Müharibələri yaşlı nəsil başlayır, gənc nəsil qurban olur.. Əsər Bosniya soyqırımı zamanı gənc qız, Leylanın başına gələn dəhşətli hadisələrdən bəhs edir. 16 yaşlı qız ailəsindən ayrı düşür və serblər tərəfindən dəfələrlə işgəncələrə, təcavüzlərə məruz qalır. Kitabın bəzi hissələrində Leylanın yaşadıqlarını oxumaq həqiqətən psixoloji cəhətdən pis təsir etdi. Məncə, müharibənin də bir ədəbi olmalıdır, günahsız gənc qız və onun kimi qadınlara qarşı belə davranışların olması insanı dəhşətə gətirir. Onlara bir əşya kimi davranır, heçə sayır, ağla gəlməyəcək işgəncələr verirlər. Leyla çox güclüdür ki, bu yaşadıqlarından sonra həyatda qalmağı bacarır. Bu hadisələri oxumaq bu qədər çətindirsə, onların bunu real həyatda yaşamasını təsəvvür edə bilmirəm. Uzun müddət təsirindən çıxa bilməyəcəyim bir kitab oldu.