Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol

Vəfa Hafiz

Vəfa Hafiz
@VafaPirMurad
•Şeir aşiqi, ədəbiyyat vurğunu...🩷 V.H Xəyyam da məndədir, Hafiz də məndə, Vaqif sevgisiyəm, Sabir səsiyəm!
Xəlil Rza Ulutürk
Xəlil Rza Ulutürk
#142201411
200 syf.
10/10 puan verdi
·
Beğendi
·
36 saatte okudu
Elif Gibi Sevmek
Elif Gibi Sevmek
;
Elif Gibi Sevmek
Elif Gibi Sevmek
"Youtube"da bir şeirini (#130827964) səsləndirdiyi videosu ilə tanıyıb sevmişdim Hikmet Anıl Öztekini. Daha sonra videolarını sevərək izləməyə başladım, kitabları olduğunu öyrəndim və (uzun müddətdir aldığıma rəğmən heç cür qıya bilmirdim oxumağa), nəhayət ki, ilk ikisini oxudum. Elif Gibi Sevmek(nefes), əsasən, yazıçının məktəb illərində yazdığı şeirlərindən və sevgi, həsrət, din haqqında olan yazılarından ibarətdir. İlk başda sadəcə yaxınlarının oxuması üçün çap etdirsə də kitab satış rekordları qırmış və yazıçını məşhur etmişdir. İkinci eyniadlı kitabında da eyni mövzularda və daha ustalıqla yazılmış şeriləri yer alır. Sevənlərinin çox olduğu qədər, sevməyənlər də çoxdur Hikmet Anılı və kitablarını. Mən sevənlər tərəfindəyəm.(Kitablarını oxumağa qıya bilməyəcək; oxumadan sevəcək qədər:) Bir incələmədə oxumuşdum: "Bu adam kitap yazar da sevilmez mi?" Sevilməzmi? Kitab(lar) hər cümləsində insana gözəl duyğular, hüzur bəxş edir; qəlbini sevgi, ümid ilə doldurur... İlk kitabda sevmədiyim bir neçə yazı olsa da əlim gəlmədi 9/10 verəm.(Nə də olsa çox gənckən qələmə alınıb:D)
Elif Gibi Sevmek
Elif Gibi SevmekHikmet Anıl Öztekin · Destek Yayınları · 20206,9bin okunma
Reklam
616 syf.
10/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"Qızılgülün adı" - "Bu elə bir kitabdır ki, ədəbiyyatı sevməyənlər belə dünyagörüşünün inkişafı naminə bu kitabı oxumalıdır." Hadisələr 14-cü əsr İtaliyasında, monastrda baş verir. Əsərin əsas mövzusunu orta əsrlərin ziddiyyətləri, xristian dünyasında baş verən çəkişmələr, tarix, cinayət təşkil edir.  Roman böyük və zəngin bir
Qızılgülün Adı
Qızılgülün AdıUmberto Eco · Qanun Neşriyyat · 012,6bin okunma
208 syf.
8/10 puan verdi
·
3 günde okudu
Bilmirəm, problem kitabda idi, yoxsa məndə. Haqqında incələmələri oxuduğumda hər kəs günlərlə kitabın təsirindən çıxa bilmədiyini, kitabın möhtəşəm olduğunu yazmışdı. Doğrusu, mənə təsir etmədi kitab. Hansı ki, "1984" antiutopiyasını oxuduğumda o qədər sarsılmışdım ki, uzun müddət təsirindən çıxa bilməmişdim. Bu kitab isə çox sadə idi. Əvvəli yaxşı başlasa də sonrasında nə isə əskik, yarım qaldı sanki. Hekayə yaxşı qurulmuş olsa da ifadə tərzi və yazı üslubu çox sönük qalır. Bəlkə daha ifadəli cümlələrlə anlatılsaydı daha çox təsir edən, düşündürücü bir kitab olardı. Mənim fikrimcə  biraz çox şişirdilir. (Kitabı oxuyub da çox bəyənən varsa, fikirlərini qeyd edə bilər:)
Farengeyt 451
Farengeyt 451Ray Bradbury · Qanun Nəşriyyatı · 201989,7bin okunma

Okur Takip Önerileri

Tümünü Gör
140 syf.
