Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Nərmin Tağıyeva

Nərmin Tağıyeva
@Nermin_Taghiyeva
1 Mayıs 2003
6 okur puanı
Eylül 2021 tarihinde katıldı
Mən sevib-sevildiyimi dərk etdiyim zamandan bu xatirələrimi yazmağa başlayıram. Məhəbbətsiz keçən günlər ömür dəftərimin boş, mənasız səhifələridir.
Reklam
- Ulduzların hərəkətinə inanırsan? - Arzu tutmağı deyirsən? - Hə,nə bilim...Ümid verici inamdır sadəcə.Ümidi kəsilənlərin son çırpınışları kimi... - Birdən biz bir-birimizdən tamam uzağa düşsək,məni görmək üçün dilək tutmazdın? Orxan Fərəhdən bir addım arxada dayanmışdı. Qulağına əyilib yavaşca dedi: - Biz səninlə heç vaxt ayrılmayacağıq.Uzaq məsafələr həmişə ulduzların yanında aciz qalacaq.Həyat səni məndən nə qədər uzağa atsa, hər gecə eyni ulduzun altında səninlə görüşəcəyik
Məhəbbətsiz ürək, günəşsiz həyat - ikisi də birdir..
Sayfa 3 - Xan nəşriyyatıKitabı okudu

Okur Takip Önerileri

Tümünü Gör
1966-2013.. necə qəribədir.. bütün bir həyat bu iki rəqəm arasındakı incə xətdə sığışdırılmışdı...
Fərəh, hər yeriyən, baxan, yemək yeyən insan həqiqətən yaşayır səncə? Həqiqətən düşünürsən ki, həyat bundan ibarətdir? Məncə yox: " Həyat nəfəs aldığın anlardan yox,nəfəsinin həyəcandan kəsildiyi anlardan ibarətdir..."
Reklam
Qurmağa qorxduğum xəyallarım var mənim. Və sən ön sıralarda gəlirsən....
Ağrıya çığırtı ilə və gözyaşı tökməklə, alçaqlığa qəzəblə, rəzilliyə nifrətlə cavab verirəm. Məncə, bunun özü elə həyat deməkdir.
- Əsl güclü adam, mənim fikrimcə, bilirsiniz kimdir? - Kim? - O adam ki, nəyisə etməklə bərabər,etməməyi də bacarsın. Baxın, məncə, öldürmək asandır, bağışlamaq çətin. Pislik asandır, yaxşılıq çətin. Yemək asandır, yeməmək çətin. Çətin işi bacaran daha güclü sayılmalıdır. "İnsan gərək birinci özünə qalib gəlməyi bacarsın."
Sayfa 131Kitabı okudu
Qadın və məhəbbət haqqında həmişə ehtiras və vəcdlə danışardı, lakin buna baxmayaraq, ömründə bir dəfə də olsun, birinə vurulmamışdı.
Reklam
Əli xan, sən mənim gözlərimi, burnumu, saçlarımı sevirsən, lakin sən bir şeyi yaddan çıxarırsan. O da mənim ruhumdu. İndi de görək, sən mənim ruhumu da sevirsənmi? Mən yorğun halda cavab verdim ki, bəli, mən sənin ruhunu da sevirəm. Qəribədir: Seyid Mustafa deyəndə ki, “qadınlarda ruh yoxdur” mən ona gülürdüm. Amma indi Nino onun ruhunu sevdiyimi bildirməyi məndən tələb edir. Axı bu qadın ruhu nə deyilən şeydir?
"İnsan yaşadığı yerlərdə bərabər olduğu adamlara görünməz incə tellərlə bağlanarmış; ayrılıq vaxtlarında bu bağlar gərilməyə, qırılan kaman telləri kimi yanıqlı səslər çıxarmağa başlarmış; bu tellərin hər birinin könlümüzdən qopub ayrılması ayrı sızıltı oyadarmış."
- Niyə heç xoşbəxt deyilsən, Zeze? - Niyə xoşbəxt olmalıyam? - Çünki dünyaya bir dəfə gəlirik. - Yaxşı ki, bir dəfə gəlirik Portuga... - Niyə? - İkinci bir həyatı qaldıra bilməzdim.