Puan vermedi
Signor Bayramlı Məhəmməd - “Samuray” Tam bir “çərəzlik”, aksiyon dolu, film dadında bir kitabdan danışmaq istəyirəm. Yenə təsadüfi barter nəticəsində əlimə keçdi və “kiçik həcmlidir, tez-bazar oxuyaram” deyib başladım, elə başladığım kimi də bitirdim. Yazıçı ilə ilk tanışlığım olsa da, deyə bilərəm ki, qələmi həqiqətən də maraqlıdır. Fantastik janrda oxuduğum kitablar arasında “Samuray” özünəməxsus yerini tutdu. Düzünü desəm, kitabın əvvəlləri bir az sıxıcı idi, nə baş verdiyini, mövzunun hara getdiyini tam anlaya bilmirdim. Amma bir neçə səhifədən sonra hekayə maraqlı bir sürət aldı. Yazıçı sujet xəttindən kənara çıxmır, oxucunu yormur və əsərdən uzaqlaşmır. Məni ən çox cəlb edən kitabın qurğusu oldu. Hadisələr, obrazların keçmişi və tarixi faktlar bir-birinə o qədər səliqəli bağlanıb ki, hər yeni səhnədə “həə, deməli bu buna görə imiş” deyirsən. Kitab detektiv bir axtarış və cinayətlə başlayıb, Yaponiya tarixinin müharibələrinə qədər uzanır. Lənətlənmiş bir samuray - Koneya, illər öncənin sirri və bu lənəti aradan qaldırmağa çalışan obrazların fədakarlığı və sevgi uğrunda nələrin qurban verilməsi - hər biri çox gözəl işlənib. Kitabın sonunda elə də böyük bir “vau, möhtəşəm” deyə bilmirsən. Amma gəl ki, gedişat o qədər sürətli və həyacanlıdır ki, “görəsən nə olacaq?” deyə-deyə səhifələri çevirirsən. Yazıçı oxucunu maraqda saxlamağı əla bacarıb. Əgər 2-3 saat ərzində bitirə biləcəyiniz, yüksək həyəcanlı və axıcı bir şey axtarırsınızsa, “Samuray”-ı tövsiyə edirəm, maraqlı idi. Bu qədər.. Uğurlar arzulayıram Signor Bayramlı Məhəmməd Digər kitablarda görüşmək ümidi ilə.. Hörmətlər...
1000Kitap
SamuraySignor Bayramlı Məhəmməd · Mücrü nəşriyyat · 202310 okunma
Puan vermedi·96 syf.··
2026 15. kitabı
Nigar Mahmud – "Möcüzə Evi" Kitab əlimə tamamilə təsadüfi bir barter nəticəsində keçdi. Həcmi kiçik olduğu üçün düşündüm ki, elə "tez-bazar" oxuyum, bitsin. İlk növbədə onu deyim ki, kitab pis deyildi. Uşaq ədəbiyyatı kimi görünsə də, mənə görə, daha çox böyüklərin oxumalı olduğu bir kitabdır. Onsuz da cəmi 1-2 saata bitirə biləcəyiniz qədər yığcamdır. Amma "uşaq ədəbiyyatıdır" deyib keçmək olmaz, çünki bəzən böyüklər üçün ən vacib dərslər elə o uşaq kitablarının içindən çıxır. Mən bu kitabı yerli "Küçük Prens" adlandırardım. Oxşarlıqları az deyil, üstəlik əsərdə Jasminin (baş obraz) ən sevdiyi kitab olaraq Küçük Prens-in adı dəfələrlə çəkilir. Jasminin möhtəşəm, fantastik bir xəyal dünyası var. Oxuduqca sanki onun xəyallarının içində gəzirik. Jasmin babası və anası ilə yaşayan, həyat dolu, gülməyi, rəsm çəkməyi və kitabları sevən balaca bir dostumuzdur. Babasının nəsihətləri böyüyür, anası ilə öyrənir və təklikdə xəyallar qurur. Kitab onsuz da qısa olduğu üçün mövzu haqqında çox uzun-uzadı danışmaq istəmirəm. Qeyd etməliyəm ki, belə bir dünyanı qələmə almaq üçün yazıçının özünün də kifayət qədər geniş təxəyyülü olmalıdır ki, bu kitabı yaza və oxucunun gözündə o səhnələri canlandıra bilsin. Kitab bizə öyrədir ki, neçə yaşımız olursa olsun, xəyal qurmaqdan imtina etməməliyik. İnsanı insan edən elə onun arzuları və xəyallarıdır. Bəzən həyatın çətinlikləri üstümüzə gələndə, depressiv anlarımızda xəyallarımızdan üz döndəririk, onlardan əl üzürük. Amma Jasmin bizə başa salmağa çalışır ki, ən böyük çətinliklərdən xilas olmağın yolu elə o xəyallardan keçir. Bizi yüksəldən, ayaqda tutan onlardır. Elə bu anda ne vaxtsa yazdığım bir şeirin misrası gəldi ağlıma: "Xəyalsız insan da xəyal qurarmış..." Düzü, nə vaxt yazdığımı, heç şeirin ardını da xatırlamıram, yaddaşımda
1000Kitap
Möcüzə EviNigar Mahmud · Qanun Nəşriyyatı · 202011 okunma
Her çiçeğin bir mevsimi, her kitabın bir zamanı vardır. Haziranın tadını yeni hikâyelerle çıkarın.
