Badam
Puan vermedi·196 syf.··
Beğendi
·
2025 5. kitabı
·
20 günde okudu
·
Okunma: 03 Kasım 2025 10:09
Badam, beynimizdə həcmcə kiçik amma böyük təsirlərə malik olan üzvümüzə verilən addır. Onun inkişaf etməməsi hissizliyə və də emosionallardan uzaq bir ömür keçirməyə bənzəyir. Doğulan andan öz fərqliliyi ilə seçilən hekayə personajımızın bu fərqliliyi anasının gözündən qaçmır və nəticədə beynində amigdalısı inkişaf etməmiş bir uşağının olduğu reallığını qəbullanaraq onu bütün hislərlə tanış etməyə çalışır. Sevgi nifrət, gözyaşı, ağrı, acı və gündəlik həyatımızda bizim üçün adi olan lakin ona çox yad olan hisləri anası not kağızlarına yapışdıraraq bir-bir öyrətməyə, insanlaeın nəzakətli hallarını görərkən onlara saxta təbəssüm etməyi öyrədir. Kiçik həcmli hekayə olsa da məna cəhətdən dərin və də təsirli idi. Oxumağa və bitirdikdən sonra düşünməyə dəyər.
Roman
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,792 okunma
9/10
·196 syf.··
Beğendi
·
2025 3. kitabı
·
7 günde okudu
·
Okunma: 30 Ocak 2025 21:50
Bu il oxuduğum ikinci kitabdır. Və bu kitabı da çox sevdim. Yazıçı hisləri hissi olmayan birinin dilindən də olsa çox gözəl ötürdü. Yeri gəldi ağladım, yeri gəldi gülümsədim. Demək olar ki, hər iki əsas obrazı çox sevdim. Mümkün olsaydı ikisini də qucaqlayardım..
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,792 okunma
Etimoloji Defteri
Mücellit Nedir ?
Puan vermedi·208 syf.··
2024 45. kitabı
·
6 saatte okudu
·
Okunma: 17 Ekim 2024 22:17
Məni ruhən öz uşaqlıq illərimə qaytardığı və xatirələrimi canlandırdığı üçün uşaqların dilindən yazılmış kitabları sevirəm. Bu minvalda çoxlu təsirli kitab oxumuşam: Şeker Portakalı, Delifişek, Badam və s. Bu kitab isə məndə gözlədiyim təsiri buraxmadı. Amma hərbir halda olduqca maraqlı və axıcı üslubda yazılmışdı, saatlar içində tək oxunuşda bitirdim.
Sınmış Burunun NəğməsiArne Svingen · Simurq · 071 okunma
Normallığın sərhədlərini genişləndirən əsər
9/10
·264 syf.··
2024 13. kitabı
·
29 saatte okudu
·
Okunma: 09 Eylül 2024 00:33
2020-dən bəri oxumaq istədiyim bir kitab idi. Amma səhv xatırlamıramsa hələ o vaxtlar rəqəmsal kopyasını tapa bilmirdim deyəsən. Qismət bu ilə imiş. Yaxşı ki oxudum dediyim kitablar sırasına əlavə olundu. İndi isə həmişəki inceleme rutinimi bir balaca dəyişmək qərarına gələrək, əvvəlcə, kitabın mövzusuna toxunmaq istəyirəm. Almond (Badam), sadə görünməsinə baxmayaraq, olduqca dərin mövzulara toxunan, duyğusal bir romandır. Aleksitimiya xəstəliyi olan Yunjae adlı bir gəncin hekayəsindən bəhs edir. Aleksitimiya – duyğuları anlaya bilməmək, onlara ad qoya bilməmək ilə müşayiət olunan xəstəlikdir. Buna qısaca duyğusal korluq da deyə bilərik. Beyində yerləşən badamabənzər orqanın, yəni amigdalanın ölçüsünün kiçik olması ilə izah olunur. Yunjae'də də amigdalanın ölçüsü kiçik olduğu üçün o, qorxu, sevgi, qəzəb, nifrət kimi ilkel, yəni primitiv duyğuların nə olduğunu bilmir. Sujet xətti boyunca, onun həyatda necə və nə kimi çətinliklərlə üzləşdiyini, eləcə də, yaşadığımız mühitdəki cəmiyyətin fərqliliklərə qarşı münasibətini oxuyuruq. Əslində isə öyrənirik ki, empatiya əskikliyi olan bu uşaq, ətrafımızdakı bir çoxlarından daha çox empatiya qura bilir, eləcə də canayaxındır və yaşanan hadisələrə qarşı doğru sual verməyi