9/10
·480 syf.··
2026 130. kitabı
Pavese heç vaxt bu sətirlərin çap olunacağını düşünməyib. O, sadəcə özüylə danışır, öz ağrısını, öz çaşqınlığını kağıza tökür. Və ən pisi odur ki, mən bu sətirləri oxuyarkən artıq onun sonunu bilirəm – 1950-ci ildə, bu gündəliyi bitirəndən az sonra o, özünə qəsd edəcək. Yəni mən əlimdə tutduğum bu kitabda, sanki bir insanın ölüm hökmünü öz əliylə yazdığı gizli bir etirafnaməni oxuyuram. Bu, insanı çox qəribə bir hala salır. Mənə elə gəlir ki, Pavese üçün “yaşama uğraşı” ifadəsi məhz bir “zanaət”dir, “məşğuliyyət”dir. O, yaşamağı sanki bir peşə kimi görür: səhər durub işə getmək kimi, nəfəs almağı, sevməyi, yazmağı bir əmək kimi qəbul edir. Amma burada faciəvi bir ziddiyyət var – o, bu peşəni sevmir, buna qabiliyyəti olmadığını düşünür, amma yenə də hər gün durub o işi görməyə çalışır. Düşünürəm ki, məhz bu ziddiyyət onu yazmağa məcbur edir. Əgər həqiqətən yaşamağı bacarsaydı, bu gündəliklər heç vaxt olmazdı. Kitab boyu onu iki şeyin arasında parçalandığını görürəm: bir tərəfdə intihar düşüncəsi, o biri tərəfdə isə duyğulara, təbiətə, yazmağa olan bağlılığı. O, dağlara, tənhalığa, kənd həyatına vurğundur, amma şəhərdə, insanların arasında boğulur. Sevgi məsələsinə gəldikdə isə, məncə Pavese öz xoşbəxtliyinin ən böyük düşmənidir. O, qadınları elə bir ideala çevirir ki, heç bir canlı insan bu ideala çata bilməz. O, sevgini bir “məsələ” kimi həll etməyə çalışır, amma sevgi həll olunacaq bir tənlik deyil. Və bu uyğunsuzluq onu hər dəfə daha da kədərləndirir. Ən çox onun özünə qarşı olan amansız dürüstlüyünə heyran qalıram. Pavese heç vaxt özünü yaxşı göstərməyə çalışmır. O, qorxaqlığını, eqoizmini, acizliyini çılpaq şəkildə ortaya qoyur. Elə bil deyir: “Baxın, mən bu qədər zəifəm, bu qədər səhv edirəm, amma bəlkə də bu zəifliklərimi yazmaq mənim yeganə qurtuluşumdur”.
Yaşama UğraşıCesare Pavese · Can Yayınları · 20212,602 okunma
Siddhartha: Həqiqət olmaq
9/10
·148 syf.··
Beğendi
·
2026 4. kitabı
Həqiqəti axtarmaq yoxsa həqiqət olmaq? Həqiqət necə tapılır? Hermann Hesse Siddhartha adlı əsərində Siddhartha obrazı və onun daxili monoloqları üzərindən bu suallara cavab verir, mən isə sadəcə kitabları və analizi sevən mexaniki yönümlü IT tələbəsi kimi bu kitaba dair görüşümü bölüşürəm. Siddhartha. Brahman. Doğuşdan dini ayinlər içində, tanrılara sunaqlar verən, ibadət edən, meditasiya ilə məşğul olan ata ilə böyümüşdü. Buna görə də günahlardan uzaq, dünyəvi zövqlərin arxasınca düşüb özünü itirməmişdi. Bütün bunlara baxmayaraq, axtardığını tapabilməmişdi. Zaman keçdikcə daxilindəki suallar və şübhələr artmağa başladı, çünki nədən qaçdığını, özünü nədən qoruduğunu bilmirdi. Məqsəd "Nirvanaya" çatmaq idi, halbuki əgər atası, müəllimləri və digər Brahmanlar düzgün yolda idilərsə, niyə hələ də məqsədə çatmamışdılar? Niyə illərlə eyni rutinin daxilində ilişib qalmışdılar? Öz həqiqətini tapmaq istəyi ilə atası razı olmasada atasından ayrılır, öz iç səsini dinləyərək Samanalara qoşulur, axtardığı