Əgər həyatın bir ilinin nə demək olduğunu anlamaq istəyirsənsə, bu sualı sonunda imtahandan kəsilən tələbəyə ver. Həyatın bir ayını uşağını vaxtından əvvəl doğan və onu qucağına ala bilmək üçün inkubatordan çıxmasını gözləyən anadan soruş. Həyatın bir həftəsini ailəsinə çörək pulu qazanmaq üçün zavodda ya da şaxtada işləyən fəhlədən soruş. Həyatın bir gününü bir-biri ilə görüşəcək sevgililərdən soruş. Həyatın bir saatını liftdə qalmış kloustrofobiyadan əziyyət çəkən adamdan soruş. Həyatın bir anını maşın qəzasından salamat qurtarmış adamdan soruş. Həyat özü bir sehrdir, Artur, mən bilirəm nə deyirəm, çünki mən qəzaya düşdüyümdən bəri hər anın dəyərini bilirəm.