Güzel ve sağlam bir kitap!
6/10
·264 syf.·
2026 28. kitabı
Bazen bazı kitaplarımı iki kere okumayı tercih ediyorum. Çünkü tahmin edersiniz ki her okuduğumuz saniye gelişmelerin çığla ilerlediği bir çağdayız, biz, benliğimiz, aynada gördüğümüz her bir yansı değişmekte olduğu gibi kitapları okuduğumuz zaman dilimi de öyle ya da böyle değişmektedir. Mesela ben şimdi bu yaşımda daha da haykırışla daha da heybetli okudum bu kitabı. Hoş! kitap da zaten alarm gibi ötüyor mübareğimsi. Bas bas bağırıyor. UYANIN, BİRLİKLENİN! diye. ''Gün aydın aymayan toplum'' diye seslenmek istiyorum bazen rus toplumlarına, süreçlerine, dayatmalarına... Bu rus romanında da rus toplumunun nasıl kuşakları devirdiğini, nasıl hikmetli bir arayış perdesini araladığını, aralarken ne kadar tek başlı olduğunu iliklerinize kadar hissediyorsunuz. Zaten bunu hissetmeseniz kitabı da yürütemetezsiniz ya. Zaten böyle devinimsel bir kitapta özellikle hissin geçmemesi daha doğrusu aktarılamaması namümkün. Ototoplum diyorum böyle bir kavram daha iyi olur sanırım kendimce. Toplum kendi benliğini yaratacak güçte olmasa bile elinden gelen çabayı hislerin ve şanların uğruna tek tabanca da olsa birlik birlik yönetme mecburiyetinde (bana göre). Nihilizm anlayışlı Bazarov’la başlasak daha iyi olur sanırım. Bazarov, ''Bir kimyager, bir şairden daha yararlıdır.'' düşüncesi bile onun dönemine toplumuna ne kadar dik başlı olduğunun açıkça şiarı değil midir? Ahh ne yazıkki her zaman da böyleleri sevilmez (yani en aznından ben öyle karşılaştım şu ana kadar) Ama olsun bizimki yılmıyor. (çok uzun uzadıya bahsetmek istemem çünkü bu bir inceleme kısa özet kitabı değil:) Genel bir kuş bakışında kitap, Eski Rusya vs Yeni Rusya diye ayrılmış. Sürekli toplumların çatışması(toplumların dediysem yani birey çatışıyor amma bu da bir toplum unsuru değil mi?) Kargaşa içinde geçen sayfalar
İnceleme
Babalar ve OğullarIvan Turgenyev · Türkiye İş Bankası Kültür Yayınları · 202555,9bin okunma
10/10
·224 syf.··
Beğendi
·
2026 11. kitabı
·
32 günde okudu
·
Okunma: 27 Mart 2026 15:48
Yağmur Mevsimi Pazarı” fantastik və bir az da nağılvari atmosferə malik, insanın seçimləri və ikinci şans mövzusu üzərində qurulan bir romandır. Hekayə Gökkuşağı Kasabası yaxınlığında yerləşən sehrli bir bazar ətrafında cərəyan edir: burada insanlara həyatlarını yenidən yazmaq imkanı verilir.
2026 Okuma Raporları
Yağmur Mevsimi PazarıYou Yeong-Gwang · Epsilon Yayınları · 2025220 okunma
Daha öncə yazdığım bir postu burada paylaşıram.