şeyi orada tapacağını umur. Qaçmalı və qamçılamalı olduğu şeyin dünyəvi zövqlər və istəklər olduğunu düşünür, dostu Govindanı da bu yolda özünə qoşur. Govinda – Siddharthanın daim dəstəkçisi, yaxın dosdu. Samanalar oruc tutur, yuxusuz qalır, dilənir, cırıq paltarla yaşayırlar və özlərinə əziyyət verirlər. Siddhartha da bu yolu seçir. Lakin zaman keçdikcə özünü hər şeydən məhrum etməklə fərqli bir eqo qazanır. Çünki artıq özünü günahlardan təmizlənmiş, nəfsinə hakim olmuş biri hesab edir. Digər insanları "uşaq insanlar" görür, çünki onlar maddiyyat uğrunda çalışıb-vuruşurlar, dünyəvi zövqlərin əsiridirlər, sevirlər, insanlara bağlanırlar və hissləri üzündən hərəkətlərini idarə edə bilmirlər. Bu, asketizmin gizli paradoksudur: özünü hər şeydən məhrum etmək eqonu öldürmür, yalnız ona yeni
Düşünce
SiddharthaHermann Hesse · Can Yayınları · 202447,1bin okunma
📚🔔 Tatil zili çaldı! Bir yıl boyunca verilen emeklerin ardından şimdi dinlenme, keşfetme ve yeni maceralara atılma zamanı. 🌞 Bu yaz bol kahkahalı, bol anılı ve elbette bol kitaplı geçsin. Tüm öğrencilere keyifli tatiller diliyoruz! 💙📖
Mimi Si Çakula
10/10
·264 syf.··
Beğendi
·
2026 56. kitabı
·
25 saatte okudu
·
Okunma: 17 Mayıs 2026 00:00
"Ləpirçi: Mən yeməli deyiləm" əsəri Rövşən Abdullaoğlunun qələmindən oxuduğum ilk kitab oldu. Kitabın ideya mərkəzində dayanan "insan olmaq nədir?" sualı, əslində bioloji bir varlıqdan mənəvi bir şəxsiyyətə keçid prosesinin nə dərəcədə sancılı olduğunu göstərir. Müəllif bizə xatırladır ki, insanı heyvandan fərqləndirən əsas amil sadəcə dik gəzməsi və ya mürəkkəb alətlər düzəltməsi deyil, onun öz instinktləri üzərində hakimiyyət qura bilmək qabiliyyətidir. Bir aslan ac qaldıqda ovuna qarşı amansız olması onun təbiətinin gərəyidir və burada heç bir "qəddarlıq" axtarmaq olmaz, çünki o, sadəcə sağ qalmaq instinkti ilə hərəkət edir. Aslanın heyrətamiz bir mizanı var. O, yalnız doyacaq qədər ovlayır, qarnı toxdursa, yanından keçən ceyrana belə toxunmur. Heyvanlar aləmində qətl ehtiyacla məhdudlaşır, lakin insan şüuru bu nöqtədə ən böyük sınağı ilə üzləşir. İnsan acgözlük edir, ehtiyacından qat-qat artığını mənimsəyir, yığır və talayır. Heyvanlar qarınlarını doydurduğu halda, insan gözünü doydura bilmir. Şüur sayəsində seçim etmək iqtidarında olan insan, ya öz içindəki yırtıcını cilovlayıb aliliyə yüksələ bilər, ya da zəkasını bu doyumsuz acgözlüyün və qəddarlığın xidmətinə verib təbiətdəki ən təhlükəli varlığa çevrilə bilər. Təbiətdə ən ağıllı varlıq olmağımız bizə hər şeyi etmək haqqı verirmi? Rövşən Abdullaoğlu bu sualla bizim "antroposentrik", yəni insan mərkəzli təkəbbürümüzü darmadağın edir. Biz zəkamızı çox vaxt hökmranlıq vasitəsi kimi istifadə edirik, halbuki şüurun əsl məqsədi məsuliyyət daşımaqdır. Ən güclü olmaq hər şeyi məhv etmək icazəsi vermir, əksinə, zəif olanı qorumaq öhdəliyini verir. Əgər bir insan öz şüurunu sadəcə digərlərini istismar etmək və ya təbiəti talamaq üçün istifadə edirsə, o, əslində heyvandan daha aşağı bir pilləyə enmiş olur. Çünki heyvanın