bacarır. Normalda kitablara oxuma yaşı verməyi sevən biri deyiləm. Daha doğrusu, çox vaxt bunu təyin etmək mənə düşməz kimi düşüncələrdə oluram, amma bu kitabı məktəbli dostlarımızın da oxumasını səmimi qəlblə tövsiyə edərdim. Kaş elə o vaxtlar oxuyaydım dediyim bir kitab oldu. Düşünürəm ki, insana çox şey qatan əsərdir. Bu mövzuya da toxunmazdan əvvəl müəllif haqda da qeydlərimi edim. Kitabın müəllifi Cənubi Koreyalı yazıçı Won-pyung Sohn -dır. Özü haqqında elə də çox məlumatım yox idi, sadəcə sevərək dinlədiyim qrupun nümayəndələri tərəfindən oxunduğunu görüb
2024 Okuma Raporları
아몬드Won-pyung Sohn · Changbi Publishers · 20173,792 okunma
10/10
·384 syf.··
2024 20. kitabı
·
11 günde okudu
·
Okunma: 01 Ağustos 2024 13:33
İndiyə kimi Fələstin - İsrail münaqişəsi və bu müharibədən əziyyət çəkən insanlar haqqında oxuduğum ən təsirli kitabdır. Oxuduqca ailə daxilində fərqi yanaşmalarda olan insanlardan hansının haqlı və ya çox haqlı hansının haqsız olduğunu qərar vermək çox çətindir, bəlkə də mümkünsüzdür. Mən həyatda sülhdən yanayam. Müharibə heç kimə xoş və ya uğurlu heç nə vəd etməyib. Ancaq sakit yaşayan insanların haqsız yerə həyatlarını itirməsi və əzab çəkməsi də doğru deyil. Əsərdə bir neçə təsirli məqamlar vardı. Badam ağacının bir ailənin yaşamında böyük rolu elə əsərin bu cür adlanmasının səbəbidir. Əhmədin fədakarlığı və onun karyerasında atasının rolu çox böyükdür. Çantasından dəftər kitab əvəzinə müharibəyə aid əşyalar çıxan uşaqlar isə müharibənin necə dəhşətli olduğunu canlandırır.
Aile
Badem AğacıMichelle Cohen Corasanti · Pegasus Yayınları · 20154,645 okunma
7/10
·196 syf.··
2024 17. kitabı
·
5 günde okudu
·
Okunma: 04 Nisan 2024 21:16
Hər kəsin beynində badam formasında olan və amiqdala adlanan bölgə beynin emosional mərkəzi hesab olunur. Belə ki, emosional hafizəmiz və hadisələrə verməli olduğumuz reaksiyalarımız beyinin bu hissəsində formalaşır. Amiqdalanın inkişaf etməməsiylə yaranan - aleksitimiya (emosional korluq) problemi olan uşağın həyatından bəhs edən romana müəllifin badam adı verməsinin səbəbi də budur: "İçimdə badam var. Səndə də var. Sevdiklərimizdə, nifrət etdiklərimizdə də var. Lakin heç kəs onu hiss etmir. Sadəcə, hər kəs bilir ki, badam var" Yuncenin hissiyatsız olaraq başladığı həyatında duyğular nənəsi və anasının səyləri ilə hiss edilərək deyil, ev tapşırığı kimi əzbərlədilərək öyrədilib. Lakin bir müddətdən sonra Yuncenin həyatında baş verən faciə onu tək qoyur və o nəinki bu faciəyə, eləcə də bundan sonrakı qarşılaşdığı bütün mənfi hadisələrə də emosional olaraq cavab vermək iqtidarında olmadığından insanlar onda problem olduğunu anlayır. Beləcə yeniyetmə Yuncenin həyatına daxil olan yeni insanlar ona həm hiss etməyi öyrədir, həm də onun hissiyatsızlığının müqabilində öz hisslərini müşahidə edərək öyrənir. Müəllif hisslərin insan həyatındakı əhəmiyyətini və hər insanın pis və yaxşı tərəfləri arasındakı incə cizgini olduqca sadə şəkildə oxucuya çatdırır. Bu roman daha mürəkkəb və detallı işlənərək yazıla bilərdimi? Bəli. Amma gərək varmı? Məncə, xeyr. Uşaq vaxtı oxuduğumuz bəsit nağıllardan çıxardığımız dərslər misalı bu cür romanlar da insanları düşünməyə sövq edir və oxumanı zövqlü edir.
BadamWon-pyung Sohn · Strauss Nəşriyyat · 20233,792 okunma