"Eylembilim" Oğuzcum Atayın tamamlanmamış olan romanıdır, burada daha çox universitetlə, tələbəlik həyatı ilə bağlı sözlər görmək olar, çünki əsərin əsas baş qəhrəmanı riyaziyyat üzrə professor Server Gözbudakdır. Əsər anlaşılmaq və tutunmaq üçün mübarizə aparan professorun gündəliyi şəklində verilir. Dərs dediyi universitetdə müəllim-tələbə münasibətləri, müəllimlərin və tələbələrin bir-birilərinə yanaşma şəkilləri, siyasi ayrı-seçkiliklər Atay qələminə xass olan bir ironiya ilə göstərilir, çatışma sırasında öldürülənlərin universitetin bağçasında dəfn olunması ilə bağlı qaldıran məsələ üçün edilən iclas əsərin ən yüksək nöqtəsi olaraq adlandırıla bilər, Sərvər müəllimin də cəsarətini ən açıq şəkildə göstərdiyi hissə də elə buradadır
Əsəri oxuyan zaman düşündüm ki, bu tam da "Tutunamayanlar" səviyyəsində, onunla paralel bir hiss yaratdı məndə, lakin sonda qərar verdim ki, "Eylembilim" təkrar oxunmalı və yenidən fərqi pəncərədən baxılmalıdır, bu səbəbdən onu yenidən oxumaq üzrə rəfə yerləşdirirəm.
Oğuz Atay qələmini oxumaq cəsarətini göstərənlərə xoş mütaliələr