Gözleri gökte olsaydı,
Yıldızlar da onun yüzünde,
utandırırdı yıldızları yanaklarının parlaklığı..!
Öyle parlak bir ışık çağlayanı olurdu ki gözleri gökte.
gece bitti sanarak kuşlar cıvıldaşırdı
Saatın səsinə qəlbimin çırpınışları qarışır, necə qəribə keçir vaxt.. İlişib qalıb eyni yerdə saatın əqrəbi.. Şəklinin izi qalıb ovucumda. Toxuna bilmədiyim əllərini, beşcə saniyə baxarkən özümü itirdiyim o gözlərini xəyal edirəm.. Bir gün, bir çətirin altına ikimiz sığışaq, nə qədər sevsəm də yağışı, hər damcısına qısqanaram səni, sənə toxunmasınlar deyə.. Şəklinin izi qalıb ovucumda.. Qapına hər dəfə yaxınlaşıb döymək istəyəndə, havada tutduğum yumruğum ruhumu yorur.. Bükülüb qalaram qapının bir kənarında, əlimdəki məhəbbət qoxan qızılgüllər kədərli qərənfilə çevrilər sanki, anidən qapını açarsan deyə tez uzaqlaşaram oradan..
Əlimi leysan yağan yağışa sarı uzadıram, nə var, nə yox silib, yuyub aparsın deyə..
Hər şey silinib gedir amma
Şəklinin izi qalıb ovucumda...