Ayya blog

"Kərgədan öz növünün son nümunələrindən biri olduğu üçün bədbəxt deyil. Lakin öz növünün sayca üstün olması ayrı-ayrılıqda əzab çəkən buzovlar üçün təsəlli ola bilmir."
Sayfa 116·Kitabı okudu
Reklam
"Şahların və peyğəmbərlərin özlərini çoban kimi aparması və bir çobanın öz sürüsünə qayğı göstərdiyi kimi xalqına qayğı göstərəcəyini iddia etməsi təsadüfi deyildi."
Sayfa 115·Kitabı okudu
Siyaset
"Dəbdəbə tələsi bizim üçün mühüm bir dərsdir. Bəşəriyyətin daha asan bir həyat axtarışı nəhəng dəyişiklik enerjisi ortaya çıxartdı, lakin bu dəyişiklik dünyanı heç kəsin təxmin edə bilməyəcəyi şəkillərə saldı."
Sayfa 107·Kitabı okudu
Tarih
"Tarixin ən dəmir qanunlarından biri də budur: zaman keçdikcə, dəbdəbəli həyat, lüks əşyalar zərurətə çevrilir və bu yeni çətinliklər ortaya çıxarır. İnsan dəbdəbəli həyata alışdıqda onu təbii hal hesab edir. Lüks əşyalara daim ehtiyac duyur və sonra da elə bir vəziyyətə gəlib çatır ki, onsuz yaşaya bilmir."
Sayfa 106·Kitabı okudu
Ah İnsanlar
"Təkamülün işlək valyutası nə aclıq, nə də əzab çəkməkdir, sadəcə DNT spirallarının nüsxələnməsidir. Necə ki, bir şirkətin iqtisadi uğuru işçilərinin xoşbəxtliyi ilə deyil, bank hesabındakı dolların miqdarı ilə ölçülürsə, bir növün təkamül sarıdan uğuru da DNT nüsxələrinin sayı ilə ölçülür. DNT nüsxəsi qalmazsa, növ yox olar, eyni ilə pulu qalmayan bir şirkətin iflas etməsi kimi. Əgər növ çox sayda DNT nüsxəsinə sahibdirsə, bu uğurdur və bu növ inkişaf edir. Bu baxımdan 1000 nüsxə həmişə 100 nüsxədən daha yaxşıdır. Aqrar inqilabın mahiyyəti də budur: daha çox sayda insanı ən pis şərtlər altında olsa da, həyatda saxlamaq."
Sayfa 102·Kitabı okudu
Bilim
Reklam