Rza Mammadov

Rza Mammadov
Cehennemden aydınlığa giden yol uzun ve zorludur. #Se7en
ASOİU
Bakı
Bakı
453 okur puanı
Ocak 2020 tarihinde katıldı
Qar
9/10
·352 syf.··
Beğendi
·
2024 1. kitabı
·
14 günde okudu
·
Okunma: 14 Ocak 2024 10:31
Salamlar. Daha bir yeraltı ədəbiyyatının sonuna gəldik. Sonu olmayan başlanğıca. İlk Yeraltı ədəbiyyatı ilə tanışlığım Kinyas ve Kayra'dan başladı və hələdə davam edir. O kitab qarşıma çox çıxdı. Facebook'da, filmə baxanda, kiminin isə əlində. Maraq doğurdu. Aldım oxudum. (Onda hələ təzə təzə başdıyırdım kitab oxumağa). Hələ də yadımdadı ilk dəfə oxuyanda öz-özümə dedim. Bu nə yazıb, Mən nə oxuyuram. Hardasa 50-60 səhifə oxudum. Atdım qırağa. Üstündən 10-15 gün keçdi. Birdə başladım oxumağa. Artıq oxuyanda hər bir cümləsi məni cəlb edirdi. Onda bildim ki, yeraltı nədir. Qismət olarsa birdə oxuyacam. Nəysə Bu gün ki kitabımız Kinyas ve Kayra olmasa da onun qədər dəyər verdiyim Ziyan'dır.
Hakan Günday
Hakan Günday
bəy digər əsərlərində olduğu kimi bu əsərində də həyatın sərt üzünü, görünən və görünməyən tərəflərini qeyd edir. Bu kitabın həyatımda yeri çox əzizdir. Kitabın mövzusu məcburi hərbi xidmət keçən bir əsgərin ağrılı acılı günlərindən və xəyali obraz kimi qarşısına çıxan Ziya Hurşitdən bəhs edir. Xidmətdən qayıtdıqdan sonra bu kitabı alıb oxuduğuma dair söz vermişdim. Və sözümün üstündə durdum. Gec olsada oxudum. Və kitabın sonunda belə bir cümlə çox diqqətimi çəkdi. "Şu an donarak ölmekte olan Mehmetçiklerimize buradan kucak dolusu sevgiler... Bilmirəm niyə bu qədər yeraltı ədəbiyyatını bu qədər sevdim. Bəlkə də yeraltını görmək üçün. Görünməyəni görmək üçün...
Edebiyat & Roman
ZiyanHakan Günday · Doğan Kitap · 20196,2bin okunma
Edebiyatın En Tatlı Eşleşmeleri!
Peki ya sizin favori kitabınız hangi tatlı olurdu?
10/10
·96 syf.··
Beğendi
·
2021 35. kitabı
·
24 saatte okudu
·
Okunma: 21 Ağustos 2021 11:31
1943-1955-ci illərdə Yaponiyada yaşayan bir qızın əsl həyat hekayəsi.  ABŞ İkinci Dünya Müharibəsini dayandırmaq üçün Xirosimaya  bomba atanda balaca Sadako burada yaşayırdı.  Bomba tərəfindən yayılan radiasiya nəticəsində lösemi xəstəliyinə tutuldu və 12 yaşında öldü.  Çox təsir edici və emosional bir kitabdır.  Müharibələrin insanların həyatını, xüsusən də uşaqların həyatını necə məhv edə biləcəyindən bəhs edir.  Çox qısa müddətdə kitab bitdi və  Kitabı oxuduqdan sonra uzun müddət düşünəcəksiniz. "İnsanlara atom bombası səbəbindən Xirosimada iki yüz min insanın öldüyünü söyləmək, kiçik bir qızın hekayəsini danışmaq qədər təsirli deyil."
1000Kitap
Sadako ve Kağıttan Bin Turna KuşuEleanor Coerr · Beyaz Balina Yayınları · 202113,3bin okunma
Stephen Hawking-Aforizmalar
10/10
·136 syf.··
Beğendi
·
2021 34. kitabı
·
24 saatte okudu
·
Okunma: 21 Ağustos 2021 11:29
Hawkingin həyat hekayəsi və əzmkarlığı həmişə diqqətimi çəkmişdir.  Heç vaxt təslim olmamalı olduğumuzu və hər zaman bir ümid olduğunu xatırladır.  Kitabda qısa aforizmlər var və bu aforizmlər onun özünəməxsus düşüncəsini əks etdirir. Hawking"in müxtəlif mövzularda  fikirləri qeyd edilib.  Əsasən Tanrı və kainatı sorğulaması kitabda diqqət çəkən məqamdı. Bəzi kitablarından da  fikirləri əlavə edilib. 
Bilim
AforizmalarStephen W. Hawking · Zeplin Kitap · 2018640 okunma
10/10
·192 syf.··
Beğendi
·
2021 17. kitabı
·
3 günde okudu
·
Okunma: 11 Nisan 2021 15:03
Albert Einstein deyəndə ağlıma çox fərqli düşüncəli əyləncəli insan gəlir. Einstein həmdə Nikola Tesla'dan sonra ən çox sevdiyim elm insanıdır. Hər birinin dünyaya töhfəsi olmuşdur. Hər bir İfadəsi insanı həm güldürə, həm öyrədə, həm də öz sualları qarşısında cavabsız qoya bilər. Kitabda Olan aforizmlər onun məqalələrindən Məktublarından və başqa kitablarından götürülmüş ifadələrdir. Dünyaya olan baxışı bu ifadələrdə öz əksini göstərmişdir. Einstein'nin müharibəyə, kapitalizmə, insanın həyata baxış bucağı, din, tanrı, siyasət, atom bombası, özünün nisbilik nəzəriyyəsi, milliyətçiliyə, əsgərliyə təhsil, hər bir mövzuda öz baxış bucağı bu kitabda göstərilmişdir. Fikrimcə onun kitablarında olan fikirlər ( dünyaya olan baxışı) əsl elm insanına uyğun (yaraşan) fikirlərdir.
Bilim
AforizmalarAlbert Einstein · Zeplin Kitap · 2018553 okunma
10/10
·176 syf.··
Beğendi
·
2021 16. kitabı
·
3 günde okudu
·
Okunma: 07 Nisan 2021 16:15
Kitab çox yaxşı yazılıb. Maraqlı Və çox Sadə. Bu gün hamımızın qarşılaşdığımız problemləri izah edir. Günümüzün maddi və stresli dünyasında 'ikagai'-hər səhər yataqdan qalxma səbəbini tapmaq, səni xoşbəxt edən bir şey tapmaq çox çətin ola bilər. Ancaq bu dünyada yüz ildən çox yaşı olan, aktiv və xoşbəxt olan, sevdiklərini edən insanlar var! Yaşlarında bu qədər həvəsli ola bilərlərsə, niyə bizdə olmasın? Məncə Hər şey insanın öz daxili intizamından asılıdır. Və bu insanlar da illərdir daxili intizamını inkişaf etdiriblər. Kitabda ən bəyəndiyim qanun qidalanma ilə bağlı idi. "Mədə'nin 80% ini" doldur. 'Düzgün yeyin, idman edin və sizi xoşbəxt edən şeyi edin' bu şüarı izləyərək yaşamaq üçün səbəbimiz olan 'ikagai' ni mütləq tapa bilərik.
Hayat
Ikigai - Japonların Uzun ve Mutlu Yaşam SırrıFrancesc Miralles · İndigo Kitap · 202023,9bin okunma