7/10 puan verdi
·
3 günde okudu
Kitab ürəyində "ağrılar" hiss edən, dərdli, həm ruhi, həm də fiziki cəhətdən xəstəliklə mübarizə aparan bir adamın ağır, kədər verici, yorucu və bəzən də qorxuducu düşüncələrindən bəhs edir. Dərin, qaranlıq bir romandır "Kör Baykuş". Oxuduqca təəccüblənə və nə oxuduğunuzu anlamaya bilərsiniz. Çünki əsərdə zaman anlayışı yoxdur. Xəyallarla gerçəklər, keçmişlə gələcək bir yerdədir, bir-birinə qarışmışdır və eyni anda bir-birinin içində davam edirlər. Ki bu da həyatını intiharla sonlandıran yazıçının ruh halı ilə bilavasitə əlaqəlidir. Bəyəndiklərim sırasına girməsə də, olduqca fərqli və maraqlı əsər idi. Xoş mütaliələr.
Kör Baykuş
Kör BaykuşSadık Hidayet · Yapı Kredi Yayınları · 202328,4bin okunma
343 syf.
10/10 puan verdi
·
Beğendi
·
4 günde okudu
Varis Yolçuyevdən "birnəfəsə" oxunacaq bir roman daha. Hər dəfə oxuduğumda qələminə daha da heyran olduğum yazardır Varis. Yazı üslubu o qədər sadə və şirin gəlir ki mənə. Bu kitabını da çox bəyəndim. Əsərdə bir yeniyetmə qızın - Zeynəbin başına gələn dəhşətlərdən və bu dəhşətlərdən onun gündəliyi vasitəsilə xəbər tutan teleaparıcı Tural Gündüzlünün həyatından bəhs olunur. Kitabı oxuduqca Tolstoyun "Bütün xoşbəxt ailələr hamısı bir-birinə bənzəyir. Bədbəxt ailələr isə hərəsi bir cür bədbəxtdir" sözlərini xatırladım... Böyük ümidlərlə Bakıya oxumağa gələn kasıb ailənin qızı Zeynəbin həyatı insanı dəhşətə gətirir. Bir insan, daha doğrusu bir yeniyetmə qız bu qədərmi əzablara düçar olar, həyatdan bu qədərmi zərbələr ala bilər?!
Yaşıl Üzlü Gündəlik
Yaşıl Üzlü GündəlikVaris · Ol Yayıncılık · 2014203 okunma
Reklam
410 syf.
·
Puan vermedi
·
Beğendi
·
4 günde okudu
(65-dən artıq dilə çevrilmiş və Holokostla* bağlı olan ən çox oxunmuş kitab.) Ah Anna... Nə yazım bilmirəm ki... Məni nə qədər təsirləndirdin, bir bilsən... Sənin iradənə, arzularına, 14 yaşına uyğun olmayan dünya görüşünə, yazdıqlarına o qədər heyran oldum ki. Oxuyarkən
Qəmər_
Qəmər_
'in dediyi kimi sanki çox yaxın birinin gündəliyini oxuyurmuş kimi hiss etdim özümü.:( Kaş müharibənin bitdiyini görə bilsəydin. Jurnalist olmaq, gündəliyindən istifadə edərək müharibənin dəhşətləri, görünməyən üzü və almanların Yəhudilərə qarşı etdiyi amansızlıqlar haqqında kitab çap etmək  arzularına çata bilsəydin. Çox təəssüf ki, sən o günü görmədin, amma gündəliyin bir kitab kimi çap olundu və bütün dünya bu dəhşətlərdən xəbər tutdu. Səni dünya tanıdı, Anna... *Holokost (yunanca: holokauston), "holos" (bütün) və "kaustos" (yanmış, köz olmuş) sözlərinin birləşməsindən düzəlir və tamamilə yanmış, yanıb kül olmuş mənasını verir Yəhudi soyqırımı ya da Ha-Shoa (ivritcə: fəlakət) — Almaniyanın faşizm dövründə törətdiyi, təxminən 6 milyon nəfərin sistemli şəkildə öldürüldüyü qətliama verilən addır.
Gündəlik
GündəlikAnne Frank · Qanun Nəşriyyatı · 07,4bin okunma
188 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Hər kəsin oxumalı olduğu kitab.