10/10
·384 syf.··
2025 2. kitabı
400 səhifəni 40 saata. Çoxdandır, fiziki kitabı belə tez bitirə bilmirdim. Gah qeydlər götürə-götürə sürət azalır, gah da yüklü iş günündən sonra yuxu dərmanı rolunu oynayırdı, kitablar. Həm də audio kitablar yaşam tərzimizə daha uyğunlaşıb. Şənbə-bazar digital detox eləməsək, fiziki kitablara əlimiz çatmayacaq, ancaq səsinə səs verə biləcəyik. Yeri gəlmişkən, bu yaxınlarda Storyteldə məşhur "1984" əsərini radio teatr formatında dinlədim. Uşaq vaxtı dinlədiyim radio teatrları xatırlatdı. Çox səliqəli işlənib. Məsləhətdir. İndi isə gələk, əlimdə tutduğum Abaddon kitabına. Nə abad olmayan dünyanın halı, nə də şəkildəki don ilə əlaqəsi yoxdu Abaddonun. Kapüşonu başıma keçirib, şəkil çəkdirdim ki, post qəşəng görünsün. Kitabı oxuduqca, müəllifin azərbaycanlı olmasına inanmağı gəlmir, adamın. Ümumiyyətlə, kitab oxuduğuna inanmağın gəlmir. Elə bil, Netflixdə təzə serial çıxıb, sən də bir nəfəsə bütün bölümlərə baxırsan. İntellektual, psixoloji, detektiv janrında olan romanda hadisələr İrlandiyada baş verir. İrlandiya haqqında 10 kitab oxusaydıq, əldə edə bilməyəcəyimiz qədər eksklüziv faktlarla zəngindir: "İrlandiya yarım saatı", Avropanın əmisi sayılan VII Eduard dövrü, Qroqox, Titanik, Newgrange, Blarni qəsri, Osrayqe krallığı, Müqəddəs Patrick, 5 funtluq əskinasın üstündə Ketrin Elizabet Makoli, arxasında Entoni Rafterinin şeiri, Luzitaniya gəmisi, Məhəmməd Əlinin ulu babası Eyb Qreydi, irlandların pablarda UK ilə siyasət və məişət mövzuları, kriminal jarqonları və n qədər lokal məlumatlar qazandırdı. Bundan əlavə kitabda normal həyatda bir arada görmədiyimiz bir çox mövzular bir araya gəlib. Gələcəkdə bu postu oxuyanda xatırlamağım üçün yazıram: - İbrani dilindən "həlak edən", "yoxluq" mənasını verən Abaddon - Horun gözü - Nekrofiliya, Fransua Bertrand - Şeol -
AbaddonRövşen Abdullaoğlu · Qədim Qala Nəşriyyat Evi · 2024766 okunma
10/10
·154 syf.··
Beğendi
·
2025 166. kitabı
- Bu geyim-kecimnən hara belə, Cəbrayıl? -... İnstitut yoldaşlarımla görüşə gedirəm. Hər il oktyabr ayının üçüncü həftəsi, bazar günü səhər saat onda "Pionerlər" bağına yığışıb, ordan da gedirik köhnə "İnturist"ə. Yeyib-içirik, dərdləşirik, cavanlığımızı yadımıza salırıq. Axşama qədər gəzişib sonra ayrılırıq. Hər il... - Nə gözəl işdi, nə gözəl işdi. Bəh-bəh!.. Çox adam gəlir bu görüşə? - Doqquz nəfər idik. İndi səkkizi bu dünyada yoxdur. - Demək, təkbaşına gedirsən görüşə? - Hə. Doqquz nəfərlik boş bir masa, doqquz dolu qədəh və dostlarının şərəfinə qədəh qaldıran Cəbrayıl... Doqquz gənc, doqquz fərqli həyat hekayəsi: Cəbrayıl, Cəfər, Hümbət, Abdulla, Sərxan, Hacı, Miri, Qasım, Məlik. Onlar gənclikdə sözləşmişdilər ki, hər il oktyabr ayının üçüncü həftəsi, bazar günü səhər saat onda görüşəcəklər. Ömürləri boyunca bu vədə sadiq qaldılar. Ancaq illər keçdikcə masadan dostlar bir-bir əskilməyə başladı... Sonuncu il də görüş vaxtı çatdı. Dostlarının yoxluğunun ağır yükü altında iztirab çəkən, amma vədlərinə sadiq qalaraq görüşə tələsən Cəbrayıl həmişəki vaxtda, həmişəki yerdə idi... İsi Məlikzadədən qəlbə toxunan, insan münasibətlərini, daxili aləmini, keçmişin izlərini və zamanın gətirdiyi nisgilləri üzə çıxaran möhtəşəm povest, bir vəfa hekayəsi...
Edebiyat
Günəşli Payızİsi Məlikzadə · Yazıçı nəşriyyatı · 198210 okunma