“Balaca Şəhzadə“ əsərində deyilir ki, necə ki hər səhər yuxudan duranda əl-üzünüzü yuyub təmizləyirsiniz, öz planetinizi də o şəkildə baobab ağaclarının toxumlardan təmizləməlisiniz, hətta xüsusi diqqətlə. Buna gecikdiyiniz təqdirdə isə onu gül fidanından seçə bilməz hala gələcəksiniz, baobab böyüyəcək, böyüyəcək.. bir gün bütün dünyanızı tutacaq və siz içinə sığmaz olacaqsız.
Oxuduqca düşündüm, dünyama nə çox baobab sığdırmağa çalışmışam. İnsanların gəlişi də 2 cür olurmuş, onların ürəyinizə düşdüyü anı düşünün: ya gül kimi fərah, qəlbinizə hüzuru bəxş edən fidan olurlar, böyüdükcə açırlar, gözəlləşdikcə sizi də gözəlləşdirirlər. Ya da baobab toxumu olurlar, ilk başlarda onu gül fidanı kimi görürsünüz, çünki özünü elə təqdim edir, siz də aldanırsınız, bəzən də aldanmadan elə qəbul etmək istəyirsiniz, bir gül kimi gözəl görünər çünki gözünüzə. Böyüdükcə nəfəsinizi daraldacaq, sıxacaq, incidəcək, içim-içimə sığmır deyirlər e, bax o duyğunu yaşadacaq, məhz o an onun gül fidanı yox baobab toxumu olduğunu anlayacaqsınız. Dünyanızın mərkəzinə yerləşib böyüyən nəhəng baobabı necə söküb ata bilərsiniz? Ağrısız mümkündürmü heç? Halbuki vaxtında toxumlarını atmaq
necə asan idi..