Qriqori Petrov tərəfindən 1923-cü ildə yazılmış bu tarixi romanda yazıçının çıxdığı Finlandiya səyahətlərində gördükləri əks olunmuşdur. Kitabda Finlandiyanın Rusiyaya birləşdirilməsindən sonra keçdiyi inkişaf yolu təsvir edilir. Əlbəttə, burada təsvir olunan hadisələr bütünlüklə reallığı əks etdirmir. Q.Petrov Finlandiyanın timsalında geri qalmış bir ölkənin yüksəlməsi və çiçəklənən bir ölkəyə çevrilməsinin özünəməxsus modelini yaradaraq ortaya qoymuş, həmçinin, Yohan Vilhelm Snelman adlı fin mütəfəkkirin öz xalqını düşmüş olduğu ağır vəziyyətdən çıxarması yolunda apardığı mübarizəni qələmə almışdır. İndi gəlin bir ölkə düşünək; Bataqlıqlar ölkəsindən Ağ zanbaqlar ölkəsinə çevrilən. Bir xalq düşünək; şəhərlisindən kəndlisinə, əsgərindən nazirinə, din adamlarından müəllimlərə qədər hamının birləşərək ölkənin dirçəlməsinə kömək edən. Bunu biz də edə bilmərikmi? Edə bilərik, amma bunun üçün bizim də "Snelmanlara" ehtiyacımız var. Yazıçının da qeyd etdiyi kimi: "Baxın, belə bir dəyişiklik hər ölkədə, hər şəhərdə, hər bölgədə və unudulmuş, tərk edilmiş hər bir kənddə edilə bilər. Bunun üçün sadəcə dinamik fikirli, oyaq ruhlu və inkişaf yolunda çalışmaqdan yorulmayan, usanmayan, əksinə bundan zövq alan, etdiklərindən həyəcanlanan insanlara ehtiyac var..."
Ağ Zanbaqlar Ölkəsi
Ağ Zanbaqlar ÖlkəsiGrigory Petrov · Xan Nəşriyyatı · 201699,8bin okunma
392 syf.
10/10 puan verdi
·
Beğendi
·
3 günde okudu
Əsərin məzmunu ilə bağlı məlumat ehtiva edə bilər.
"Martin İden" - Cek Londonun avtobioqrafik romanı. Əsər 21 yaşlı Martinin həyatından, arzularından, mübarizəsindən bəhs edir. (Martin İden yazıçının prototipidir.) Hər şey aşağı təbəqədən olan gənc Martinin bir münaqişədə Artur adlı zəngin təbəqədən olan gənci xilas etməsi ilə başlayır. Artur ona minnətdarlıq üçün evlərində nahara dəvət edir. Bizim kasıb və təhsilsiz Martinimiz onlara qonaq gələrkən yüksək təbəqənin adamlarına, onların savadlarına heyran qalır. Elə burada da Arturun bacısı Rufu görür və onu sevir. Lakin Rufa sevgisini etiraf edə bilmək üçün aralarındakı sinif fərqini yox etməsi lazımdır. Martin çoxlu kitab oxumağa və ədəbiyyatı sevməyə başlayır. (Yox, o ömründə bir dənə də olsun kitab oxumamış biri deyildi. Öz dili ilə desək - "Mən, bilirsinizmi, kitabları həmişə sevmişəm və əlimə düşən kitabı həmişə oxumuşam.") Daha sonra özünün də yazmaq bacarığı olduğunu hiss edib qərara gəlir ki, yazıçı olsun, bu sayədə pul qazansın və öz sevgilisinə layiq olan təbəqənin adamları sırasına qatılsın... Görəsən, sonda Martin bu arzusuna nail ola bilirmi? Kitab yarısına qədər sıxıcı, sadə bir sevgi hekayəsi imiş kimi davam edir. Lakin əsas hadisələr yarısından sonra başlayır. Kitabı bəyəndim sevdiyim əsərlərin sırasına daxil oldu. *Qeyd: Kitabı oxumadan əvvəl Cek Londonun həyatını araşdırıb oxusanız daha yaxşı olar. Xoş mütaliələr...
Martin İden
Martin İdenJack London · Qanun Nəşriyyatı · 201791,7bin okunma
38 öğeden 31 ile 38 arasındakiler gösteriliyor.