1000Kitap
Ləpirçi: Mən Yeməli DeyiləmRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyatı · 2020246 okunma
10/10
·430 syf.··
Beğendi
·
2026 12. kitabı
__"Bu kentin ne çatılarını ışıldatan ayları sayabilirsin, Ne de duvarlarının gerisine gizlenen bin muhteşem güneşi" __ Kitab adını Saib-i Təbrizinin şeirindən alıb. Oxuduğum an rəy yazmaq istədim o qədər təsiredəci bir kitabdır ki... Kitab müharibənin o darmadağınediciliyi insanların həyatından onlarca il alabilməsi. Kitab Məryəmin hekayəsiylə başlayır, ilk dəfə 5 yaşında harami sözünü eşitməsiylə - anası evlərində qulluqçu olmuş Nana və varlı Cəlilin nikahdankənar qızı olaraq. Heratın Gül Daman bölgəsində böyüyür. Kitabın ən vacib hissələrindən biri məhz Nananın qurduğu cümlələr idi qəzəbini həm qızından çıxardır həmdə qızı həyatda tək sevdiyi şey idi amma Məryəm atasına qanıb anasını tərk edir, atası tərəfindən içəri alınmayan Məryəm evə qayıdır və evdə özünü *smış anasını görür. Bundan sonra onun həyatı tam kökündən dəyişir atasının evində çox qalmır, 15 yaşındakı Məryəm 45 yaşında Rəşidlə evləndirilir, oxuyanda elə bir ehtimal ümid etmişdim ki yaxşı insan olsun ama tam əksi Məryəm həyatının sonuna kimi onunla yaşadı əzab-əziyyətlə sonra kitaba Leyla girdi ailəsi daha müasir olduğu üçün, uşaqlıq eşqi olduğu üçün necə bədbəxt olacağını bilmirdim, 14 yaşında evləri partladılana qədər anası atası ölür özü isə yaralı olduğu üçün Məryəmgildə qalmağa başlayır yəni kitabda kı ehtimallar məni o qədər boğur ki, əgər Məryəm atasının yanına getməsəydi, əgər Leylanın anası Kabildən daha tez ayrılmağı qəbul etsəydi... Rəşid o qədər iyrənc insandır Leylaya uşaqlıq eşqi Tarıkın öldüyünü deyirlər amma təəssüf spoiler sayəsində bunu bilib oxudum. Leyla məcbur onunla evlənir səbəblərdən biriysə Tarıkdan hamilə olması Rəşid kitabın sonunda bunu necə başa düşdü mənə hələdə çatmır. Qızları olur Azize (Tarıkın qızı) Leyla həm ilk analığı həmdə Tarıkın uşağı olduğuna görə ona
Bin Muhteşem GüneşKhaled Hosseini · Everest Yayınları · 2026119,6bin okunma
Elçinin "Baş"ı
9/10
·368 syf.··
Beğendi
·
2026 1. kitabı
·
111 günde okudu
·
Okunma: 13 Ocak 2026 19:12
Bu baş o başlardan deyil. Ana dilində səni düşünməyə vadar edən,hisslərinə təsir edən,dadı damağında qalan əsərlər oxumaq lüksdur. Əsər tarixi mövzudadır.Elçin romanın ön sözündə yazır ki,əsərin qəhrəmanlarının bir qisminin tarixi şəxsiyyətlər olmasına baxmayaraq,orada tarixi dəqiqlik axtarmaq da əbəsdir,çünki onlar müəllifin qəhrəmanlarıdır.