmir. Çünki vida etmək — bitirmək deməkdir. Bizimkisi isə nə bitdi, nə də davam etdi; sadəcə zamanın içində asılı qaldı."
"Məhəbbət elə bir dərddir ki, onun nə əvvəli var, nə sonu. İnsan bir dəfə sevdisə, o odun içində ömrünün axırına qədər yanar, külü qalsa da, o külün altında bir köz həmişə gizlənər."