Əvvəlcə qeyd edim ki,kitabın sonluğunun bir növ fəlsəfi mövzuda olacağını heç təxmin etmirdim.Kitab - illər boyu İsveç idarəetməsi altında yaşayan və əzilən Fin xalqının,zaman keçdikcə xalq arasından çıxan,eyni zamanda isə mənəvi,fəlsəfi baxımdan oyanan şəxsiyyətləri sayəsində,ölkənin siyasi,iqtisadi,sosial,vətənpərvərlik baxımından,ruhən oyanmasından və inkişaf etməsindən bəhs edir. Snellman,Jarvinen,Tomas Gulba və s. kimi insanların bir xalqın başqa ölkələrin istismarına qarşı çıxaraq,insanlara,cəmiyyətə doğru şəkildə müraciət etməsi,xalqın maariflənməsi məsələsinin bütün problemlərinin əsas səbəbi olduğunu hər bir çıxışında vurğulayaraq,bu yolda hər bir vasitəni sınamaqla kifayətlənməyib,ömrünün sonlarına qədər vətəninə,millətinə xidmət etməyin,mənəvi,fəlsəfi baxımdan oyanmış ziyalı insanların bir nömrəli öncəliyi olmasını Qriqori Petrov oxucuya çatdırır.Eyni zamanda düşünürəm ki,kitabda insanlara aşılanan bu fikirlər sadəcə Fin xalqı üçün deyil,hər bir millət üçün önəmli olmalıdır.Kitabdan aşağıda qeyd etdiyim bu cümlə isə yazıçının bizə nələri demək istəməsinin bir sübutudur: “Xalqının cahil,sərxoş, ac olduğu böyük dövlətlər yaş palçıq üzərində tikilmiş nəhəng qalalar kimidir”
Grigoriy PetrovBeyaz zambaklar ülkesinde
Gözəl kitabdır.Oxuyacaq hər kəsə xoş mütaliələr