Əsərdəki bəzi hadisələr və obrazlar tarixə uyğundur,bəziləri isə müəllifin təxəyyülünün məhsuludur.Hər bir obrazın hissləri,düşüncələri bədii ifadələrlə təsvir edilmişdir. Baş həm siyasi,həm də fəlsəfi əsərdir. Böyük dövlətlərin siyasi oyunları XIX əsrdə də var idi, bu dövrdə də davam edir. Başlar dəyişir, sistem isə eyni qalır. Əsas hadisələr I Rus-Qacar müharibəsinin gedişində - 1806-ci ilin fevralında baş verir, ancaq yazıçı bəzən bizi keçmişə də qaytarır. Elçin digər əsərlərində olduğu kimi bu romanında da dolğun obrazlar yaratmışdır. Əsərdə baş qəhrəman gürcü əslli rus generalı Pavel Sisianovdur (Sisiaşvili). Qafqazdakı rus qoşunlarının baş komandanı üçün əsas məsələ Rusiyanın maraqlarıdır.Sədaqətlə derjavaya xidmət edir.Ağıllı,cəsur sərdardır. Qafqazın Rusiyaya birləşdirilməsi üçün ürəklə çalışır. Gürcü knyazlarının nəslindən olsa da bəzi ruslardan daha çox rusdur (II Yekaterina kimi). Tarix Sisianovu general kimi görür,ədəbiyyat isə insan kimi. Sisianovun başı ilə birlikdə Bakıdan Tehrana "səyahət"ə çıxırıq. Eyni zamanda obrazların daxili dünyalarına da səyahət edirik. Abbas Mirzə Qacarlar dövlətinin vəliəhdidir, Azərbaycan uğrunda Ruslarla müharibədə Qacar ordusunun baş komandanıdır.Hünərli,cəsur,soyuqqanlı sərkərdədir. Diqqət çəkən qəhrəmanlardan biri də Mahmud bəydir.Ruslara təslim olmağın əleyhinədir,türk dövlətlərinin birləşməsinin tərəfdarıdır. Qeyri-tarixi qəhrəmanlardan biri Sarı Çoban qızıdır.Əsərin sonunda
BaşElçin · Qanun Nəşriyyatı · 201569 okunma
Puan vermedi·296 syf.··
2025 66. kitabı
Sara İbrahim - ‘Çəhrayı çobanyastığı’ Hekayəmiz Nalçik şəhərində, çətin və təhlükəli dövrlərdə — şəhərdə terrorlar, soyğunlar, adamöldürmə, qiyam kimi ağır hadisələr baş verdiyi zamanlarda keçir. Timurçin adlı Qumuq əsilli bir oğlan Bakılı bir qıza — Leylaya aşiq olur və çətin də olsa evlənirlər. Niyə çətin? Çünki bu izdivaca ən böyük maneə Timurçinin anası — Aybikə xanım olur. Aybikə xanım tam bir narsist, var-dövlət və göstəriş həvəskarı, ətrafındakı hər kəsə mənfi təsir göstərən, heç kimin fikrinə məhəl qoymayan, öz düşüncələri ilə yaşayan biridir. Bir tərəfdə ailəsini qorumağa çalışan Timurçin, digər tərəfdə isə bu ailəni dağıtmağa çalışan Aybikə xanım. Və Timurçinin yoldaşı Leyla, qızı Zamirə. Əsərin baş qəhrəmanı olan və nənəsinin bu zülmündən ən çox əziyyət çəkən Zamirənin dilindən oxuduğumuz bu hekayə, xoşbəxt olmağa çalışan bir ailə tablosu göstərir bizə. Lakin bu tabloya kənardan mənfi müdaxilələr olur. Ayaqda qalmağa çalışan bir ailə, əziyyətli travmalar içində böyüyən bir uşaq, keçmişi ilə boğuşan bir ata və bütün bunları bir uşağın gözündən izləyən biz. Bu ailə bu çətinlikləri aşaraq xoşbəxt ola biləcək, yoxsa yox…? Hadisələrin azyaşlı bir uşağın dilindən danışılması hekayəni daha maraqlı, daha təsirli və daha emosional edir. Oxuyanda mövzunun nə qədər ağır və travmatik olduğunu daha yaxşı anlayırsan. Kitab çox səliqəli qurulmuş bir axıcılığa malik və sürətli oxunan əsərlərdən biri oldu mənim üçün. Hekayə maraqlı olduğu üçün kitabı yerə qoymaq olmurdu. Cümlələr, səhnələr və keçidlər o qədər səlis və əlaqəlidir ki, oxuduqca heç bir qırılma hiss etmirsən. Son dövrlərdə oxuduqlarım arasında ən rahat və sürətli irəliləyən kitab oldu. Bəzi səhnələr o qədər real və təsiredicidir ki, oxucuda istər-istəməz qıcıq və ya əsəb yaradır. Bu da kitabın müsbət
1000Kitap
Çəhrayı ÇobanyastığıSara İbrahim · Xan Nəşriyyat · 20257 okunma