Sona Mustafayeva

Sona Mustafayeva
6/10
·80 syf.··
2024 30. kitabı
Çingiz Aytmatov əsərlərində sevgi, insan duyğuları olduqca semimi, gözel ifade olunur Selvi Boylum Al Yazmalım, Erken Gelen Turnalar əsərləri buna nümunə ola biler. Cemile ilə bağlı o qeder gözel söz eşitmişdim ki, oxumaq üçün tələsirdim. Amma gözlədiyim kimi olmadı, sevgi hekayəsindən daha çox , xəyanet hekayəsi oxudum. Cəmilə cəbhədə olan həyat yoldaşına xeyanət eden bir qadındır. Nədənsə, oxucuların çoxu Danyarla Cəmilənin romantik sevgisinə fokuslanıb, Sadiqin taleyinə laqeyid qalırlar. Fikrimcə, Danyara olan sevgisi Cəmilənin xəyanətkar olmasına bərət deyil.
Edebiyat
CemileCengiz Aytmatov · Ötüken Neşriyat · 201944,5bin okunma
Ne Kadar Kitap Kurdusun?
0-30p: Kontrollü okuyucu 📖 40-70p: Hafif bağımlı 👀 80p+: Geçmiş olsun, kitaplar seni ele geçirmiş 😅
“Kendi yaşamınızı tam anlamıyla yaşadınız mı?”
9/10
·445 syf.··
2024 22. kitabı
·
16 günde okudu
·
Okunma: 12 Nisan 2024 14:03
Bəzi kitabları sadece oxumuruq, onalar bizim qərarlarımıza, düşüncələrimizə yön verir, həyatımıza toxunur. Nietzsche Ağladığında bu qəbildən bir kitabdır. Romanı oxuyarkən öz həyatım barədə düşündüm, doğurdan da həyatımı istədiyim kimi, öz müstəqil qərarlarımla yaşamışammı? Əlbəttə ki yox! Kitab bizə səhifə-səhifə ömrümüzü sürü psixologiyası ilə başqalarının uğrunda necə tükətdiyimizi göstərir. Özünüzə bir yaxşılıq edib bu əsəri oxumalısınız.
Felsefi Psikoloji
Nietzsche AğladığındaIrvin D. Yalom · Ayrıntı Yayınları · 202469,9bin okunma
7/10
·1724 syf.··
2024 17. kitabı
·
26 günde okudu
·
Okunma: 17 Mart 2024 20:52
·
Səfillərin tam mətnini ilk defedir oxuyuram. Bundan evvel texminen 400 sehifelik qısaldılmış metni oxumuşdum. Hər kəsin heyran qaldığı 10 balla qiymetlendirdiyi romana bir men isine bilmedim. Bu, belke de, romanı oxudugum yaşla, oxu tecrubemle elaqeldir. Fikrimce romanda işlenmiş beşeri mövzuları, insan hüquqları, azadlıq, cümhuriyyət kimi mövzulari anlamaq üçün qısaldılmış metn kifayet edir. Sefiller (2 Cilt Takım) kitabında bəyəndiyim tək nüans insan hüquqları məsələsinin sujet xettinde müxtəlif hadisələrlə ifade olunmasıdır. 1700 sehifelik tam metn de uzun uzadı tesvirlər yersiz melumatlar üreyimi üzdü. Romanı bitsin deye gücle oxudum sebrimi tüketdi. 60 sehifeye yaxın kanalizasiya tesvirleri, monastr həyatı, xristian teriqətləri ilə bağlı uzun uzadı, cansıxıcı melumatlar, (halbuki, Dostoyevskiden monastr , kilse, dini teriqetlerle haqqında oxumaq ne qeder maraqlıdır) , Vaterlo döyüşü ile baglı ürekçekici tesviler mene Savaş ve Barış (2 Cilt Takım) romanını xatırlatdı. Hüqodan fərqli olaraq Tolstoy Vaterlonu, Napelon ve müttefiqler arasindaki mübarizeni daha axıcı, melumatlandırıcı şekilde oxucuya teqdim. Səfillər bəlkə də romantizm üslubunda yazıldığı üçün oxunması yorucu oldu. Romanda en çox meni bezdiren ise obrazlarin siçan-pişik oyunu oldu. Hüqo sanki Fransada başqa insan yox imiş kimi Jan Valjanı her defe fırladıb Tenardiye ve Javerin eline salir. 1700 sehifelik bir kitabda düşünün ki heç bir obraz mene dolğun, real, semimi, heyatdan alınmış kimi görünmedi. Romantizim bele bir cenceledir. Fikrimce Sefiller konkret bir cografiya üçün ve konkret bir dövr üçün yazılmış eserdir.
