Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
Qəlbimi dindir, Sənə sözüm var. Naz-naz eyləmə, Gəl görüşək, yar. Çıx yaşıl düzə, Qonaq gəl bizə. Gözüm yoldadır, Xoş xəyaldadır...
İslam Seferli
İslam Seferli
Reklam
14-155 arası bir ədəd yazın, şeirlənək.🕊️ (səhifə sayına uyğun olaraq)
Sevgi Məktubları
Sevgi Məktubları
Səndən son istəyim...
Çiçəklər içində, güllər içində Çiçək gülüşünün şəklini çəkdir. Çəkdir əllərinin hərarətini, Titrək öpüşünün şəklini çəkdir... Çələng hör sevdalı baxışlarından Saçının telinə düz, mənə göndər. Bu dəli sevdanın eşq şərbətini Buta badəsinə süz, mənə göndər. İçinlə, ruhunla, baxışlarınla, Qəlbinlə təmasda şəklini çəkdir. Təpədən-dırnağa bürün sevgimə, Sonra... Bu libasda şəklini çəkdir. Astaca pıçılda sevirəm sözün Sonra çək... səsinin şəklini göndər... Mənə saçlarının ətrini yolla, Mənə nəfəsinin şəklini göndər...
Elçin Mirzəbəyli
Elçin Mirzəbəyli

Okur Takip Önerileri

Tümünü Gör
Dənizəm səndədir sahilim mənim, Bilirəm, sahillər qayasız olmaz. Çağır, uşaq kimi yüyürüb gəlim İstəsən həsrətdən nişanə qalmaz.
Nüsret Kesemenli
Nüsret Kesemenli
Çıx qatar yoluna bahar gələndə, Mən sənə çiçəkli bahar göndərim. Vüsal meyvəsindən dada bilmədik, Sənə hər meyvədən nübar göndərim... Çıx qatar yoluna payız olanda, Uçan durnalarla salam yetirim. Çıx qatar yoluna qaş qaralanda, O qərib axşamı, qəmi itirim… Çıx qatar yoluna külək əsəndə, Dağılan saçını darayım sənin. Çıx qatar yoluna, səni itirsəm, Bilim ki, mən harda arayım səni... Çıx qatar yoluna yağış yağanda Başının üstündə çətir tutaram. Çıx qatar yoluna, elə özüm də Mənzilə yetməyən qərib qataram... Çıx qatar yoluna hər axşam, səhər, Çıx qatar yoluna, məni qarşıla. Bəlkə bir ömürlük çəkdi bu səfər, Mən gələ bilmədim, məni bağışla... Baba Vəziroğlu
Reklam
- Danışdığın bu hekayə yalnız üfüqün əks tərəfində mümkün ola bilər. - Bəlkə də. Ancaq əmin ol ki, ora yerdən daha gözəl olacaq.
Üfüqün əks tərəfi
Üfüqün əks tərəfi
Sənin gülün mənəm, çiçəyin mənəm...🕊️
Sevgim mənə qanad verdi, uçurdu, Mən özümdən yuxarıyam, aman, hey. Sən qəlbimdə qəlbim kimi vurmasan Bütöv deyil, mən yarıyam, aman, hey. Öz əlimlə möhürlənir günbəgün, Öz əlimlə bağladığım bu düyün. Əyləcini qeyb eləyən bir ömrün, Qəza vuran qatarıyam, aman, hey. Nişan aldım, mən hədəfi görmədim, Zərər gördüm, bir yol nəfi görmədim. Öz hissimdən o tərəfi görmədim, Öz-özümün çəpəriyəm, aman, hey. Sən yoxsansa... mən bir heçəm, hədərəm, Sənin üçün bir taleyəm, qədərəm. Sevgim qədər, məhəbbətim qədərəm, Mən özümün inkarıyam, aman, hey.
Bahtiyar Vahabzade
Bahtiyar Vahabzade
3.203 öğeden 16 ile 30 arasındakiler gösteriliyor.