Romantizm
Sefiller (2 Cilt Takım)Victor Hugo · Türkiye İş Bankası Kültür Yayınları · 2025105,3bin okunma
8/10
·243 syf.··
2024 20. kitabı
·
30 saatte okudu
·
Okunma: 25 Mart 2024 19:25
Romanda qumarbaz bir insanın psixologiyası, hissləri, qumar ehval- ruhiyyəsi olduqca real tesvir edilib. Əsrərdə qumar oyunlarının bu qədər canlı ifade olunmasi təkcə yazarın yaradıclıq tecrubesi ile bagli deyil, bu hem de ona göredir ki, Fyodor Dostoyevski özü de bir vaxtlar qumar oynayıb. O, oyunda itirmeyin ve qazanmağın oyunçunun xarakterinə nece tesir etdiyini olduqca eylenceli axici bir dil ile tesvir edir. Əsəri ilk oxuyarkən bize ele gelir ki qumarbaz Alekseyidir, lakin hadisələr irəlilədikcə qumar aludəçisi kimi 75 yaşlı nene ortaya çıxır) . Romanda rulet oyunları ile yanaşı sevgi intriqaları da olduqca maraqldir. Alikseyin Polinaya olan qarşılıqsız ehtirasli sevgisi ve Generalın Madmazel Blanşeye olan mehebbeti bize gösterir ki her iki aşiqin sevgisi qumardan daha təhlükeli ve mehvedicidir.
KumarbazFyodor Dostoyevski · İletişim Yayıncılık · 202088,5bin okunma
9/10
·128 syf.··
Beğendi
·
2024 2. kitabı
·
11 günde okudu
·
Okunma: 12 Ocak 2024 18:53
Gözlərindən öpərəm,dodaqlarindan sənin, Şirin sözlər asaram qulaqlarindan sənin, Saçini oğurlayıb daraqlarindan sənin, Saxlayaram cibimdə, gizli-gizli qoxlaram, Yandiraram gecələr, galirsənmi yoxlaram... Çağdaş Azərbaycan poeziyasının ən çox sevilən şairlərindən biridir Qismət. Qumru Əlifbası kitabında şairin seçilmiş müxtəlif illərdə yazdığı, “Sevginin gözləri Vanqa”, “ Tanış küçələr”, “ Qrim otağında Hamlet”, “Klassika məşqləri”, “Uçurum”, “Ümid və Penelopa” və s. seçilmiş şeirləri toplanıb. Əgər Qismət Rüstəmov yaradıcılığı ilə tanış deyilsinizə seçiminizi bu kitabla edə bilərsiniz. Şeirlərinin əksəriyyətini sərbəst vəzndə yazır və hadislərə münasibəti, yazı üslubu digər şairlərdən fərqlənir. Şeirlərində diqqətmi ən çox çəkən onun təşbeh və bənzətmələri oldu. Məsələn gün batımı ədəbiyyatda, sənətdə, rəsmdə adətən heyranlıqla və gözəl tesvir olunur. Qismətin qələmində isə bu daha pessimist və kədər doludur: “Qürub vaxtı günəş kəsik bir baş kimi düşərkən göydələnlərin arasına…” Və yaxud da Bakının əzəmətinə heyranlıqla yazılan şeirlərin əksinə Qismət yaradıcılığında Bakı da oxucuya ümidisizlik bəxş edir “Götür bu dəsmalı sil o boyanı, Səndən olmayana daha qoyma qol. Tulla geyindiyin o dikdabanı, Bir az balaca ol amma Bakı ol”. Şairin Xəzərə, sahilə, dənizə, yağışa da münasibəti romantik deyil: “Sahil. Axşamüstü. Neçə barel neft udub görən qağayılar, balıqlar?”, “Neyləməli, "günəş" sözünə isinmək olmursa, “çörak" sözü qarın doyurmursa, neyləməli?” Şeirlərindəki kədərə, ümidsizliyə, qayğılara rəğmən Qismətin yaradıcılığını çox sevirem və şeirləri həqiqətən də oxunmağa dəyər.
Şiir
Qumru ƏlifbasıQismət Rüstəmov · Qanun Nəşriyyatı · 202019 okunma